İran Teleradio Təşkilatı Azərbaycan ərazisini “Mahabad Əyaləti” adlandırıb .....                        Regionlarımız - Yeniləşən, müasirləşən Abşeron .....                        Silahlı Qüvvələrdə “NATO günləri” keçirilib .....                        Atəşkəs rejimi 134 dəfə pozulub .....                        “İrəli” regional turnirlərə davam edir .....                        XİN rəhbəri: “Qarabağ”ın əziyyətinə heyfim gəldi .....                        Tanınmış jurnalist Natiq Qədimov vəfat edib .....                        Xeyirxahlığından həzz alan insan .....                        Deputat şəhid ailələri ilə bağlı təklif verdi .....                       
Tarix : 9-10-2017, 14:39
Utancaqlıq? - SÖZlü tələbə


Bir müddət əvvəl mənə universitetdəki tələbələrdən biri demişdi ki, utancaqsan. Əslində o, bunu deyən ilk adam deyildi. Bəlkə, doğrudan da, utancağam. Amma fikrimcə, bəzi şeyləri vaxtında deyə və eləyə bilməməyimin səbəbi heç də utancaqlıq deyil.

Sadəcə səhv hərəkət etməyi xoşlamıram. Yüz dəfə olmasa da, dəfələrlə ölçüb bir dəfə biçməyə çalışıram. Hər ehtimalı nəzərə alıram. “Nəyi itirə bilərəm və nəyi qazana bilərəm?” deyə düşünürəm. Əmin olandan sonra ki, qazanacağım itirəcəyimə dəyər o addımı atıram. Yəni asan-asan riskə getmirəm, xeyli düşünürəm. Bəzən elə olur ki, artıq gecikdiyimi görürəm-qatar gedib. Əlimə düşən fürsəti qiymətləndirə bilməmişəm. Əvvəldən-axıra kimi olan bu mərhələləri heç kim görmür (nə də başa düşmür), amma sonra deyirlər ki, utancaqsan.

Bəlkə də, bu, məndə artıq formalaşmış (və ya formalaşmaq olan) yanlış xüsusiyyətdir. Lakin nədənsə salam verəndə belə, düşünürəm ki, bunu necə edim-sadəcə başımı tərpədim, əl uzadım, ya gülümsəyərək “salam” deyim. Axı hər şeyin bir cavabı var. Qarşı tərəfin cavabını necə istəyirsənsə, özün də ilk addımı elə atmalısan. Elə buna görə də-istədiyim cavabı almaq üçün yazılarımın birində dediyim “həyati səhv”ə yol verməkdən çox qorxuram.

... Hər şeyin başa çatması üçün cəmi bir addıma ehtiyac var. Həmin bir addımla özümü dərin bir okeana atacam. Ya okeanın həqiqətləri çıxaracam, ya da boğulacam. Qazanacağım və itirəcəyim nə olacaq? Əzbər bildiyim şeydir. Qısa və konkret: O. Bax belə halda qərar vermək çox çətin olur, məni qınamayın. Fəqət okeanın qırağında qələbə və məğlubiyyət arasında qalmaq və son nöqtənin sənin qoymalı olduğunu bilmək də asan deyil, əzabdır, əzab...

Kənan Novruzov
Butov.az


Paylaş



Bölmə: Tələbə sözü, Karusel, Slayd, Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Azərbaycan tarixi
Hərbi
İdman
Musiqi
Dünya hadisələri
Əyləncə
Kriminal
Mədəniyyət

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Hər ötən il növbəti il üçün xatirəyə çevrilir; bəzən xatırlanır, bəzən də yenidən yaşanılır. Ancaq elə illər var ki, onları yenidən yaşamaq mümkün olmur. Bu illərə Türkiyənin unudulmaz 90 - cı illərini aid etmək olar. Axı həmin illəri yaddaqalan edən nəydi?
Butov.az Türkiyə mətbuatına istinadən həmin unudulmazlığı təqdim edir:
Türkiyənin unudulmaz 90 - cı illəri...
Video
https://www.youtube.com/watch?v=gd75lEyQX58

Şəhidlərə mahnı həsr olunub.

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!