"UNUTSAQ, UNUDULARIQ!.." .....                        Latviya rus diplomatə ölkədən xaric edir .....                        Rusiyada törədilən terrorda ölənlərin sayı artdı .....                        Sabiq milli təhlükəsizlik naziri vəfat etdi .....                        Azərbaycan Ukraynaya silah tədarüküylə bağlı məlumatı təkzib edib - Zaxarova .....                        İran prezidenti HƏMAS lideriylə görüşdü .....                        Şəhid bacısı müdir vəzifəsinə təyin olundu .....                        Latviya da Rusiya ilə sərhədi bağlayır .....                        Elçin Babayev BDU-nun rektoru təyin edildi .....                       
Tarix : 8-07-2018, 09:12
Borçalı" Cəmiyyəti Həsən Dəmirçinin xatirəsinə Təbriz Gecəsi keçirdi
"Borçalı" Cəmiyyətinin  Təbriz Gecəsi

İyulun 7-də Bakının "Ulu Borçalı" Sarayında "Borçalı" Cəmiyyətinin təşkilatçılığı ilə 5-ci Təbriz Gecəsi keçirilib. Gecə son günlər Təbrizdə dünyasını dəyişən tanınmış el ağsaqqalı, bütün varlığını Ana dilimiz və mədəniyyətimizin yaşamasına həsr etmiş Həsən Dəmirçinin xatirəsinə həsr olunub. Gecenin aparıcısı Rüfət Muradlının qısa açılış nitqindən sonra sağlığında "Həsən Azərbaycan" titulunu qazanmış Ustad Həsən Dəmirçi haqqında videomateriallar göstərilib.
"Borçalı" Cəmiyyətinin  Təbriz Gecəsi
[center]"Borçalı" Cəmiyyətinin  Təbriz Gecəsi

Giriş nitqi ilə Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli Təbrizin millətimiz üçün mənəvi yeri, Həsən Dəmirçi şəxsiyyəti, Borçalı Cəmiyyətinin Güney Azərbaycandakı soydaşlarımızın milli mədəni mübarizəsinə dəstəyi haqda danışaraq ölkədəki son olaylar haqda da münasibətini bildirib. Təbriz Gecəsində Gürcüstan Aşıqlar Birliyinin sədri Osman Əhməroğlu, görkəmli şair diplomat Abbas Abdulla, Güney Azərbaycan Konqresinin sədri Abdulla Əmir Haşimi Cavanşir, filologiya elmləri doktoru, professor Esmira Fuad Şükürova, Milli mədəniyyətin Təbliği İB-nin sədri Jalə Cəfərova, əməkdar memar aömər Qoçulu, AMEA Cənubi Azərbaycan şöbəsinin müdiri Səməd Bayramzadə Həsən Dəmirçinin həyat və fəaliyyəti, Təbriz Türk Dünyası və Azərbaycan üçün önəmi haqda düşüncələrini paylaşıblar.
"Borçalı" Cəmiyyətinin  Təbriz Gecəsi
"Borçalı" Cəmiyyətinin  Təbriz Gecəsi

Təbriz Gecəsinə Güneyli aşıq Böyükağa Piroğlu, Şuşa Elat Muğam Üçlüyü, Aşıq Cahangir, Aşıq Əşrəf, Əzizə Ağahüseynqızı, Aşıq Aişə və başqaları öz ifaları ilə rəng qatıblar. Gecənin sonunda Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli çıxış edərək Həsən Dəmirçiyə bir daha rəhmət diləyərək iştirakçılara təşəkkürünü bildirib və elan edib ki, Borçalı Cəmiyyətinin hər il təsis etdiyi "Doktor Cavad Heyət medalı" vəfatından sonra Ustad Həsən Dəmirçiyə veriləcək və ailəsinə təqdim ediləcək. Cəmiyyət sədri çıxışının davamında həmçinin Gürcüstan hakimiyyətinin 2014-cü ildən ona qarşı tətbiq etdiyi yasaq qərarını ədalətsizlik adlandıraraq El obanı 26 iyulda Gürcüstanın Dmanisi rayonundakı Armudlu yaylasında Elat yurdunu və Elat şəhidini ziyarətə səsləyib. Təbriz Gecəsi iştirakçılar tərəfindən hamılıqla Həsən Azərbaycanın xatirəsinə " Azərbaycan səsdən mənim, ülviyyətim, şan şöhrətim" sədaları ilə sona çatıb.
"Borçalı" Cəmiyyətinin  Təbriz Gecəsi

Butov.az


Paylaş



Bölmə: Xəbər / Güneyin sesi / Borçalı / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!