Hikmət Hacıyev ADA-da COP29-dan danışdı .....                        Qazax sakinləri 4 kəndin qaytarılmasını böyük sevinvlə qeyd etdilər .....                        NATO müttəfiqləri Ukraynayla bağlı razılığa gəldi .....                        İstanbulda torpaq sürüşməsi baş verdi .....                        “Nərimanov” stansiyasında bədbəxt hadisə .....                        Aİ Qazaxın 4 kəndinin qaytarılmasını alqışlayır .....                        Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub .....                        Martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olundu .....                        Milli Məclisin plenar iclasında nələr müzakirə olundu.. .....                       
Tarix : 29-03-2018, 14:25
Martın 28-də bir qrup fəal gəncin Quba Soyqırımı Memorial Kompleksinə ziyarəti təşkil edilib.
Ermənilər məkrli planlarını həyata keçirmək üçün siyasi terrordan geniş istifadə ediblər

Butov.az AZƏRTAC-a istinadla xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Binəqədi və Quba Rayon İcra hakimiyyətlərinin birgə təşkil etdiyi səfərə Fondun “Tariximizi öyrənək və öyrədək”, "Diplomatlar" klublarının üzvləri, təcrübəçi tələbələr, Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən ASAN könüllülərinin təmsilçiləri və yerli gənclər cəlb olunublar.
Ermənilər məkrli planlarını həyata keçirmək üçün siyasi terrordan geniş istifadə ediblər

Bilik Fondunun "İl boyu bilik" proqramı çərçivəsində, "Heç kim unudulmur, heç nə yaddan çıxmır" devizi ilə keçirilən səfərin iştirakçılarına bildirilib ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.
Ermənilər məkrli planlarını həyata keçirmək üçün siyasi terrordan geniş istifadə ediblər

Diqqətə çatdırılıb ki, Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.
Ermənilər məkrli planlarını həyata keçirmək üçün siyasi terrordan geniş istifadə ediblər

Kompleks barədə ətraflı məlumat verildikdən sonra gənclərin iştirakı ilə “Azərbaycanlıların soyqırımı: tarix və bu gün” mövzusunda tədbir keçirilib.

İştirakçılar Bilik Fondunun sektor müdiri Hacı Abdullanın “1918-ci il soyqırımı – tariximizin ibrət dərsləri”, AMEA Tarix İnstitutunun dissertantı Rəxşəndə Bayramovanın “Azərbaycan Xalq Cümhuriyyəti dövründə ermənilərin Quba qəzasında törətdikləri soyqırımı” mövzusunda mühazirələrini dinləyiblər.
Ermənilər məkrli planlarını həyata keçirmək üçün siyasi terrordan geniş istifadə ediblər
Ermənilər məkrli planlarını həyata keçirmək üçün siyasi terrordan geniş istifadə ediblər

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin şöbə müdiri Elman Dadaşov, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva, Quba Rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayev çıxış edərək erməni terrorizminin dəhşətlərindən söz açıblar. Qeyd olunub ki, "Armenakan", sonradan "Hnçak" və "Daşnaksütyun" partiyaları məkrli planlarını həyata keçirmək üçün siyasi terror aksiyalarından geniş istifadə ediblər.
Ermənilər məkrli planlarını həyata keçirmək üçün siyasi terrordan geniş istifadə ediblər

Tədbirdə gənclərə Azərbaycanın yaşadığı soyqırımlarını unutmamaq, Vətənin haqq səsinin dünyada eşidilməsi uğrunda mübarizə aparmaq tövsiyə olunub.
Ermənilər məkrli planlarını həyata keçirmək üçün siyasi terrordan geniş istifadə ediblər

Ziyarətçilər səfər çərçivəsində yəhudilərin kompakt yaşadıqları Qırmızı qəsəbəyə də ekskursiya ediblər.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!