“Güllə səsinə açılan qapı” kitabı işıq üzü gördü .....                        Leyla Əliyeva beynəlxalq elmi konfransda .....                        Prezident Agentliyin əməkdaşlarını təbrik etdi .....                        Ödənişli yollarda qiyməti Tarif Şurası müəyyən edəcək .....                        Yeni tikiləcək yolların adları açıqlandı .....                        “Vikipediya”da Azərbaycanın Milli qəhrəmanları haqqında xarici dillərdə məqalələr yaradılıb .....                        Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinə səfərə gedib .....                        Yalçın Rzazadənin yaradıcılığının 50 illiyi qeyd edilib .....                        MEK Beynəlxalq “Metafizika” Mərkəzinə kitablar hədiyyə edib .....                       
Tarix : 10-01-2018, 11:04
Biz necə də sevincli, necə də gümrah idik...


Uzun yolla gedirəm,
Tək-tənha və yalnızam,
Belimdə yüngül çanta,
İçində qələm, vərəq,
Ən sevdiyim kitablar.
Bir də bir şəklimiz var,
Mayda bizim o bağda
Bir yerdə güldüyümüz
Həmin anda çəkilən.
Bax, elə həmin o gün,
Necə də xoşbəxt idik,
Biz necə də sevincli,
Necə də gümrah idik.
Hərdən içib məst olar,
Hərdən ciddiləşərdik,
Gecə səssizliyində,
Ulduzlara baxaraq,
Şirin söhbət edərdik.
Olanlardan söz açar,
Xatirələrə dalıb,
Çox uzağa gedərdik.
Əlim başın altında
Sənə yastıq olardı,
Sənsə mənim yanımda
Tək mələyim olardın.
Qorxmazdıq nə soyuqdan,
Nə küləkdən, yağışdan,
Üşüyəndə bircə anlıq,
Lap möhkəm qucaqlaşıb,
Beləcə isinərdik.
Ən sadə zarafata,
Biz ürəklə gülərək,
Həyatın özü ilə
Sanki hesablaşardıq.
...İndi o fikirlərlə
Uzun bir yol gedirəm...
Heç vaxt sən məni yalnız,
Aciz, gücsüz qoymazdın,
Bax, bu gün artıq yoxsan,
Mənsə ayaq üstəyəm,
İndi sənsiz gedirəm.
Hərdən sol tərəfimdən,
Bir külək əsir sanki,
İçimdəki o boşluq,
Məni yaman titrədir.
Çəkilib bir kənara
Səni düşünürəm ki,
Hardasan, nə edirsən?
Bəlkə, sən məni çoxdan,
Lap çoxdan unutmusan.
Süstləşmək istəyəndə
Sözün yadıma düşür,
Necə demişdin onda?
"Möhkəm ol, səbirli ol,
Bir vaxt mən olmayanda
Sən yenə də əzmkar ol."
Başqa nələr demişdin?
Nələr deməmişdin ki?
Neçə qadağa qoyub,
Düz yolu göstərmişdin.-
"Belə etmə, elə et,
Baş qoşma pis vərdişə,
Sən sözümü dinləyib,
Qulaq asma özgəyə."
Çoxdandı heç içmirdim,
İrad tutduğun vaxtdan,
"Kənan, ziyandır, içmə"
Söylədiyin zamandan.
İndi həmin zəhrimar
Nəsə yadıma düşdü
İçimdəki tələbat
Yenə sözünü dedi.
Amma ki, içməyəcəm,
Çünki unutdurmuşdun.
Fəqət, tək onu da yox,
Həm də ki, ən zərərli,
Üstəgəl pis şeyləri
Hafizəmdən silmişdin.
...Niyə düşünürəm ki,
Bütün bu olanları?
Heç özüm də bilmirəm.
...Hələ çox məsafə var,
Uzun yol qarşıdadır,
İradəli olmalı,
Hədəfə çatmalıyam.
Meşə, çay, dərə-təpə-
Və maneələr vardır.
İllər əvvəl səninlə
Dəf edərdik hər şeyi.
Hansımız yıxılarsa
Kömək əli uzadıb
Yardımına qaçardıq.
İndi ayrı olsaq da,
Ürəyimiz, bəlkə də,
Elə birlikdə vurur,
Eyni vaxtda döyünür.
Sözlərin xatırlayıb,
Sanki səndən güc, qüvvə,
Bir az ilham alıram.
Hər addımı atanda
Cəsarətli oluram,
Yolun sonunda səni,
Hamıdan yaxın, əziz
Bir səni gözləyirəm.
Düzdür, hələ qüvvəm var,
Gedirəm yol bilmədən,
Bir ünvanım olmadan,
Tək mənzil tanımadan.
O vaxtlar tək mənzilim
Elə sən özün idin,
Hər dəfə yorulanda,
Sənə tərəf gəlirdim,
Dənizdə gəmi təki
Limana sığınırdım.
Limanım indi yoxdur,
Dalğayla çarpışıram,
Nə qayıda bilirəm,
Nə dayana bilirəm.
Bir dənə çarəm var ki,
Elə hey gedim-gedim,
Son nəfəsimə qədər,
Ayaq üstə, mərd qalım.
Bəlkə, o son nəfəsdə
Sən yenidən gələrsən,
Dalğanın lap altından,
Məni çəkib, çıxarıb,
Yenə mənə gülərsən.
Bax, elə bu arzu da,
Mənə yeni güc verir.
Düşünürəm, onda da
Möcüzətək gəlmişdin,
Mənim çətin vaxtımda
Özünü yetirmişdin.
Yəni sözüm odur ki,
Elə hər dəfəsində
Məni şad, xoşbəxt edib,
Sonra çıxıb gedirsən.
İstəyirdim, mən sənə
Çalışıb, öyrəşməyim,
Di gəl ki, bir də baxdım,
Yamanca bağlanmışam,
Hər günümdə səninlə,
Söhbətə alışmışam
Ola bilsin ki, missiyan,
Elə budur sənin də
Məni gizli qoruyub,
Ancaq hiss etdirməmək.
Nə olar, belə olsun
Təki ürəkdə sevgi,
Bir azcıq hörmət qalsın.
...Hə, getdiyim uzun yol
Qurtarmır ki, qurtarmır
Sənsiz keçən dəqiqə
Aya bərabər olur.
Bir az əvvəl yenə də
Yorğunluğu hiss etdim,
Bir daş üstə çəkilib,
Kağız, qələm çıxardım,
Sənə bir məktub yazdım.
Cəmi on iki cümlə,
Ümumi məzmun belə-
"Məni əsla unutma,
Lap qocalana qədər,
Hətta ölənə kimi
Məni gözəl xatırla."
Bilmirəm, çatacaqmı
Məktub nə vaxtsa sənə
Onda mən olarammı,
Yoxsa artıq ölərəm,
Ya da ola bilər ki,
Bax, həmin anlarda mən,
Şirin nağıl deyərəm,
"Ata" deyən oğluma...
Sən də qızına hərdən
Məndən giley edərsən
İradlardan danışıb,
Səhvlərdən söhbət açıb,
Sonda yaşlı gözlərlə
Amma "Yaxşı insandı"
Həsrət ilə deyərsən.

Kənan Novruz
Butov.az


Paylaş



Bölmə: Tələbə sözü, Karusel, Slayd, Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Azərbaycan tarixi
Hərbi
İdman
Musiqi
Dünya hadisələri
Əyləncə
Kriminal
Mədəniyyət

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Hər ötən il növbəti il üçün xatirəyə çevrilir; bəzən xatırlanır, bəzən də yenidən yaşanılır. Ancaq elə illər var ki, onları yenidən yaşamaq mümkün olmur. Bu illərə Türkiyənin unudulmaz 90 - cı illərini aid etmək olar. Axı həmin illəri yaddaqalan edən nəydi?
Butov.az Türkiyə mətbuatına istinadən həmin unudulmazlığı təqdim edir:
Türkiyənin unudulmaz 90 - cı illəri...
Video
https://www.youtube.com/watch?v=gd75lEyQX58

Şəhidlərə mahnı həsr olunub.

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!