Paşinyan: “Açığı, mənim bu suala cavabım yoxdur” .....                        Prezidentin Rusiyaya səfəri başa çatdı .....                        Sülhməramlılar Ermənistanın bu bölgələrinə yollanır .....                        Paşinyan Bakı və İrəvan arasında imzalanan sazişdən danışdı .....                        Ceyhun Bayramov Çexiyaya rəsmi səfərə getdi .....                        BAM XXI əsr üçün qlobal siyasəti müəyyən edir .....                        Prezidentlər BAM-ın veteranları və işçiləriylə görüşdülər - ViDEO .....                        Peskov süıhməramlılarla bağlı önəmli açıqlama verdi .....                        Gürcüstan Bakı və İrəvanın razılaşmasını alqışlayır .....                       
Tarix : 13-09-2017, 18:46
O inanır, biz də inanaq


Riçord Niksonun belə bir aforizmi var:"Kişinin uduzmağı hələ onun məğlub olması deyil. O, yalnız təslim olanda məğlub olur." Dəqiq deyə bilmərəm "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu ifadəni eşidib, ya yox. Amma əminəm ki, bu prinsipə inanır.

İlk növbədə onu deyim ki, Ağdam təmsilçimiz Çempionlar Liqasının (ÇL) qrup mərhələsinə vəsiqə qazanmaqla artıq Azərbaycan futbolunda yeni tarix yazıb. İndi qalır güclü rəqiblərlə əzmkar mübarizə. Və əminəm ki, Qurbanov sonuna kimi bu mübarizəni davam etdirəcək. Londona gedənə qədər uğurlu nəticəyə inanırdı Qurban müəllim. Amma hələ ki, səfərdə "Çelsi"yə 6:0 hesabı ilə məğlub oldu komandamız. Əlbəttə, başa düşmək olar. "Çelsi" dünyanın ən güclü komandalarından biridir. Həm də nəzərə almaq lazımdır ki, bu, təmsilçimizin ÇL-də ilk oyun təcrübəsi idi. 70 minlik stadionda oynamaq da o qədər asan deyil. Buna rəğmən adım kimi əminəm ki, Qurbanov yenə də həmişəki kimi sakit, soyuqqanlı və təmkinlidir. Növbəti matça kimi səhvlər üzərində işləyəcək və "Roma" ilə oyunda da əlindən gələnin artığını etməyə çalışacaq. Çünki bilir ki, təslim olmağı ağla gətirmək təslim olmaqdan daha təhlükəlidir və o, bununla nə futbolçularını, nə də azarkeşləri ruhdan salmaq istəmir. O inanır! İnamın qələbənin yarısı olduğuna inanır! O inanırsa biz niyə inanmayaq? Mən də inanıram. Siz də inanın. Elə ilk məğlubiyyətdən komandamızı daş-qalaq etməyin, əksinə, dəstək olun(olaq). "Qarabağ"ın buna çox ehtiyacı var. Ağdam təmsilçimizin bir müddət əvvəl bütün Azərbaycana yaşatdığı hədsiz sevinc nə tez yaddan çıxdı. Unutmayın ki, "Qarabağ" (həm də Qarabağ) bizimdir və bizim olanı heç vaxt darda qoymarıq.

Hələ qarşıda 2 güclü rəqib var...
"Qarabağ" yenə tarix yazacaq, səbr edin! Özü də böyük hərflərlə-QARABAĞ!

Kənan Novruzov


Paylaş



Bölmə: Tələbə sözü / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!