İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                        Gürcüstanın XİN Lui Bonoyla görüşdü .....                        Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirəcək .....                        ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazilərinə səfər etdi - FOTO .....                        Hərbi helikopter qəzaya uğradı - 5 öldü, 3 yaralı .....                        Torpaq sürüşməsi nəticəsində avtomagistral bağlandı .....                        ABŞ müşaviri Gürcüstanda səfərdədir .....                        Türkiyədə baş vermiş zəlzələ digər vilayətlərdə də hiss olundu .....                        Türkiyədə baş vermiş zəlzələ digər vilayətlərdə də hiss olundu .....                       
Tarix : 16-10-2017, 15:27
Biz o torpaqlara qayıdacağıq... - SÖZlü tələbə


Qarabağ... Vətənimizin dilbər guşəsi... Ölkəmizin ən gözəl yerlərindən biri... Milli iftixarlarımız Üzeyir Hacıbəyovun, Xan Şuşinskinin, Natəvanın yurdu, milli təsdiqimiz muğamın beşiyi, hər birimizin cismən və ruhən bağlı olduğumuz məkan...Hər bitkisi min dərdə dərman, hər bulağının suyu möcüzədir...

Vətənimizin dilbər guşəsi olan Qarabağ təbii sərvətləri ilə çox məşhurdur. Dünyanın heç bir yerində olmayan bitkilər burada yetişir. Xarı bülbül kimi nadir bitki yalnız Qarabağ torpağında yetişərək buranın nə qədər möcüzəli olduğunu göstərir. Qarabağ qızlarının gözəlliyi də hamını məftun edir. XVIII əsrin tanınmış şairi Molla Pənah Vaqif dəfələrlə öz şeirlərində Qarabağ gözəllərini təsvir və tərənnüm etmişdir.
Doğma diyarımız 25 ildir ki, düşmən tapdağı altındadır. Qarabağ bizə, biz onun başı qarlı, dumanlı dağlarına, yamyaşıl meşələrinə həsrət qalmışıq. Şuşa qalasını, Cıdır düzünü, İsa bulağını nisgillə yad edirik. Bir vaxtlar babalarımızın at oynatdıqları torpağa indi biz ayaq basa bilmirik...

İllər əvvəl yüz minlərlə insan öz ata-baba yurdundan, öz əli ilə qurduğu, nəfəsi ilə isitdiyi ev-eşiyindən ayrılmağa məcbur olub. Öz qayğısız günlərini yaşayan uşaqların oyun yerləri, oyuncaqları qaldı o yurdda. “5-45” kalibrli güllə yağışında bağçalarda ciggildəşən quşlar pərən-pərən düşdülər. Xarı bülbüllərimiz, Xınalı kəkliklərimiz uçub getdilər.

Neçə illərdir öz vətənlərində yurdsuzluq nisgili yaşayırlar insanlarımız. Gələndə 100 minlə idi...İndi 200 minlərlədir...Azərbaycanın bütün bölgələrində dünyaya göz açdı füzulilimiz, şuşalımız, laçınlımız, zəngilanlılımız, xocalılımız...Qarabağ müharibəsinin ən böyük dəhşəti, bəlkə də, budur. Bu gün böyük bir nəsil yetişib ki, onlar Şuşada, Laçında, Kəlbəcərdə...doğulmalı idilər amma “qaçqın uşağı” adı daşıyırlar indi. Artıq onlar böyüyüb, hər biri ömürlərində görmədiyi o yerlərə can atırlar.
Zaman ən yaxşı təbibdir. Onun sağaltmadığı dərd yoxdur. Biz nə vaxtsa o torpaqlara qayıdacağıq. Zəhmət çəkib, tər töküb torpaqlarımızı dirçəldəcəyik. Rayonlarımız yenidən öz ahənginə qayıdacaq. Yenə əvvəlki kimi gediş-gəliş, əkin-biçin olacaq. Amma qarabağlıların qəlbində kök salmış xiffət həmişə onları narahat edəcək...Bizim yaramız heç vaxt sağalmayacaq. Sadəcə qaysaq bağlayacaq və qəlbimizdə məzaracan gedəcək.

Gənclərimiz bu hisslərdən heç vaxt ayrı düşməməlidirlər. Baş verənlərdən nəticə çıxarmalıyıq. Vətəni sevmək azdır. Onun uğrunda nəsə eləməyi, ən azı daşı daş üstünə qoymağı bacarmalıyıq. Bunun yolu birlikdən, Azərbaycanın hərbi, siyasi, iqtisadi qüdrətini daha da artırmaqdan keçir...Biz bunu bilməliyik! Çünki bir daha itirmək, eyni ağrıları, acıları yenidən yaşamaq istəmirik.

Qarabağa, erməni işğalı altında olan torpaqlara qayıdacağımız gün uzaqda deyil. Elə düşünürəm ki, kimliyindən asılı olmayaraq, vətənini, torpağını, dövlətini hər kəsin, hər bir Azərbaycan vətəndaşının daxilində bu inam var: “Biz o torpaqlara qayıdacağıq.”

Aytac Məlikova
BDU-nun Jurnalistika fakültəsinin ikinci kurs tələbəsi
Butov.az


Paylaş



Bölmə: Tələbə sözü / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!