Tampliyer: Tufandan əvvəl sakitçilik .....                        İMC Qadınlar Təşkilatı İH-nin iclası keçirilib .....                        Yeni layihənin icrasına başlanılıb .....                        Gözümə yuxu gəlmir... .....                        “Joly joker Baku”da xeyriyyə tədbiri keçirilib .....                        Tamxil Ziyəddinoğlu: "Çöküş eralarımız estafeti Diriliş eramıza verib" .....                        Hərb Tarixi Muzeyində qələbənin 73-cü ildönümünə həsr olunmuş tədbir keçirilib .....                        Bizim rəssam Soltan Soltanlı da qaliblər arasındadır .....                        Bakı Slavyan Universitetinin idman həyatından .....                       
Tarix : 29-04-2018, 11:57
Pekində Azərbaycan və Çin müdafiə nazirlərinin görüşü keçirilib


Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikası (ÇXR) Dövlət Şurasının üzvü, ÇXR-in Milli Müdafiə naziri general-polkovnik Vey Fenxenin dəvəti ilə Pekində rəsmi səfərdədir.
Aprelin 27-də ÇXR-in Milli Müdafiə Nazirliyində Azərbaycanın Müdafiə nazirinin rəsmi qarşılanma mərasimindən sonra iki ölkənin müdafiə nazirlərinin görüşü olub.
V.Fenxe Çin ilə Azərbaycanın coğrafi baxımdan bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, xalqlarımız arasında tarixən dostluq münasibətlərinin olduğunu qeyd edib. O, bu münasibətlərin yaranmasında tarixi İpək yolunun vacib rol oynadığını da bildirib.
İyirmi altı il əvvəl iki ölkə arasında qurulan diplomatik əlaqələrin müasir dövrdə də inkişaf etdiyini diqqətə çatdıran çinli nazir, əlavə edib ki, ötən müddətdə müxtəlif sahələrdə əməkdaşlığımız genişlənib, qarşılıqlı siyasi etimad xeyli güclənib.
V.Fenxe “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində ölkələrimizin əməkdaşlığı üçün yeni imkanların yarandığını, Azərbaycanın bu strategiyaya verdiyi böyük dəstəyi məmnunluqla qeyd edib.
Çinin Milli Müdafiə naziri iki ölkənin hərbi sahədə əməkdaşlığına toxunaraq bu istiqamətdə böyük potensialın olduğunu bildirib.
V.Fenxe ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində mövqeyinin dəyişmədiyini, hər zaman olduğu kimi münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı olduğunu xüsusi qeyd edib.
Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən general-polkovnik Z.Həsənov vurğulayıb ki, Azərbaycan ilə Çin arasında dostluq münasibətləri dərin köklərə malikdir. Bu münasibətlər ölkələrimiz arasında müasir əlaqələrin əsasını təşkil edir. Çin ilə hərtərəfli əməkdaşlıq isə ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindən biridir.
Azərbaycan-Çin münasibətlərində qarşılıqlı etimadın yaradılmasında və əlaqələrin genişlənməsində ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərini xatırladan general-polkovnik Z.Həsənov bildirib ki, bu dostluq münasibətləri dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında inkişaf etdirilərək yüksək əməkdaşlıq səviyyəsinə çatdırılıb. Ölkələrimizin rəhbərlərinin və rəsmi şəxslərin qarşılıqlı səfərləri artıq daimi xarakter alıb. Bu da öz növbəsində mövcud dostluq münasibətlərinin, əməkdaşlığın daha da möhkəmlənməsinə mühüm töhfədir.
Pekində Azərbaycan və Çin müdafiə nazirlərinin görüşü keçirilib

Cənubi Qafqazdakı hərbi-siyasi vəziyyətə toxunan general-polkovnik Z.Həsənov vurğulayıb ki, Ermənistanın Azərbaycana qarşı 25 ildən artıq davam edən işğalçılıq siyasəti təkcə ölkəmiz üçün deyil, bütün regionda sülhə və təhlükəsizliyə ciddi təhdid təşkil edir.
Azərbaycanın Müdafiə naziri Çinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə təşəkkürünü bildirib. Müdafiə naziri xüsusi qeyd edib ki, Azərbaycan da Çin Xalq Respublikasının “Vahid Çin” siyasətinə hörmətlə yanaşır, bu konsepsiyanı dəstəkləyir və beynəlxalq aləmdə ÇXR-i təmsil edən təşkilatları tanıyır.
Dostluq və qarşılıqlı etimad şəraitində keçirilən görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
Görüşün sonunda Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Çin Xalq Respublikası Milli Müdafiə Nazirliyi arasında hərbi yardımın göstərilməsinə dair sənəd imzalanıb.


Paylaş



Bölmə: Xəbər, Hərbi, Slayd, Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Azərbaycan tarixi
Hərbi
İdman
Musiqi
Dünya hadisələri
Əyləncə
Kriminal
Mədəniyyət

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2018    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Hər ötən il növbəti il üçün xatirəyə çevrilir; bəzən xatırlanır, bəzən də yenidən yaşanılır. Ancaq elə illər var ki, onları yenidən yaşamaq mümkün olmur. Bu illərə Türkiyənin unudulmaz 90 - cı illərini aid etmək olar. Axı həmin illəri yaddaqalan edən nəydi?
Butov.az Türkiyə mətbuatına istinadən həmin unudulmazlığı təqdim edir:
Türkiyənin unudulmaz 90 - cı illəri...
Video
https://www.youtube.com/watch?v=gd75lEyQX58

Şəhidlərə mahnı həsr olunub.

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!