“Crocus City Hall”da törədilən terrora görə daha bir nəfər saxlanıldı .....                        Boksçularımız beynəlxalq turniri 21 medalla başa vurdular .....                        Erməni spiker Sahibə Qafarova ilə görüşündən danışdı .....                        Bişkekdə fövqəladə vəziyyət elan olundu .....                        Lavrov: “Ermənistan uydurma bəhanələrlə son üç ilin tarixini təhrif edir” .....                        AZƏRTAC-ın sabiq sədri təltif olundu .....                        Moskvada baş verən terror aktında “Ukrayna izi” aşkarlandı .....                        Mingəçevirdə yataqxana binasında yanğın baş verdi - FHN cəlb olundu - VİDEO .....                        Əlillərə məxsus maşınlara taksi fəaliyyəti göstərmək qadağan edildi .....                       
Tarix : 21-12-2017, 21:49
İnsanın neçə canı, neçə ürəyi olar...?


Gedək özümüz gəzək?
Beləcə başlamışdı
Mən bir az təəccüblə
Azca da tərəddüdlə
"Hə, olar" demişdim.
Gərək ki, biz bulvara,
Düz dənizin yanına,
Elə o gün getmişdik.
Elə həmin o gündə
Çox mahnılar oxuyub ,
Gözəl gün keçirmişdik.
Gül satan məzlum oğlan,
Əlində bir dəst güllə,
Bizi sevgili bilib,
Bizə cəld yaxınlaşıb,
Gül satmaq istəmişdi.
-Biz sevgili deyilik,
Cütlüklər o tərəfdə,
Oturublar sakitcə,
Get, onlara yaxınlaş,
Onlara qızılgül sat,
Biz adi dostlardanıq,
Dost dostuna gül almaz ,
Xatirə kitab alar,
Hərdən ətir və saat...
...Cavabdan dərhal sonra,
Beynimə siqnal gəlib,
Ürəyimə xal düşdü
Necə yəni adi dost?
İkimiz ki bir yerdə
Həm ağlayıb, həm də ki,
Sevinc ilə gülmüşük.
Neçə badirələrdən,
Biz bir yerdə keçmişik.
Bax, indi də gəzirik,
Dənizboyu gülərək
Ən sadə zarafata
Qəhqəhələr çəkərək.
Göydə Günəş parlayır,
Həm mənə, həm də sənə
Arada bir göz vurur,
Sanki səndən qorxaraq,
Bir az da utanaraq,
Ona tərəf baxıram.
Nə qədər uzaqdadır,
O necə də yaxındır,
Ən qəribəsi isə,
Həddindən çox gözəldir.
O da gülür, bəlkə də,
Kədərlə düşünür ki,
Niyə mən səninləyəm,
Sənə çox bağlanıram.
Sən demə bununçün o,
Elə gözəl gülürdü,
Arxasıyla getməkçün,
Səndən uzaqlaşmaqçün,
Məndən uzaqlaşırdı.
Amma sənin yanında
Günəş onda batırdı.
Özün belə deyirdin-
Diqqətin məndə olsun
Günəşə heç baxma da,
O sənin deyil, bil ki,
Yəqin, heç olmayacaq.
Sual verdim təbəssümlə
-Sən necə, qalacaqsan?
Yanımda olacaqsan
Hər saat, hər dəqiqə,
Məni qoruyacaqsan?
-Onu deyə bilmərəm,
Heç kim bilə bilməz ki,
Ömür nə vaxtacandı,
Dostluq hara kimidi.
Mənə qəti öyrəşmə,
İstə amma bağlanma,
Sonra peşman olarsan.
Doğrudur, bu gün varam,
Bax, sənin yanındayam,
Amma sabah olmaram,
Ya maşın vurar ya da
Taleyə qurban olar,
Çox uzağa gedərəm.
Onda mən olmayanda
Nə üzül, nə kədərlən.
-Bilirəm ki, az qalıb,
Üç il dediyin nədir?
Həyat elə belədir,
İnsan gəldi gedərdir.
Amma həmin üç ildə
Mələktək qoru məni,
Əsl cənnəti ver, bir də,
Ən pis şeyləri, həm də
Acı xatirələri,
Unutdur daha mənə.
-Çalışaram amma ki,
Söz də verə bilmərəm...
***
Düzü, o gündən sonra
Sənlə tez-tez görüşdük,
Güldük də, ağladıq da
Fəqət daim bir yerdə
Nə etdiksə bir yerdə.
Amma ki, çarəsiz, tək
Qoymadıq birimizi
Nə sən məni, nə də ki,
Mən səni atmadım, heç
Yalnız da buraxmadım.
Nə oldu indi bizə?
Kim girdi aramıza
İnandıqlarımızmı
Baiskar oldu bizə?
Tutaq ki, lap elədir,
Ən çox inandığın da,
Mənə ürəyitəmiz,
Hamıdan saf deyəndə
Məgər ki, sən deyildin?
Bəlkə də, sən deyildin
O qız indi uzaqda
Kim bilir, kiminlədir
İndi o başqasına,
"Canım", "ürəyim" deyir,
İnsanın neçə canı,
Neçə ürəyi olar?
İndi o başqasına,
Yaman iradlar tutur,
Təxmin edim nə deyir?
Saçını yaxşı dara,
Yaxşı geyin, kef elə,
Sonrası məlum deyil,
Mütləq ki, anı yaşa.
-Hər gün onu gördüyüm ,
Salam verib keçdiyim
Tanıdığım qız deyil,
Elə bil quru daşdır,
Nə dillənir, danışır...
***
Türkiyədən gələndə,
Necə də darıxmışdım,
Yadında, görüşəndə
Səni necə möhkəmcə,
Qucaqlayıb, öpmüşdüm?
Elə bil bir doğmamı,
İtirib və tapmışdım.
O vaxtlar mən getmişdim,
İndisə sən getmisən,
Mən o vaxtkı kimi
Yenə də darıxmışam.
Sənin baxışlarından,
Şirin gülüşlərindən,
Bəlkə, elə hər şeydən,
Hətta iradlarından.
Amma sən getmisənmi,
Yoxsa yoxa çıxmısan?
Getməyə sevinərəm,
Gedənlər qayıdarlar,
Çətin anlarımızda,
Yenidən mələk kimi,
Qarşımıza çıxarlar.
Nə olar ki, sən də get,
Heç vidalaşmayaq da,
Və qucaqlaşmayaq da.
Yəqin, haçansa orda,
Məsələn eyni yolda,
Yenidən rastlaşırıq.
Əvvəl tanımasaq da,
Sonra aydın olacaq,
Olanlar bir lent kimi,
Xəyallardan keçəcək.
Sonrasını bilmirəm,
Təsəvvür də etmirəm,
Yanımdan düz keçərsən,
Yaxud da ki, sevinclə,
"Mən gəldim, hər şey bitdi,
İstədim gedim, amma
Olmadı, alınmadı
Sənsiz qala bilmədim..."
Həsrət ilə deyərsən...

Kənan Novruzov
Butov.az


Paylaş



Bölmə: Tələbə sözü / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!