"UNUTSAQ, UNUDULARIQ!.." .....                        Latviya rus diplomatə ölkədən xaric edir .....                        Rusiyada törədilən terrorda ölənlərin sayı artdı .....                        Sabiq milli təhlükəsizlik naziri vəfat etdi .....                        Azərbaycan Ukraynaya silah tədarüküylə bağlı məlumatı təkzib edib - Zaxarova .....                        İran prezidenti HƏMAS lideriylə görüşdü .....                        Şəhid bacısı müdir vəzifəsinə təyin olundu .....                        Latviya da Rusiya ilə sərhədi bağlayır .....                        Elçin Babayev BDU-nun rektoru təyin edildi .....                       
Tarix : 1-07-2018, 19:20
Ayrılıq nəğməsi


Dostlarımızdan biri
Bu gün səni görübdür
Bulvarda sahil boyu
O baş-bu baş gəzirdin.

Deyir ki, fikirliydin,
Görən, nə düşünürdün,
Bəlkə də, küləkdən yox,
Təklikdən üşüyürdün.

Eşitdim ki, arada
Bir xeyli tərəddüdlə
Telefonu çıxarıb
Bir nömrə yığırmışsan.

Görəsən, kim imiş ki-
Bəlkə, o, ya da ki, mən
Ya da nə bilim axı,
Hansısa başqa həmdəm.

Amma zəng etməmisən,
Eləcə uzun-uzun
Düymələrlə oynayıb
Mesajlara baxmısan.

Hə, bir də deyirlər ki,
Arada kövrəlmisən,
Dənizə sarı baxıb
Həsrətlə ağlamısan.

Deyəndə inanmadım,
Doğrudan, ağlamısan?
Axı mən heç gözündə
Axan yaş görməmişəm.

Ötən illər ərzində
Heç vaxt ağlamamısan,
Əksinə, daim gülüb,
Məni də güldürmüsən.

Bəlkə də, gecələri
Qəhərdən boğulmusan
Günorta güldüyünçün
Axşamlar ağlamısan.

Yəqin, mən vicdansızam
Neçə qayğı içində
Məni güldürmək üçün
Daim necə gülmüsən?

Bir də söyləyirlər ki,
Qulağında qulaqcıq
Hansısa bir mahnıya
Qulaq da asırmışsan.

Bəlkə də, həmin mahnı
O son görüşümüzdə
Uzaqdan səsi gələn
Ayrılıq nəğməsiymiş.

Kənan Novruzov



Paylaş



Bölmə: Tələbə sözü / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!