Putin və Rəisi arasında telefon danışığı olub .....                        Naxçıvanda 4 şagird ən yüksək nəticəni göstərdi .....                        İzmirdə zəlzələ baş verdi .....                        “Semka” ləqəbli “TikTok”er saxlanıldı .....                        Qaxda 300 bal toplayan məktəblilər .....                        Bakı Türk Liseyinin yetirmələrindən 300 ballıq nəticə .....                        XİN Başçısı Şavkat Mirziyoyevlə bu məsələləri müzakirə etdi .....                        Gürcüstan parlamenti qarşısında aksiya keçirilib .....                        Ceyhun Bayramov Özbəkistan Prezidentiylə görüşdü .....                       
Tarix : 23-09-2016, 17:05
Türk Dünyası yeni nəsil yazarlarının “Şeir çələngi”

Türk Dünyası yeni nəsil yazarlarının “Şeir çələngi” işıq üzü görüb
Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının ayırdığı maliyyə ilə gerçəkləşdirdiyi “Türk Dünyası gənc yazarlarının (əsərlərindən ibarət antalogiyanın nəşri və) Bakı Toplantısının keçirilməsi” adlı layihə çərçivəsində bir sıra türksoylu ölkə və topluluğu (Türkiyə, Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan, Başqurdistan və doğma Təbrizdən…) təmsilən Bakıya gəlmiş araşdırmaçı-yazar və şair-tərcüməçinin iştirakı ilə keçirilmiş silsilə tədbirlərin (ümumilikdə layihənin) yekunu olaraq “QHT Nəşriyyatı”nda “Şeir çələngi” adlı antologiyası işıq üzü görüb.

Gənc yazarlardan Şəfa Vəli, Nofəl Ümid, Gülnar Səma, Rübabə Sahib və Sərvər Kamranlının tərtibçisi olduğu, “Önsöz”ünü millət vəkili, dr. Cavanşir Feyziyevin yazdığı “Şeir çələngi”ndə iştirakçıların III Bakı Toplantısında öz ölkələrindəki ədəbi mühit, ədəbiyyat təsərrüfatının durumu, ədəbi gələnəklər və perspektivlərlə bağlı layihə çərçivəsində keçirilmiş toplantı və konfranslarda etdiyi məruzələrin mətni, eləcə də, gənc şairlərin şeirləri yer alıb.

“Şeir çəlngi”nin redaktorları Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı və DGTYB Məsləhət Şurasının üzvü, filoloq Sərdar Şirvan, məsləhətçiləri millət vəkili, şair-publisist Musa Urud, Sumqayıtdakı Əli Kərim adına Poeziya Klubunun direktoru İbrahim İlyaslı, “DünyaDER” başqanı Osman Baş (Ankara), “Türk Dünyası Gənc İlətişimçilər Birliyinin başqanı dr. Şəmsəddin Kuzəçi (Ankara) və Kazandakı “İDEL” Tatar Dövlət Gənclər Mərkəzinin direktoru Leysan Safinadır.

Antalogiyanın rəyçiləri isə “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili, dos.dr. Hikmət Babaoğlu, Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin müdiri İbrahim Yıldırım, İLESAM başqanı Mehmet Nuri Parmaksız (Ankara), AMEAnın aparıcı elmi işçisi prof.dr. Güllü Yoloğlu və Azərbaycanda Atatürk Mərkəzinin baş redaktoru Dəyanət Osmanlıdır.

DGTYB-nin bu yeni nəşrinin I bölümündə Türkiyə, Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan, Başqurdistan, Tatarıstan, Batı Trakiya və Təbriz ədəbi mühiti, adıkeçən ölkə, bölgə və şəhərdə mövcud ədəbiyyat təsərrüfatı, ədəbi əlaqələrlə bağlı 8 məruzə, II bölümündə isə Altay, Başqurdistan, Tatarıstan, Krım, Çuvaşıstan, Dağıstan, Qaquz Yeri, Türkmaneli (İraq), Əfqanıstan, Qazaxıstan, Qırğız Respublikası, Türkiyə və Azərbaycandan toplam, 54 yeni nəsil şairinin şeiri verilib.

Antologiya ilə tanış olmaqla, eyni kökdən qidalanan mənəviyyat ağacının yeni pöhrələnən, çiçəklənən budaqlarının nə qədər sağlam olduğunu və öz kökünə nə qədər bağlı olduğunu görmək mümkündür.

(Antologiya www.kitabxana.net portalında pdf formatında yerləşdirilib http://kitabxana.net/?oper=readBook&id=2541).


Paylaş



Bölmə: Turan / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!