HƏMƏDAN AYISININ SAVAŞ HEKAYƏSİ .....                        O, bir dərviş həyatı yaşayır .....                        Əsir düşməmək üçün özlərini partlatdılar - 21 il ötür - FOTO .....                        Borçalı Cəmiyyəti möhtəşəm Yubilyarlar günü keçirdi .....                        QARTALI RAM EDƏN QIZ .....                        “Aİİ Beynəlxalq Tərcüməçilər günü ilə bağlı dəyirmi masa keçirib” .....                        MEK Vergilər Nazirliyinin Tədris Mərkəziylə kitab mübadiləsi həyata keçirib .....                        “Uncle Sam” cavad zərbəsi endirir .....                        FİRİDUN İBRAHİMİ - 100 .....                       
Tarix : 13-06-2018, 16:49
Qızılgülün tikanı və ya Əbülfəz Elçibəyə məktub- LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

Ləman Ələşrəfqızının Gününsəsi.info-da yerləşdirdiyi "Salam Əbülfəz bəy" sərlövhəli, ürəkdəngələn etirafının Bütöv Azərbaycan sevdalıları üçün maraqlı olacağını nəzərə alaraq təqdim edirik:

Mənəm, o “tikanlı qız”. Zamanında Sizə hüsn-rəğbətimi, hörmətimi izhar edə bilmədim. Bir az xarakterimin də rolu oldu bu məsələdə, bir az işlədiyim qəzetin də. Hə, o qəzeti deyirəm, əslində “Sizə bir köynək yaxın, həqiqətdə Sizdən bir verst aralı qəzet”in. Biz də jurnalistikada xam, cavan uşaqlar. Xam xəyalların qanadlarında uça- uça elə bilirdik ki, ta Aya qədər gedib çıxacağıq, amma bu Günə gəlib çıxdıq. Çoxdan istəyirdim ki, Sizə bir etiraf məktubu yazım, qismət bu günəymiş. Daha doğrusu bu ilə-sizin 80 illiyinizə. Yadımdadır, sonuncu ad gününüzə-62 yaşınıza bir buket güllə gəlmişdim. Üstəlik, yenə də bir-iki tikanlı sualla. Siz onda bir müddət idi ki, sakitliyə çəkilmişdiniz. Heç kim xəstəliyiniz haqda bilmirdi, təbii ki, ən yaxınlarınızdan başqa. Sağ olsunlar, onların da ağzı bərkmiş, kimsə mətbuata bir kəlmə də sızdırmamışdı. Amma “Sizə bir köynək yaxın, Sizdən bir verst aralı qəzet”in qulağına kimsə pıçıldamışdı ki, Elçibəy filan bağda dincəlir. Mən də rəhmətlik Elxan Kərimovla onun köhnə “Jiquli”sində gəlib o bağı tapmışdım. 24 iyun 2000-ci il. Yadımdadır, köməkçiniz Əli bizi görəndə yazığın gözü kəlləsinə çıxmışdı. Müavin Əlinin himayəsində olanlar buranı hardan gəlib tapıb deyə. Amma əlimdəki gül buketinə, ad günü ovqatıma baxıb sakitcə içəriyə xəbər vermişdi. İçəridən isə xəbər yerinə… Ordubad əriyi gətirmişdilər. Bir məcməyi, sapsarı, şipşirin, şirəli, iyi hələ də burnumdadır. Ağzım sulanmışdı o əriyi görəndə, amma hirsimdən yeməmiş, əlimdə bir buket gül, yarım saat küçədə gözləməyimi şəxsimə həqarət saymışdım, Elxan müəllimə ” gəl gedək, adam bizimlə görüşmək istəmir ” demişdim. Elxan Kərimov məndən səbirliymiş, bir az da gözləyək demişdi. Və birdən siz görünmüşdünüz qapıda. “Tikanlı qız”a təqdim etmək üçün həyətdən yenicə dərilmiş bir dəstə qızılgüllərlə. Tikanları o qədər sərt idi ki, əlimə batmasın deyə bərk-bərk kağızla sarımışdız. Kim bilir, bəlkə də bununla mənə bir mesaj vermişdiz, tikanlı olma, və yaxud, özün ol!-mesajını.
Qızılgülün tikanı və ya Əbülfəz Elçibəyə məktub- LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

O vaxtdan mən özüm oldum Əbülfəz bəy, tikanlarım isə hələ də qalır. İndi də verdiyim suallar, yazdığım yazılar, hazırladığım reportajlar kimlərinsə xoşuna gəlmir. Neynim, Allah verən xasiyyətdir də. Xarakteri dəyişmək çətin məsələdir mənim üçün. Elə bilirəm dəyişsəm mənə də xaraktersiz deyərlər, Sizin əksər partiyadaşlarınız, əksər silahdaşlarınız kimi. Heç bilirsiz, gedişinizdən sonra onların sayı nə qədər artdı? Hardan biləsiz? Hərdən fikirləşirəm ki, görəsən bir də dünyaya gəlsəydiniz onları bağışlayardız? “Bəy, axı belə deyil”-deyə onların hər cür arqumentlərini özünüzəməxsus təmkinlə, səbrlə onlara izah edərdiz? Milli-mənəvi dəyərləri maddi dəyərlərə satan bu əqidə alverçilərini əfv edərdiz? Onların başını bir mandatla, uzağı bir QHT-ylə aldatdılar, bəy. İndi hamısı oliqarx kimi yaşayır, siz heç prezident olanda belə yaşamamışdız.
Qızılgülün tikanı və ya Əbülfəz Elçibəyə məktub- LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

Bu məktubu Sizə yazanda bayırda iyun ayıdır. Bilirəm, bu ayın sizin həyatınızda mühüm, çox mühüm rolu olub. İyunda dünyaya gəlmisiz, iyunda Prezident seçilmisiz, iyunda hakimiyyətinizi itirmisiz. Ayın 1-dən etibarən hər gün Gəncə qiyamı ilə bağlı silsilə reportajlar hazırlayıram. 25 ilin tamamında çox şey daha fərqli, daha aydın görünür. Səhvləriniz də, həqiqətləriniz də . Bəlkə də həqiqətləriniz səhvlərinizdən çoxdur, bəlkə də əksinə, səhvləriniz həqiqətlərinizdən. Amma bu heç nəyi dəyişmir. Oturub dönə-dönə sizin müsahibələrə, açıqlamalarınıza baxıram, 25 il qabaqkı hadisələrin düz mərkəzinə düşürəm. Ondan sonra bu yazını yazmaq bilirsiz nə qədər çətindir? O dövrün siyasi mənzərəsi qədər çətin. Bir neçə gün əvvəl Etibar Məmmədovla müsahibə götürmüşdüm. Ondan soruşdum ki, Əbülfəz bəy necə bir müəllim idi? “Yaxşı müəllim idi”- dedi. Şəstlə dedi bunu. Gözləri parıldadı. Bu parıltı imkan vermədi Etibar bəyin gözlərinin ta dərinliklərinə baxım. O dərinliklərdə nələr gizlənib, İlahi? Prezident səlahiyyətlərinizin əlinizdən alınmasında tələbənizin xüsusi rolundan tutmuş ta nələr, nələr….Çox maraqlıdır mənə, o ad gününü necə qeyd etmişdiz? 1993-cü ilin 24 iyununu. Prezident səlahiyyətləriniz əlinizdən alınıb, özünüz də kiçik Kələkiyə sığınmışdınız. Məncə o kiçik KƏLƏKİdə böyük KƏLƏK haqqında düşünməyə vaxtınız oldu sizin. Harda yanlış etdiyinizi özünüz üçün müəyyən edə bildinizmi? Səhvləriniz, boşluqlarınız haqda nə qənaətə gəldiniz? Doğurdanmı elə hesab etdiniz ki, ” Bu mənim taleyimdir”. Kaş ki, 4 il 4 aylıq Kələki yaşantılarınızı qələmə alıb, dünyanın ən maraqlı memuarı kimi tirajlayaydınız. Təəssüf, bundan bizi məhrum elədiniz. Bizi çox şeydən məhrum elədiniz. Bizə demokratik ölkə vəd elədiniz, sözünüzü tutmadınız. Bizə Bütöv Azərbaycan vəd elədiniz, Azərbaycanı yarı can üstə qoyub getdiniz. Bizə “Mən hələ Prezident olacam, görəcəksiz ölkə necə idarə olunur” vədini verdiniz, “idarəolunan Elçibəy kadrları”ndan başqa heç nə qoymadınız bizə. Onları da kim gəldi, necə gəldi idarə edir. Çox istəyərdim ki, Allah Sizə bir dəfə də şans verəydi. Sizin məğlub yox, Qalib prezident kimi dünyadan köçməyinizi istəyərdim. Amma biz istəməklə deyil ki…Gərək Allah da istəyəydi bunu. Allah isə sizi dərgahında görmək istədi. Yenə də xoşbəxt adamsız. Sevənləriniz sevməyənlərinizdən çoxdur. Hələ də gözümün qabağındadır möhtəşəm dəfniniz. İnanın, o gün nə qədər insan yerinizdə olmaq istəyərdi! Biri elə mən özüm. 29 yaşında gənc qız həsəd aparmışdım çiyinlərdə daşınan Azərbaycan boyda tabuta. Yüz minlərlə insan göz yaşı tökürdü sizin üçün. Timsah göz yaşı deyildi, əsla. İçdən gəlirdi, yana-yana gəlirdi, yandıra-yandıra gəlirdi. Ölümün hamını yandırdı, Bəy. Bu, “tikanlı qız”ı da. Səsin hələ də qulaqlarımdadır. “Xanım, səni də başa düşmək olmur. Gah ipək kimi olursan, gah da tikanlı”. Onda ən BÖYÜK DEMOKRATA qıcıq olmuşdum, bu adamın tənqidə heç dözümü yoxmuş ki.. demişdim. Amma həqiqəti deməmişdim. Deməmişdim ki, Əbülfəz bəy, tikanlarıma baxma, Sizi çox sevirəm. Hətta ” Sizə bir köynək yaxın, sizdən bir verst aralı qəzet”in “mirzə”lərindən birinə stəkan tolazlayacaq qədər çox.
Təəssüf deyə bilmədim. Siz qəzetlərə ” Hamı sakitləşib, bircə bir jurnalist var, Ləman Ələşrəfqızı o sakitləşmir ” deyəndə də demədim bunu. Gec də olsa indi deyirəm. Hər şey üçün bağışla, bəy ! Hətta kələ-kötür suallarımı da. O suallar ki, bəzən tikanlı yox, qərəzli olurdu. Bəzən “Sizə bir köynək yaxın, amma Sizdən bir verst aralı qəzet”in siyasətini yürüdənlərin ağlına uyub, səhv edirdik. Səhv isə günah deyil. Eynən sizin səhviniz kimi. Mən bu səhvi heç vaxt günah saymadım. Azərbaycanı sevən, millətini sevən günah edə bilməz dedim. Kaş ruhun bu “tikanlı qız”ın məktubunu oxumuş, hisslərini duymuş olaydı, Bəy. Əminəm, o zaman gözlərin yaşaracaqdı. Şəhid məzarına sərilən ananı ayağa qaldırıb sinənizə sıxanda necə yaşarmışdısa, o cür. Türkiyəyə müalicəyə gedəndə jurnalist həmkarım Qızılgülün sualından necə kövrəlmişdinizsə,o cür. Qızılgül xoşbəxtdir Bəy, o tarixi kadrlarda Sizə dua edən biri kimi qalıb. Mən qızılgülün tikanı kimi…..


Paylaş



Bölmə: Turan, Karusel, Manşet, Slayd, Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Azərbaycan tarixi
Hərbi
İdman
Musiqi
Dünya hadisələri
Əyləncə
Kriminal
Mədəniyyət

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Hər ötən il növbəti il üçün xatirəyə çevrilir; bəzən xatırlanır, bəzən də yenidən yaşanılır. Ancaq elə illər var ki, onları yenidən yaşamaq mümkün olmur. Bu illərə Türkiyənin unudulmaz 90 - cı illərini aid etmək olar. Axı həmin illəri yaddaqalan edən nəydi?
Butov.az Türkiyə mətbuatına istinadən həmin unudulmazlığı təqdim edir:
Türkiyənin unudulmaz 90 - cı illəri...
Video
https://www.youtube.com/watch?v=gd75lEyQX58

Şəhidlərə mahnı həsr olunub.

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!