“21 Azər Hərəkatı"nın 72 yaşı qeyd olunub .....                        6-cı sinif şagirdləri üçün imtahan keçiriləcək .....                        Ulu öndər şagirdlərin gözü ilə... - FOTOLAR .....                        Ermənistan və Azərbaycan Respublikasının dövlət sərhədində növbəti monitorinq keçiriləcək .....                        Atəşkəs rejimi 121 dəfə pozulub .....                        “Gənclərin əmək bazarına çıxış imkanlarının artırılması” layihəsi başa çatdırıldı .....                        "Azərbaycanın İntellektual Birİncisi" layihəsinin final mərhələsi başa çatdı .....                        "Niyə qəddar olsun ki, bilmirəm niyə qadın" - YENİ ŞEİR .....                        İlham Əliyev Quba rayonuna səfərə gəlib .....                       
Tarix : 10-11-2017, 10:37
Görəsən, Şəhriyarın ruhu onları bağışlayacaqmı?


Vətəninin mənəvi bütövlüyünü görmək istəyən şairin büstü bu gün deşik-deşikdir.. Bu, sadəcə şeirə, sözə yox, həmçinin dövlətə, millətə qarşı edilən tarixi səhvdir. Bəli, tarixi səhv.

Büst sadə anlayış olsa da, dahilərin siması əks olunubsa üstünə toz belə düşsə hörmətsizlik olar, qaldı ki, qəsdən deşsinlər.
Fikir versəniz, görərsiz ki, şəkildəki büst əsasən alın və çənə hissələrindən deşilib. Bəlkə də, bu, bir mesajdır insanlara.

Beyni ilə fikirləşib ağzı ilə səsləndirdiyi fikirləri üçün bu gün, bəlkə də, o büst belə haldadır. Ümidvaram ki, İranın ikinci böyük şəhəri olan Məşhəddə yerləşən o büstə şəhərin icra başçısı Seyid Məhəmməd Pejman tərəfindən diqqət və qayğı göstəriləcəkdir.

Seyid Məhəmmədhüseyn Behcət Təbrizi dövründə və zəmanəmizdə Şəhriyar deyə tanınan böyük Azərbaycan şairidir. Məhəbbət lirikasının böyük korifeyləri Hafiz və M.Füzulinin qəzəlləri ilə müqayisəyə qadir olan sevgi şeirləri, dünya həyatının mahiyyəti barədə fəlsəfi düşüncələri əks etdirən hikmətli qəsidələri, insanı xəyal aləminə aparan, real həyat müşahidələrinin məhsulu kimi yaranan lirik poemalar müəllifi olan sənətkarı Azərbaycan şeirinin ən yüksək zirvələri sırasına ucaldan, ilk növbədə onun vətənpərvərlik duyğuları aşılayan, vətənə, millətə sədaqət və inam hissi verən, milli həmrəylik ideyasını təbliğ edən əsərləri olmuşdur.
Şəhriyar klassik şeirlərin bütün şəkillərində yazmış, ədəbiyyatı yüksək məzmunlu qəzəl, qəsidə, məsnəvi, qitə və rübailərlə zənginləşdirmişdir. Hansı üslubda yazmasından asılı olmayaraq onun başlıca mövzusu Vətəninin mənəvi bütövlüyünü görmək, can qardaşlarının xoş sədasını eşitmək idi. Ömrünün böyük bir hissəsini İranın müxtəlif şəhərlərində, Azərbaycandan uzaqlarda yaşamağa məcbur olan Şəhriyar özünün qəriblik qismətini vətənin taleyilə müqayisə edir, bu paralellikdə rəmzi bir məna görürdü:

Səndən ayrı düşsəm də mən, eşqin ilə yaşayıram,
Yaralanmış qəlbim kimi, qəlbi viran Azərbaycan...
Vətən eşqi məktəbində can verməyi öyrənmişik,
Ustadımız deyib heçdir vətənsiz can, Azərbaycan!
Şəhriyarın ürəyi də səninki tək yaralıdır,
Azadlıqdır mənə məlhəm, sənə dərman Azərbaycan!


Cinayət təkcə bir insanın həyatına son vermək deyil. Elə o büstü bərbad hala salanlar da qatildirlər. Aydın məsələdir ki, onlar tarix qarşısında nə vaxtsa cavab verəcəklər. Bəs, görəsən, Şəhriyarın ruhu onları bağışlayacaqmı?

Səbinə Nuri, BDU-nun Jurnalistika fakültəsinin birinci kurs tələbəsi
Butov.az


Paylaş



Bölmə: Tələbə sözü, Karusel, Slayd, Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Azərbaycan tarixi
Hərbi
İdman
Musiqi
Dünya hadisələri
Əyləncə
Kriminal
Mədəniyyət

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Hər ötən il növbəti il üçün xatirəyə çevrilir; bəzən xatırlanır, bəzən də yenidən yaşanılır. Ancaq elə illər var ki, onları yenidən yaşamaq mümkün olmur. Bu illərə Türkiyənin unudulmaz 90 - cı illərini aid etmək olar. Axı həmin illəri yaddaqalan edən nəydi?
Butov.az Türkiyə mətbuatına istinadən həmin unudulmazlığı təqdim edir:
Türkiyənin unudulmaz 90 - cı illəri...
Video
https://www.youtube.com/watch?v=gd75lEyQX58

Şəhidlərə mahnı həsr olunub.

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!