Hikmət Hacıyev ADA-da COP29-dan danışdı .....                        Qazax sakinləri 4 kəndin qaytarılmasını böyük sevinvlə qeyd etdilər .....                        NATO müttəfiqləri Ukraynayla bağlı razılığa gəldi .....                        İstanbulda torpaq sürüşməsi baş verdi .....                        “Nərimanov” stansiyasında bədbəxt hadisə .....                        Aİ Qazaxın 4 kəndinin qaytarılmasını alqışlayır .....                        Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub .....                        Martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olundu .....                        Milli Məclisin plenar iclasında nələr müzakirə olundu.. .....                       
Tarix : 11-09-2017, 16:39
"Bu ərəb qarə ərəb, bizi gətirib zarə ərəb" - sözlü tələbə


Bu ərəb qarə ərəb, bizi gətirib zarə ərəb
Ölkənin hər yanına turistlər axın eyləyir,
Baxımlı yerləri günlərilə seyr eyləyir,
İçlərində biri var, hər kəsdən çox meyl eyləyir,
Yayılır dayanmadan hər yönə, hər yanə ərəb,
Bu ərəb qarə ərəb, bizi gətirib zarə ərəb.

Dünya krizisi də etməyir bizə təsir,
Günü - gündən büdcəmiz zirvəyə doğru gedir,
Bunun bir tək səbəbi, ölkənin xeyrinədir,
Qoyur hərdəm, külliyyatla sərmayə ərəb,
Bu ərəb qarə ərəb, bizi gətirib zarə ərəb.

Restoranda oturub sifarişlər söyləyir,
Bir-birindən dadlı neymətlərisə gəlir,
Hesabı bəs ödəyəndə neyləyir?!
Neyləyəcək?! Üz tutur dollarə ərəb,
Bu ərəb qarə ərəb, bizi gətirib zarə ərəb.

İstər 28 Mall, istər Park Bulvardan ola
Geyinir əyninə marka, ən bahalıdan ola,
Çıxarıb cibindən kisə, ya cüzdandan ola,
Sayır gözün qırpmadan pullarını malə ərəb,
Bu ərəb qarə ərəb, bizi gətirib zarə ərəb.

Hara baxsan da görəcəksən qara rütbəli,
Cibinin hündürlüyü, artıq keçibdir türbəni,
İndiki zamanədə bəzi, bir çox azəri,
Çevrilib olub artıq ərəbdən də qarə ərəb,
Bu ərəb qarə ərəb, bizi gətirib zarə ərəb.

Mədəniyyətdən uzaq, tərbiyədən kəmdir,
Rəftar qanacaqda ağıl yox, sərsəmdir,
Buna yoxdur əlac, ne eyləmək gərəkdir,
Əhalidə qoymayıb nə dözüm, nə çarə ərəb,
Bu ərəb qarə ərəb, bizi gətirib zarə ərəb.

Çay içilən qabda, xörək bişirib qaynadır,
Otel işçilərini lap çiləsindən çıxarır,
İctimai yerləri şəxsi məskəni sayır,
Edir özünə tualet, hamam və sairə ərəb,
Bu ərəb qarə ərəb, bizi gətirib zarə ərəb.

Ölkəmin qızlarına salıbdır meyli,
Etdiyi təkliflər çox ağırdır xeyli,
Tarqovu səhrasında edir ceyran seyri,
Gözlərin zilləyib baxır əndamə ərəb,
Bu ərəb qarə ərəb, bizi gətirib zarə ərəb.

Pul istəməyən insan bu cahanda yoxdur,
Onun da pulu həddindən artıq çoxdur,
Pul düşkünü olana bu, sancılmış oxdur,
Pulu ilə onları salır zinayə ərəb,
Bu ərəb qarə ərəb, bizi gətirib zarə ərəb.

Ölkəmin vəziyyətini alanda nəzərə,
Kimdə pul var oxşayır azəriyə, ya ərəbə,
Bunu bəlli edən birtək cümlə,
Çox olandır arvadının sayı, ərəb
Bu ərəb qarə ərəb, bizi gətirib zarə ərəb.

Firəngiz, eybi yox, olan olmuş zatən,
Deyirlər, hamı kimi sən də ərəb dilini öyrən,
Gördün ki,ərəblər getmir ölkəndən,
Məcburiyyətdən SƏN OLSAN BARİ ərəb.
Bu ərəb qarə ərəb, bizi gətirib zarə ərəb.

Quliyeva Firəngiz (Bakı Dövlət Universiteti "Jurnalistika" fakültəsinin II kurs tələbəsi)
Butov.az



Paylaş



Bölmə: Tələbə sözü / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!