Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
Tarix : 3-12-2018, 13:34
Riyaziyyatçı alimlərimiz beynəlxalq konfransın bölmə iclasına rəhbərlik ediblər

Moskvada Rusiya Elmlər Akademiyasının müxbir üzvü, professor L.Kudryavtsevin 95 illik yubileyinə həsr olunmuş “Funksiyalar fəzası. Diferensial operatorlar. Riyaziyyat təhsilinin problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Elmi konfransda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Vaqif Quliyev və riyazi analiz şöbəsinin baş elmi işçisi Rövşən Bəndəliyev iştirak ediblər.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, konfransın plenar iclasında V.Quliyevin “Karnot qrupunda kəsr inteqral operatorun kommutatorunun Orliç fəzalarında Lipşist funksiyaları ilə xarakterizasiyası", R.Bəndəliyevin “Qarışıq normalı Lebeq fəzalarında Hausdorf operatorunun məhdudluğu” mövzularında məruzələri dinlənilib. Alimlərimiz konfransın “Funksiyalar nəzəriyyəsi və funksional fəzalar” seksiyasına rəhbərlik ediblər.
Ezamiyyət müddətində, həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun 1-ci Azərbaycan-Rusiya beynəlxalq qrant müsabiqəsinin (EIF-BGM-4-RFTF-1/2017-21/01/1) qalibi olmuş “Morri tipli fəzalar və xüsusi törəməli diferensial tənliklərə tətbiqləri” adlı elmi-tədqiqat proqramı çərçivəsində professor V.Burenkov ilə Moskvanın Xalqlar Dostluğu Universitetinin Nikolski adına Riyaziyyat İnstitutunda elmi araşdırmalar aparılıb.
Onlar İtaliya, Qazaxıstan, Rusiya, Çin, Yaponiya və İndoneziyadan olan alimlərlə görüşüb, birgə elmi əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.
Riyaziyyatçı alimlərimiz beynəlxalq konfransın bölmə iclasına rəhbərlik ediblər


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!