Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub .....                        Xınalığa dolu düşüb .....                        Qəbul imtahalarında yenilik olacaqsa, azı iki il əvvəl elan edilir - DİM rəsmisi .....                        Binəqədidə baş vermiş yanğında 1 nəfər xəsarət alıb .....                        Bakı Fransız Liseyinin bağlanma səbəbi açıqlandı .....                        Bağlanan liseyin şagirdləri bu məktəblərə köçürüləcək - RƏSMİ .....                        G7 ölkələrindən İrəvan və Bakıya çağırış .....                        Tovuzda qadın tanışı tərəfindən yandırıldı .....                        İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                       
Tarix : 30-11-2018, 13:32
Tələbələr üçün Karyera Mərkəzi yaradılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birgə layihəsi kimi UNEC-də yuxarı kurs tələbələri üçün Karyera Mərkəzi yaradılıb.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, açılış mərasimində vurğulanıb ki, Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasında gənclərin məşğulluğunun təminatı prioritet istiqamətlərdən biridir. Nazirlik tərəfindən aktiv məşğulluq tədbirlərinin təşkilində də gənclərin əmək bazarına çıxışının dəstəklənməsi məsələsi ön planda saxlanılır.
Həmçinin, qeyd edilib ki, tələbə və məzunlarla bağlı bir sıra aktiv məşğulluq tədbirləri təşkil edilir, onların işəgötürənlərlə ilkin əlaqələr qurmalarına şərait yaradılır. UNEC-də Karyera Mərkəzinin yaradılmasında məqsədin yuxarı kurs tələbələrinin əmək bazarında inteqrasiyasını daha da asanlaşdırmaq və gələcəkdə işlə təmin olunmalarına dəstək olmaqdır.
Mərkəzdə ilkin olaraq yuxarı kurs tələbələrindən 32 nəfərin üç həftə müddətində təlimlərə cəlb olunması nəzərdə tutulub. Təlim zamanı işəgötürən qismində iri holdinq və şirkətlərin nümayəndələri iştirak edəcək. Onlar tərəfindən tələbələrə karyera qurmaq üçün təcrübədən irəli gələn bacarıqlar aşılanacaq, öz bilik və potensiallarını daha yaxşı harada və necə reallaşdırmaq üçün məsləhət xidmətləri göstəriləcək.
Təlim zamanı tələbələrin karyera qurmaq üçün bilik və bacarıqları da qiymətləndiriləcək, təlimin yekununda uğurlu nəticə göstərən tələbələrə mükafatlar veriləcək.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!