Mingəçevirdə yataqxana binasında yanğın baş verdi - FHN cəlb olundu - VİDEO .....                        Əlillərə məxsus maşınlara taksi fəaliyyəti göstərmək qadağan edildi .....                        Tofiq Yaqublunun oğlu veteran vəsiqəsi aldı - FOTO .....                        Sabiq nazirin oğlu dindirildi .....                        Dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqləndi .....                        İcra başçısının qardaşı oğluna hökm oxundu .....                        Avtobusların rənglərinə dair tələb müəyyənləşdi .....                        Latviyanın XİN başçısı istefa verəcəyini açıqladı .....                        Paytaxtda ucuz avtomobillər bu tarixdə satışa çıxarılacaq .....                       
Tarix : 23-10-2017, 14:07
...Oğlan artıq yolu hansı tərəfə gedəcəyini bilmirdi. Yorğunluq, yuxusuzluq da bir tərəfdən əsəblərini tarıma çəkirdi. Bir neçə həftə dalbadal yuxusunda gördüyü xəzinə tərəfə getməyə, torpağı qazıb onu çıxarmağa, həyatını tamamilə dəyişərək, tozlu kağızlar, kitablar arasından çıxıb, ən varlı insanlardan biri olmağa taqəti qalmamışdı. 10 metrlikdə kiçik bir daş görünürdü.
Özünü məcbur edib həmin daşa çatdı ki, bir az oturub, dincəlsin, nəfəsini dərsin. Ən azı irəliləməyi bacarmasa belə, bir az istirahətdən sonra gəldiyi yolu geri qayıdardı. Uzağı gəldiyi dünyaya-yazı-pozu aləminə geri qayıdacaqdı. Amma bəs xəzinə? Bəs günlərdir çəkdiyi əziyyət? Bəs məqsəd? Məqsədə xəyanət etmək olmaz axı. Bu, insanın özünə olan xəyanətidir. Yaxşı, bəs can? Axı ölümün nəfəsini hiss edir artıq. Bu düşüncələrlə oğlan elə daşın üstündə, əlini dizinə, başını isə əlinə söykəyərək yuxuya getdi. Neçə saat yatdığını bilmədi. Amma bir də oyandı ki, buludlar dolub, başa düşdü ki, yağış yağacaq. Qanı lap qaraldı. Elə bu vaxt uzaqdan ona tərəf gələn bir qız gördü. Əvvəlcə, elə bildi ki, o, gözünə görsənir və ya sadəcə görmək istədiyidir. Lakin addımlar yaxınlaşdıqca başa düşdü ki, qarşısındakı canlı-qanlı insandır. Aralarındakı məsafə bərabərləşəndə qız ona, o da qıza sualdolu baxışlarla baxdı. Hər ikisi bir-birindən kim olduğunu soruşmaq istəyirdi amma cəsarət etmirdilər. Axır ki, oğlan dilə gəldi:

-Siz kimsiniz?

-Mən bu kənddə yaşayıram. Amma siz bura insanına oxşamırsınız.

-Hə, mən başqa ölkədən gəlmişəm.

-Nə üçün?

-Məqsədimə çatmaq üçün-oğlan qeyri-müəyyən cavab verdi.

-Bəs məqsədiniz nədir?

-Xoşbəxt olmaq.

Əslində qız başqa sual vermək istəyirdi amma oğlanın sol qolunun, dirsəkdən yuxarı hissəsinin qan olduğunu görərək fikrini dəyişdi və daha vacib bildiyi sualı verdi:

-Qolunuza nə olub? Siz ki, yaralanmısınız.

Oğlanın yalnız indi yadına düşdü ki, meşədə qaçarkən ayağı kötüyə ilişərək yıxılmış və qolu əzilmişdi. Amma qıza "hə, elə-belə şeydir" deyə qısa cavab verdi. Çünki artıq ayaq üstə dura bilmirdi. Bir neçə saniyə sonra isə huşu özündən getmiş şəkildə yerə yıxıldı.

Gözünü açanda özünü o qədər də səliqəli sayılmayan iki otaqlı bir evdə tapdı. Divanda uzandırılmışdı. Amma bura necə gəlib çıxdığını xatırlamırdı. Onun oyandığını hiss edən qız digər otaqdan çıxıb yanına gəldi və "oyanmısınız?" deyə soruşdu. Oğlan nə qədər narahat olsa da qızın üzündəki qeyri-adi təbəssüm ona da keçdi və o da gülümsəyərək:

-Hə, oyanmışam-dedi.

Qız çay gətirdi, birlikdə içdilər və gözlənilmədən soruşdu:

-Mənə bu ucqar kəndə niyə gəldiyini de. De ki, sənə kömək edə bilim.

-Yox, deyə bilmərəm.

-Onsuz da niyə gəldiyini bilirəm. Və sənə kömək edəcəm. Amma nə istədiyini səndən eşitmək istəyirəm. Mənə inan. Təsadüflərə isə yox. Mən sənin qarşına təsadüfən çıxmamışam. Mən ya hədiyyən, ya sınağın, ya da cəzanam. De.

Qızın əzmkar səs tonu onu təslim olmağa məcbur etdi:

-Mən uzun illərdir ki, tək-tənha yaşayıram, ancaq kitablar və kağızlarla məşğulam. Bir neçə həftədir ki, yuxumda bu ərazidə xəzinənin olduğunu görürdüm və buraya həmin dəfinəni ələ keçirərək gələcək həyatımı xoşbəxt yaşamağa gəlmişəm.

-Mən sənə o xəzinəni ələ keçirməyə kömək edərəm. Amma əgər bunu bacarsan, sonrakı ömrün sənin üçün maraqsız və mənasız olacaq. Nəysə üçün mübarizə aparmayacaqsan. Səni buraya rifahını yaxşılaşdırmaq, mübarizə həvəsi gətirib axı. Xoşbəxt olduqdan sonra isə heç nə əldə edə bilməyəcəksən. Çünki xoşbəxtlik insana heç nə vermir. Sonuncu uğurunu qazanmağa hazırsan?

-Hə-oğlan əminliklə dedi.

-Yaxşı. Narahat olma, yanındayam və sənə kömək edəcəm. Lakin, əvvəlcə, yaranı sağaltmalıyıq.

İndiyə kimi üzünü belə görmədiyi bu yad qız ona çox böyük qayğı göstərir, yarasının tez bir zamanda sağalması üçün əlindən gələn hər şeyi edirdi. Düzdü, asan olmadı. İlk növbədə ona görə ki, qız tibb bacısı deyildi, heç normal tibbi bilikləri də yox idi. Həm də yaranın üstü tez-tez açılır, təzələnir və bu da ikisini də narahat edirdi. Amma birlikdə bacardılar. Çünki həm oğlan, həm də qız bunu ürəkdən istəyirdilər.

Sonrakı günlərdə qız oğlanda möhkəm xarakter, əzmkarlıq yaratmağa başladı. Əslində illərini yazı-pozuya həsr edən gənc kifayət qədər güclü idi amma qız onu zəif hesab edirdi. Hətta bəzən onun xətrinə dəyməkdən də çəkinmirdi. Bununla bərabər, yarasına da məlhəm olurdu. Oğlan qıza öyrəşmişdi artıq, hər şey ona asan gəlirdi. Günlərin bir günü qız dedi: "Düzdür, mən bu gün varam, yanındayam amma sabah olmaya bilərəm. Əgər sabahların birində olmasam mənim yoxluğumu hiss etmədən yoluna davam elə(Sonralar bu sözü demək olar ki, bir gündən bir təkrarlayırdı). Ümumiyyətlə qız zəif hesab etdiyi bu oğlana hər gün yeni məsləhətlər verirdi. Məsələn deyirdi ki, gələcəyi gözləmək olmaz, anı yaşamaq lazımdır. Həm də çalışırdı ki, oğlanı özünə bağlayıb, onu məqsədindən yayındarmasın. Oğlan üçünsə xəzinə çoxdan əhəmiyyətsizləşmişdi. Həyatını dəyişmək üçün vətənindən ayrılıb bu kəndə gələn gənc indi yalnız qızla daha çox söhbət etmək, ona daha çox qulaq asmaq, onun yanında daha çox olmaq istəyirdi. Çünki beləliklə, dincəlirdi, rahatlıq tapırdı.

Aylar sonra adi günlərin birində qız oğlana dedi ki, mən xəzinənin basdırıldığı yerə bilirəm, yol çox çətin və uzundur. Təklif edirəm ki, ora bir yerdə gedək.

Oğlan narahat oldu ki, qız xəzinəni onunla yarı bölmək istəyir:

-Var-dövlətimə şərik olmaq istəyirsən, hə?

-Yox, mən sadəcə sənə kömək etmək istəyirəm. Unutma ki, o vaxt mənə rast gəlməsəydin indiyə kimi, bəlkə də, ölmüşdün.

Bu sözlərdən sonra oğlan qızla birlikdə yola çıxmağa razı oldu. Amma o, ürəyinin dərinliyində hiss edirdi ki, istədiyi qızın köməyi yox, onun özüdür. Bilirdi ki, əgər indi tərsliyinə vurub özü tək getmək istəsə bir daha bu qızı görməyəcək. Elə ona görə də qızın təklifini qəbul elədi. Yol boyu oğlan başa düşdü ki, doğrudan da, bu yolu tək gələ bilməzdi. Birlikdə çox maneələr dəf etməli oldular. Nəhayət ki, dəfinəyə çatdılar. Sandığı çıxardılar, qıfılı açdılar. Və oğlan əlini qızıllara vurduğu an özünü aylar əvvəlki daşın yanında tapdı. Yaşadığı hər şey ona xəyal kimi gəlirdi. Bəlkə, bunlar yuxu idi? Axı o uzun illərdən bəri ilk dəfə hansısa qız tərəfindən qayğı görmüş, ilk dəfə əks-cinsə toxunmuş və sevmişdi. Axı qız onu gücləndirmiş, ona xəzinəni ələ keçirmək üçün yol göstərmişdi. Yəni bütün bunlar yuxu ola bilərdi?

Gücünü topladı və hər şeyi beynindən qovdu. Başladı irəliyə doğru addımlamağa. Amma yol indi ona qat-qat çətin gəlirdi. Düzdür, maneə falan yox idi amma o qız da yox idi daha. Nə qədər çətin olsa da, bu yolu bir dəfə getdiyinə, xəzinəyə çatdığına əmin idi. Amma o qızla və asanlıqla. Elə o asanlığı gördüyünə görə də bu dəfə bacarmadı. Bir az getmişdi ki, yıxılıb qaldı. Bu, son idi. Artıq, möcüzə gözləməyə ehtiyac yoxdur. Oğlan son nəfəslərini verərkən qızın sözlərini xatırladı, özü-özünə sual verdi ki, görəsən, o, mənim hədiyyəm, sınağım ya cəzam idi? Düşündü ki, bəlkə də, o "təsadüf" olmasa idi indi məqsədinə çatmış və xoşbəxt olmuşdu. Sonra ağlından bir şey də keçdi-bəlkə də, mənim xəzinəm elə o idi. Necə demişdi qız? "Əgər xəzinəni ələ keçirsən, xoşbəxt olacaqsan, bu isə sənin sonuncu uğurun olacaq". Bir də demişdi ki, sadacə anı yaşamaq lazımdır...

Kənan Novruzov
Butov.az


Möcüzələrə aldanma - yeni hekayə


Paylaş



Bölmə: Tələbə sözü / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!