“Qarabağ” “Neftçi”ni darmadağın etdi - Finala yüksəldi .....                        Qazi anasına görə intihar etdi .....                        İraq Prezidenti COP29-a dəvət edildi .....                        Aytmatovun abidəsi dostluğumuzun rəmzinə çevriləcək .....                        Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi .....                        Qırğızıstan Prezidenti Bakını seyr etdi - FOTO .....                        Japarovun şərəfinə ziyafət verilir .....                        Qırğızıstan Prezidenti Fəxri Xiyabanda - FOTO .....                        Nəsib Quliyevin intihar səbəbləri - Hüquqşünas-kriminalist danışdı .....                       
Tarix : 15-09-2017, 12:06
Amil Yunusov: “Uşaqlıqdan futbola marağım var”


Son illər ölkəmizdə bütün idman növləri ilə yanaşı futbol da sürətlə inkişaf edir. Yaşıl meydançalarda qazanılmış uğurlar bunu deməyə əsas verir. Şübhəsiz ki, bu nailiyyətlərdə ən böyük pay sahibi də elə futbolçulardır. Belə futbolçulardan biri də “Sumqayıt” klubunun hücumçusu Amil Yunusovdur. Bir müddət əvvəl idmançımızla əlaqə saxlayıb, onunla bizi maraqlandıran suallar ətrafında söhbət etdik. Amil suallarımızı səmimi cavablandırdı. Müsahibəni oxuculara təqdim edirik:

-Amil, idmana gəlişini necə xatırlayırsan?


-Hələ 9 yaşımda atamın dəstəyi ilə boya - başa çatdığım Tovuz rayonunda futbola başladım. Sonra Bakı şəhərinə gəldim və burada oynadım. Ardınca isə beş “Qəbələ Futbol Akademiyas”nda məşqlərimə davam etdim. Həmin illərdə eyni zamanda Akademiyanın əvəzedici heyətində çıxış edirdim. Tədricən təcrübə qazandım və peşəkar idmana gəldim. Bir müddət “Rəvan”ın şərəfini qorudum. Hazırda isə “Sumqayıt” komandasında oynayıram. Onu da deyim ki, ilk məşqçimi unuda bilmərəm. Onun mənim üzərimdə əziyyətləri çox olub.

-Niyə məhz futbolu seçdin? Sənə görə bu idman növünü digərlərindən fərqləndirən nədir?

-Futbola uşaqlıqdan böyük marağım var, elə bu gün də. Baxmayaq ki, məşqlərə 9 yaşımdan başlamışam, amma 5 yaşımdan məhəlləmizdə futbol oynayırdım. Belə düşünürəm ki, futbol dünyada ən çox yayılan idman növlərindən biridir.

-Məlumdur ki, professional idmanı təlim-məşq toplanışlarsız təsəvvür etmək olmaz. Maraqlıdır ki, bu cür təlim-məşqlər sizin oyunlardakı çıxışınıza necə təsir göstərir?

-Bəli, təlim-məşq toplanışları mütləq olmalıdır. Futbolda belə bir şey var ki, hər bir komandanın ildə 2 dəfə, ümumilikdə isə 15 dəfə özünəməxsus təlim-məşq toplanışları olmalıdır. Təlim-məşq toplanışları, şübhəsiz ki, adi məşq günlərindən daha ağır keçir. Ən azından ona görə ki, məşqlər gündə iki dəfə olur. Biz təlim-məşqlərdən maksimum dərəcədə yararlanmalıyıq ki, sezon boyu yaxşı çıxış edə bilək. Bu baxımdan belə toplanışlar çox əhəmiyyətlidir.

-Qeyd etdiniz ki, hazırda “Sumqayıt” klubunun formasını geyinirsiniz. Necə oldu ki, bu kluba keçdiniz?

-Əvvəllər “Brevliqa” deyilən bir komanda vardı. Mən orada oynayırdım. “Rəvan” kollektivində oynadığım müddətdə uğur qazandığıma inanıram. Amma buradan çıxandan sonra mənə heç bir klubdan təklif gəlmədi. Bir müddətdən sonra “Sumqayıt”dan mənə təklif gəldi. Onu deyim ki, həmin çempionatın I-II turu artıq başa çatmışdı. Mən də çox düşünmədən, bir çox amilləri nəzərə alaraq müsbət cavab verdim və artıq üç ildir ki, həmin komandada oynayıram.

-Bir futbolçu kimi Azərbaycan futbolunun bu günü haqda fikirləriniz maraqlı olardı.


Amil Yunusov: “Uşaqlıqdan futbola marağım var”


-Azərbaycan futbolunda çox böyük irəliləyişlər var. Eyni zamanda bizim U-23 komandamız bu yaxınlarda yaxşı nəticə göstərərək birinci oldular. Bu, çox sevindiricidir. Ümumiyyətlə onu deyim ki, son illər cənab prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində bütün idman növlərində, eləcə də futbolda ciddi inkişaf hiss olunur.

-Bildiyimiz kimi, ilk dəfə olaraq Azərbaycan futbol tarixində hansısa komanda Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı...

-Bu münasibətlə xalqımızı təbrik edirəm. “Qarabağ” neçə illər idi ki, Avroliqadan Çempionlar Liqasına düşə bilmirdi. Amma bu dəfə bacardı. Təcrübəli mütəxəssis Qurban Qurbanov və yetirmələri tarix yazdılar. Elə bu da bir Azərbaycan futbolunun inkişafından xəbər verir. Təmsilçimizə növbəti oyunlarda uğurlar arzu edirəm.

-Bəs püşkü necə qiymətləndirirsən? Etiraf edək ki, “Qarabağ”ın rəiqbləri o qədər də zəif deyillər.


-Əminliklə deyə bilərəm ki, püşkdə ən çətin qrupa düşmüşük. “Çelsi”, “Atletiko” və “Roma” - hər biri çox güclü komandalardır. “Qarabağ” səfərdə “Çelsi”yə 0:6 hesabı ilə məğlub oldu. Amma bu, hələ heç nə demək deyil. Nəzərə almaq lazımdır ki, bu “Qarabağ”ın ÇL-də ilk təcrübəsidir və Qurban Qurbanovla komandası artıq tarix yazıblar. Ümid edirəm ki, növbəti matçlarda uğurlu nəticələr qazanacağıq.

-Bir qədər də gələcək planların haqqında oxuculara məlumat verərdin.

-Bu il “Sumqayıt”da sonuncu ilimdir, artıq müqaviləm bitir. Üç ildir ki, bu komandada oynayıram. İndi özümü daha yaxşı yerlərdə görmək istəyirəm. Əsas hədəfim Azərbaycan çempionatında çoxlu qollar vurmaqdı. Çox istəyərəm ki, milli komandamızın şərəfini qoruyum və Azərbaycan futbolunun inkişafı üçün çalışım. Lakin eyni zamanda Avropa klublarından birində oynamaq da xoş olar. Hər halda ən xeyirlisi nədirsə o da olsun.

-Səmimi söhbətə görə təşəkkür edirik.

-Sağ olun.
Aytac Ocaqverdiyava


Paylaş



Bölmə: Tələbə sözü / İdman / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!