“1918-ci il hadisələri – UNUDULMAYAN TARİX” sənədli filminin təqdimatı olacaq .....                        “Serj Sarqsyanla 5 rayonun qaytarılması haqda razılıq əldə olunmuşdu, Paşinyan onu ləğv etdi” - Aleksandr Dugin .....                        "Tabutu kəm Azərbaycan elmi" .....                        Mərkəzi Elmi Kitabxanadan mediaya mesaj .....                        Tənha qadının bir günü .....                        Şəhid anasından Prezidentə şikayət məktubu .....                        Mətbuat Şurasının İdarə Heyəti Gəncə hadisələrini iclasda müzakirə edib .....                        Tramp Putinlə tək qalmağa israr edib .....                        Dəyanət Osmanlı:"İTİRMƏK QORXUSU" .....                       
Tarix : 16-01-2018, 11:05
Şəbnəm Qurbansoy: "Tez bağışlayır və tez unuduram"



Şəbnəm Qurbansoy: "Tez bağışlayır və tez unuduram"

İnsanların ömürləri boyu qazandığı ən böyük sərvət əsl dostlardır. Özümü xoşbəxt hesab edə bilərəm ki, yaxşı dostlarım çoxdur. Onlardan biri də Şəbnəm Qurbansoydur. Şəbnəmlə il yarımdır ki, qrup yoldaşıyıq. İkimiz də BDU-nun jurnalistika fakültəsinin ikinci kurs tələbəsiyik. Amma, elə bil ki, tanışlığımızın üzərindən illər keçib. Ən azı mənə görə. Şübhəsiz ki, insanlar arasında xoş münasibət olanda belə olur. Həqiqətən, səmimi və mehriban insan, yaxşı dostdur Şəbnəm. Düşünürəm ki, onunla dostluğumuz hələ uzun illər davam edəcək.

Yanvarın 11-də sevimli qrup yoldaşımızın ad günü idi. Düşündüm ki, fürsətdən istifadə məni maraqlandıran bəzi suallarla bağlı ondan müsahibə alım. Həm xatirə olsun, həm də hədiyyə. Tərəddüdsüz təklifimi qəbul etdi və suallarımı səmimi cavablandırdı:

-Şəbnəm, uşaqlığını necə xatırlayırsan?

-Əslində bu sualı heç vaxt özümə verməmişəm. Sən soruşanda düşündüm ki, görəsən, indi uşaqlığımı necə xatırlayıram. Uşaqlığım həm çox maraqlı, həm də hüznlü keçib. Bir uşaq üçün çox ağır düşüncələrlə böyüməli olmuşam. Amma nə qədər çətin, qayğılı və hüznlü olsa da, həmin illər ömrümə qızıl hərflərlə yazılıb.

-Bildiyimə görə, müəyyən yaşından sonra atasız böyümüsən. Çətin deyil ki?

-Təbii ki, atasızlığın verdiyi boşluğu həmişə özümdə hiss etmişəm. Zaman-zaman aramızda müxtəlif problemlər olduğuna görə ondan uzaqlaşdım. Amma əlaqələrimiz tamam itməyib.

-Uşaq yaşlarından jurnalistikaya həvəsin var. Bu həvəs nə vaxt, necə yaranmışdı? Ümumiyyətlə nə vaxtdan sonra jurnalist olacağına qərar verdin?

-Hər zaman yazı yazmağa, mikrofona, səhnəyə həvəsim oldu. Həm də elə özümü tanıyandan çox danışan olmuşam (gülür). Səkkizinci sinifdə oxuyanda isə gələcək peşəmi dəqiqləşdirib, birmənalı şəkildə jurnalist olmağa qərar verdim.

-Sənə görə, bu peşəni digərlərindən fərqləndirən əsas xüsusiyyət nədir?

-Şübhəsiz ki, hər sahənin, o cümlədən də jurnalistikanın özünəxas xüsusiyyətləri var. Gələcəkdə bu haqda daha ətraflı danışarıq(gülür).

-Jurnalistikadan söz düşmüşkən, özünə kumir seçdiyin qələm sahibləri varmı?
Və varsa nəyə görə məhz onlar?

-Əlbəttə, özümə hər zaman örnək kimi gördüyüm jurnalistlər olub. Məsələn Mir Şahin Ağayev, Ləman Ələşrəf qızı. Onlar əsl jurnalistlərdir. Öz işlərinin peşəkarıdırlar. Hətta mən deyərdim ki, adlarını çəkdiyim jurnalistlərin sayəsində bu peşəni daha çox sevmişəm.

-BDU-nun Jurnalistika fakültəsinin ikinci kurs tələbəsisən. Təhsil sistemini, keçirilən dərsləri necə qiymətləndirirsən?

-BDU-da təhsil almaq qürurvericidir. Jurnalistika fakültəsində təhsil almaq isə bir ayrıcalıqdır. Dərslər maraqlı, yararlı və keyfiyyətli keçirilir.

-Jurnalistikaya yaxın sahələrdən biri də ədəbiyyatdır. Ədəbiyyatla maraqlanırsanmı? Ən sevdiyin yazıçı və əsəri oxucularla bölüşə bilərsən?

-Bəli. Ədəbiyyatı və mütaliə etməyi çox sevirəm. Orhan Pamukun "Mənim adım qırmızı" və Etel Lilian Voyniçin "Ovod" əsərlərini çox sevirəm. Hətta arada bu romanları təkrar-təkrar oxuyuram.

-Məşhur yazıçı Mark Levi özünün "Yenidən başlamaq mümkün olsaydı" romanında "Anı yaşa və yaşadığını unut" fikrini əsas leytmotiv seçib. Bəs sənin bu fikrə münasibətin necədir?

-Düzü, Mark Levi yaradıcılığını o qədər də sevmirəm. Amma anı yaşamağın lazımlığı ilə razıyam. Mənə elə gəlir ki, hər kəs bu anı, bu saatı, bu günü yaşamalıdır. Bəzən hər şeyi axışına buraxmaq lazımdır.

-İmkanın olsa idi keçmişə qayıtmağı yoxsa gələcəyə getməyi seçərdin?

-İmkanım olsa idi keçmişə gedərdim. Gələcəyə onsuz da gedirik.

-Şəbnəm, maraqlıdır ki, özündə ən çox bəyənmədiyin xüsusiyyət nədir?

-Həddindən artıq səbirsizəm. Və bu bir çox hallarda mənə mane olur...

-Bəs insanlarda nəyi bağışlamırsan?

-Adətən tez bağışlayır və tez unuduram.

-Yola saldığımız 2017-ci il xatirəndə necə qaldı?

-Maraqlı, xatirələrlə dolu...

-Fakültəmizin ictimai həyatında çox fəalsan. Hətta bu yaxınlarda xüsusi diplomla təltif olundun...

-Çalışıram ki, ictimai işlərdə, fakültəmizin tədbirlərində fəal iştirak edim. Bəli, fakültə rəhbərliyi məni fəallığıma görə diplomla təltif etdi.

-Bir neçə gün əvvəl doğum günün idi. Bu diplomu da hədiyyə kimi qiymətləndirmək olarmı?

-Olar(gülür). Hətta, bəlkə də, ən böyük hədiyyədir. Bunun üçün müəllimlərimə təşəkkür edırəm.

-Ümumiyyətlə yeni yaşını necə qeyd etdin? Sirr deyilsə səni ilk təbrik edən kim oldu?

-Elə təmtəraqlı qeyd etmədim. Amma yenə də yaddaqalan oldu. Əzizlərim, qohumlarım, dostlarım sağ olsunlar ki, məni təbrik edib, öz xoş arzularını çatdırdılar.

-Yaşının üstünə bir yaş da gəldi. 19 yaşında həyatında hansı dəyişikliklərin olmasını istəyərdin?

-19 yaşımda öz sahəmdə irəli getməyi və qarşıma qoyduğum məqsədlərə bir addım da yaxınlaşmaq istəyirəm.
-Əlavə etmək istədiyin bir şey varmı?

-Xeyr. Sənə təşəkkür edırəm.

Kənan Novruzov
Butov.az


Paylaş



Bölmə: Tələbə sözü, Karusel, Slayd, Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Azərbaycan tarixi
Hərbi
İdman
Musiqi
Dünya hadisələri
Əyləncə
Kriminal
Mədəniyyət

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Hər ötən il növbəti il üçün xatirəyə çevrilir; bəzən xatırlanır, bəzən də yenidən yaşanılır. Ancaq elə illər var ki, onları yenidən yaşamaq mümkün olmur. Bu illərə Türkiyənin unudulmaz 90 - cı illərini aid etmək olar. Axı həmin illəri yaddaqalan edən nəydi?
Butov.az Türkiyə mətbuatına istinadən həmin unudulmazlığı təqdim edir:
Türkiyənin unudulmaz 90 - cı illəri...
Video
https://www.youtube.com/watch?v=gd75lEyQX58

Şəhidlərə mahnı həsr olunub.

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!