"UNUTSAQ, UNUDULARIQ!.." .....                        Latviya rus diplomatə ölkədən xaric edir .....                        Rusiyada törədilən terrorda ölənlərin sayı artdı .....                        Sabiq milli təhlükəsizlik naziri vəfat etdi .....                        Azərbaycan Ukraynaya silah tədarüküylə bağlı məlumatı təkzib edib - Zaxarova .....                        İran prezidenti HƏMAS lideriylə görüşdü .....                        Şəhid bacısı müdir vəzifəsinə təyin olundu .....                        Latviya da Rusiya ilə sərhədi bağlayır .....                        Elçin Babayev BDU-nun rektoru təyin edildi .....                       
Tarix : 18-09-2018, 10:36
İt nəfsi Poema (İxtisarla)

Dəyanət OSMANLI

İt nəfsi
Poema
(İxtisarla)

15 Sentyabr kutlamasına

Başımız üstündə
türkün göyündə
Şimal-Qərb kabusu
savaşır hər gün.
Döyüş səngiyəndə
Cənub-Şərq mollası
nağıl danışır...

Türkün hər kəsə
açıq qucağında
tüstüsü bol ocağında
doyurdunuz
kimliyi bilinməyən
çoluq-çocuğu.
Ağanızın adıyla
comərdliyilə öyündünüz.
Sonra da diş qıcayıb
külüylə oynamaqçün bu ocağın
sönməyini arzuladınız.

Başımız üstündə
türkün göyündə
Şimal-Qərb kabusu
savaşır hər gün.
Döyüş səngiyəndə
Cənub-Şərq mollası
nağıl danışır...

Ehey... səmt küləklərinin
oynatdığı müqəvvalar
soy-kökünü gizlədən
maskalı ictimai fəallar
“güngörməz” məmurlar
erməni köpəyindən
iyi təlim almısız
doyunca mayalanmısız
Şeytanın əmcəyindən.
Hələ də ağzınız
iyimiş süd qoxuyur
Boz qurdların nəfəsində.

Başımız üstündə
türkün göyündə
Şimal-Qərb kabusları
savaşır hər gün.
Döyüş səngiyəndə
Cənub-Şərq mollası
nağıl danışır...

Yuvamızı yıxmaqla
könlümüzü dağlamaqla
ruhlarımızı talamaqla
böyük sərvət yığmısız.
İz itirib, yol çaşdırıb
uzaq Pensilvaniyada
qala qurmusuz
bütün Türk dünyasını
qan gölünə gömmək üçün
terror planları cızmısız...

Başımız üstündə
türkün göyündə
Şimal-Qərb kabusu
savaşır hər gün.
Döyüş səngiyəndə
Cənub-Şərq mollası
nağıl danışır...

Türk hara addım atdısa
barış körpüləri saldı.
Ora ürək dolusu
ədalət
iman
sevgi apardı.
Harda türk yaşadısa
orda bir PKK
bir ASALA
bir YPG
bir İŞİD ... kimi
şər balası doğuldu.

Başımız üstündə
türkün göyündə
Şimal-Qərb kabusu
savaşır hər gün.
Döyüş səngiyəndə
Cənub-Şərq mollası
nağıl danışır...

Ehey... Yerevanın
muzdlu ağzı qanlı çaqqalları
türk ellərinə səpələnmiş
xəstə küçüklərinizlə
saldırdınız kölgəmizə.
Quduz dişlərinizlə
yoluxdurmaq istərsiniz
ulu vətənin ruhunu...

Başımız üstündə
türkün göyündə
Şimal-Qərb kabusu
savaşır hər gün.
Döyüş səngiyəndə
Cənub-Şərq mollası
nağıl danışır...

Bayrağa
imana
torpağa
və millətə xəyanətə
haqq verən fəlsəfənizdən
xalqın övladlarına
illərlə dərs vermisiz.
Beyinləri sovurub
yerinə şərəfsizlik
iliyi yeritmisiz.

Başımız üstündə
türkün göyündə
Şimal-Qərb kabusu
savaşır hər gün.
Döyüş səngiyəndə
Cənub-Şərq mollası
nağıl danışır...

Torpağımda əkmisiz
Türkə nifrət toxumları.
Çörəyimlə bəsləyib
suyumla böyütmüsüz
xəfiyyə imamları.
Ən gərəkli
hökmlü və gəlirli
görəvlərə seçdirmisiz
qanıpozuq vassalları.

Başımız üstündə
türkün göyündə
Şimal-Qərb kabusu
savaşır hər gün.
Döyüş səngiyəndə
Cənub-Şərq mollası
nağıl danışır...

Millətim öz içində
yadı da doğma bildi.
Hər kəs kimliyilə
onur duyanda
millətim sevindi.
Düşmənliyi
dostluğu da
ər kimi
könüldən sevə-sevə yapdı.
Ancaq mən türkəm deyəndə
dünya lərzəyə gəldi
yağılar ağız büzdü.
İt nəfsi varmış
yolumuzda və uğrumuzda
heç fərqində olmadıq.

Yurdunun
millətinin
sadiq aydınlarına
qara yara vurmusuz.
Qəhbə-şüvən salaraq
cama çamur atmısız.
Məsləkindən,
işindən qovdurmusuz
və çox erkən
uçurtmusuz yuvasından nəsilləri.

Başımız üstündə
türkün göyündə
Şimal-Qərb kabusu
savaşır hər gün.
Döyüş səngiyəndə
Cənub-Şərq mollası
nağıl danışır...

Belə fitva verilib
bütün Türk dünyasında
harda vətənə bağlı
sözündə hökmlü
varlığı yurda qalxan
qürurlu türk insanı
alnına zəfər yazılmış
bir əskər gördünüzsə...
haqqına sahib çıxıb
boğmalısız öz qanında.
Sonra da anısına
dualar oxumalısız...
Milli birlik yolunda
Qurana əl basanın
andını pozmağa
dilini qoparmağa
qürurunu qırmağa
Allahdan əmriniz var.
Bu dünyada paranız
o dünyada cənnətiniz var.

Başımız üstündə
türkün göyündə
Şimal-Qərb kabusu
savaşır hər gün.
Döyüş səngiyəndə
Cənub-Şərq mollası
nağıl danışır...

Təbrizdə
Qarabağda
Borçalıda
Dərbənddə
Türkmən eli Kərkükdə
Sincanda...
yağı qoruğuna döndü
yazıq torpağım.
İndi o yerlərdə
səfil və ürkək bir qurd kimi
dolaşır ruhum.

İt nəfsi tək gəzir adınız
ulu türk məskənlərində
Daş altında
zəhərli müridləriniz
fürsət gözləyir sancmağa.
Türk bir qocaman ağacdı
şəkər-şirəsi boldu
içində çoxdu qurdu.
PKK
ASALA
İŞİD...
daraşaraq canına
sümürdünüz qanını.
Gələcək türkündü deyə
qətl etdiniz durmadan
türkün gələcəyini
yenə acdı gözünüz.

Başımız üstündə
türkün göyündə
Şimal-Qərb kabusu
savaşır hər gün.
Döyüş səngiyəndə
Cənub-Şərq mollası
nağıl danışır...

Əslini tanıyan Türkü
əbədi düşmən seçmisiz
pozuqdur soy-kökünüz.
Ölüm kutlamalarında
qatil barmağınız görünür.
Harda türkün qanı tökülsə
orda nəbziniz döyünür.
Və hələ də bu terror
acımasız
əngəlsiz
abırsız təbəssümlə
və hər gün yeniləşən vərdişlə
qafalara təcavüzü sürdürür.


Paylaş



Bölmə: Turan / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!