“Güllə səsinə açılan qapı” kitabı işıq üzü gördü .....                        Leyla Əliyeva beynəlxalq elmi konfransda .....                        Prezident Agentliyin əməkdaşlarını təbrik etdi .....                        Ödənişli yollarda qiyməti Tarif Şurası müəyyən edəcək .....                        Yeni tikiləcək yolların adları açıqlandı .....                        “Vikipediya”da Azərbaycanın Milli qəhrəmanları haqqında xarici dillərdə məqalələr yaradılıb .....                        Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinə səfərə gedib .....                        Yalçın Rzazadənin yaradıcılığının 50 illiyi qeyd edilib .....                        MEK Beynəlxalq “Metafizika” Mərkəzinə kitablar hədiyyə edib .....                       
Tarix : 6-01-2018, 15:17
Mən uzağa getmədən, sən tez özünü yetir...


Əlimdə bir qələm var,
Qarşımda qalın vərəq,
Elə səndən yazıram,
Tanış olmağımızdan,
Və dostlaşmağımızdan.
Məni necə qoruyur,
Necə çox istəyirdin.
Bəlkə də, hamıdan çox,
Sən mənə inanırdın.
Salamı da verəndə,
Bir başqa cür verirdin,
Sanki hər dəfəsində
"Səninləyəm" deyirdin.
Etiraf etsəm əgər,
Səndən çox şey öyrəndim.
Sabaha baxmamağı,
Hər anı yaşamağı.
Xoş ilklər də yaşatdın,
Amma ki, yazmayacam ,
İkimiz biliriksə
Üçüncü niyə bilsin,
Sirlərə ortaq olsun?
Amma bunu bilsinlər-
Hamıdan əziz idin,
Sən hamıdan doğma və
Hamıdan yaxın idin.
Birlikdə ağlayardıq,
Biz bir yerdə gülərdik,
Naxələflərə inad,
Biz dostluğa inanıb,
Iki dostuq deyərdik.
Mənə vaxt ayırardın,
Öz qayğınla yorardın,
Maraqla qulaq asar,
Hər bir söhbətdən sonra,
"Hə, haqlısan" deyərdim.
Adətimi pozaraq,
Çox danışmazdım sənlə,
Sadəcə qulaq asar,
Sonda bir şey söylərdim.
Hərdən əsəbləşərdin,
Bir-iki irad tutardın.
Necə gözəl günlərdi,
Qayğısız zamanlardı.
Daim belə deyərdin-
Mənə əsla öyrəşmə,
Olar ki, elə sabah,
Səni qoyub gedərəm,
Səndən çox uzaqlarda,
Yeni həyat quraram.
Amma ki, inanmazdım,
Nə vaxtsa düz üzümə,
"Bu da son!" deməyinə.
Düzü o, gündən sonra,
Nə qədər çalışsam da,
Bunu heç bacarmadım
Səni qaytarmağı və
O günlərə birlikdə
Yenə sənlə getməyi.
Səndən çox uzaqlarda
İndi tənha qalmışam.
Düzdür, yenə yaşayıram,
Yəni ki, bir formada
Nəfəs alıb-verirəm.
Ancaq mən də gedərəm,
Səndən çox uzaqlara
İndi mən çəkilərəm.
Bacar, elə elə ki,
Məni yenə sevindir,
Mən uzağa getmədən,
Sən tez özünü yetir.
Bayaq dediyim kimi,
Səndən çox şey öyrəndim,
Gethagetdə yenə də
Mənə gözəl dərs keçdin,
Bu həyatda heç kimə
Əsla öyrəşməməyi,
Qəti bağlanmamağı
Həvəslə başa saldın.
...Əslində çox yazaram,
Lakin nöqtə qoyacam,
Sözlər sonraya qalsın,
Qələm artıq tükənir.
Bəlkə də, silməliyəm,
Bütün yazdıqlarımı,
Həm də dediklərimi.
Amma bir şey də var ki,
Peşman olmaq yersizdir,
Hamı yaxşı bilir ki,
Yazıya pozu yoxdur.

Kənan Novrozov


Paylaş



Bölmə: Tələbə sözü, Karusel, Slayd, Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Azərbaycan tarixi
Hərbi
İdman
Musiqi
Dünya hadisələri
Əyləncə
Kriminal
Mədəniyyət

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Hər ötən il növbəti il üçün xatirəyə çevrilir; bəzən xatırlanır, bəzən də yenidən yaşanılır. Ancaq elə illər var ki, onları yenidən yaşamaq mümkün olmur. Bu illərə Türkiyənin unudulmaz 90 - cı illərini aid etmək olar. Axı həmin illəri yaddaqalan edən nəydi?
Butov.az Türkiyə mətbuatına istinadən həmin unudulmazlığı təqdim edir:
Türkiyənin unudulmaz 90 - cı illəri...
Video
https://www.youtube.com/watch?v=gd75lEyQX58

Şəhidlərə mahnı həsr olunub.

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!