İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                        Gürcüstanın XİN Lui Bonoyla görüşdü .....                        Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirəcək .....                        ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazilərinə səfər etdi - FOTO .....                        Hərbi helikopter qəzaya uğradı - 5 öldü, 3 yaralı .....                        Torpaq sürüşməsi nəticəsində avtomagistral bağlandı .....                        ABŞ müşaviri Gürcüstanda səfərdədir .....                        Türkiyədə baş vermiş zəlzələ digər vilayətlərdə də hiss olundu .....                        Respublika Pediatriya Mərkəzi yaradıldı .....                       
Tarix : 4-09-2017, 19:07
"Qara zolaq"dakı qadın komandamız...




Macarıstanın paytaxtı Budapeşt şəhərində cüdo üzrə dünya çempionatında iştirak edən milli komandamız dünən gecə vətənə qayıtdı. Mundialda komandamızın əldə etdiyi nəticəni ümumilikdə uğurlu hesab etmək olar. Belə ki, ilk dəfə kişilərdən ibarət millimiz bu idman yarışında ikidən artıq medal qazandı. Baş məşqçi Fərhad Məmmədovun rəhbərliyi ilə tatami ustalarımız Orxan Səfərov (60 kq) və Rüstəm Orucov (73 kq) gümüş medal əldə etdilər. 100 kq çəki dərəcəsində mübarizə aparan Elmar Qasımov isə komanda yoldaşı Elxan Məmmədova qalib gələrək çıxışını fəxri kürsünün üçüncü pilləsində başa vurdu. Bəli, rekordumuz təzələndi, yeni tarix yazıldı. Fərhad müəllim və onun yetirmələri bunu bacardılar.


Üzücü məqam isə ondan ibarətdir ki, 8 qadın təmsilçimizdən cəmi biri-yarışın son günündə qüvvəsini sınayan İrina Kendzerskaya medal sevinci yaşadı və yaşatdı. O, yarımfinal görüşündə rəqibini üstələyərək növbəti bürünc medalı aktivimizə yazdı. Yaxşı, bəs digərləri? Yerli cüdoçularımız Aişə Qurbanlı, Nəzakət Əzizova, Gülsədəf Kərimova...Axı azərbaycanlı azarkeşlər onların da sevinclərini görüb sevinmək istəyirdilər. Mövcud səbəbləri araşdırmağa çalışacam. Amma ilk növbədə onu deyim ki, qızlar bu cür çətin bir yarışa baş məşqçisiz yollanmışdılar. Heç generalsız da ordu olar? Olsa da elə ilk döyüşdəncə məğlubiyyətə məhkumdur. Cüdosevərlər yaxşı xatırlayarlar ki, IV İslam Həmrəyliyi Oyunları ərəfəsində gözlənilmədən qadınlardan ibarət yığma komandamızın baş məşqçisi, artıq uzun illərdir millimizdə çalışan, Ramilə Yusubova, Kifayət Qasımova, Aişə Qurbanlı kimi idmançılarımızın beynalxalq arenalarda qazandıqları uğurlarda böyük payı və zəhməti olan İbadulla Şahbanovu hərbçilər arasında dünya çempionu Elçin İsmayılovla əvəz elədilər. Bəli, qızlarımız adı çəkilən idman tədbirində yaxşı çıxış etdilər. Amma gəlin etiraf edək ki, bu, son aya kimi idmançılarımızı hazırlayan İbadulla müəllimin nailiyyəti idi, Elçin İsmayılovun yox. Çox maraqlıdır ki, IV İslam Həmrəyliyi Oyunlarından təxminən bir ay sonra da Elçin müəllim istefaya göndərildi. Görəsən, məqsəd nə idi? Həmin posta yeni təyin olunan mütəxəssis Faiq Ağayevi isə nə tanıyıram, nə də adını eşitmişəm. Bu dəyişikliklərin səbəbi mənə məlum deyil, heç maraqlı da deyil. Federasiyanın işinə qətiyyən qarışmaq fikrində də deyiləm. Sadəcə onu bilirəm ki, vaxtında daşı yerindən tərpətməməli idilər...Maraqlı olan, daha dəqiq desək, məni düşündürən isə Azərbaycan cüdosunun bu günü və gələcəyidir. Nə edirsiz edin, cüdomuzun işıqlı gələcəyi üçün edin...Bizi gələn il ölkəmizdə keçiriləcək növbəti dünya çempionatı gözləyir...
P.S: 2015-ci ildə olanları yaxşı xatırlayıram....

Kənan Novruzov
Butov.az




Paylaş



Bölmə: Tələbə sözü / İdman / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!