İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                        Gürcüstanın XİN Lui Bonoyla görüşdü .....                        Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirəcək .....                        ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazilərinə səfər etdi - FOTO .....                        Hərbi helikopter qəzaya uğradı - 5 öldü, 3 yaralı .....                        Torpaq sürüşməsi nəticəsində avtomagistral bağlandı .....                        ABŞ müşaviri Gürcüstanda səfərdədir .....                        Türkiyədə baş vermiş zəlzələ digər vilayətlərdə də hiss olundu .....                        Türkiyədə baş vermiş zəlzələ digər vilayətlərdə də hiss olundu .....                       
Tarix : 4-12-2018, 15:06
Beynəlxalq Əlillər Günü münasibətilə inklüziv siniflərdə çəkilişlər aparılıb

Paytaxt məktəblərində Beynəlxalq Əlillər Gününə həsr olunmuş konfrans, “dəyirmi masa”, görüş, şagirdlərin əl işlərindən ibarət sərgi və müsabiqələr təşkil edilib.
Butov.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, eyni zamanda, “ASAN xidmət”, “ASAN” Radio, Avropa İttifaqı, UNICEF və BMT-nin İnkişaf Proqramının birgə əməkdaşlığı ilə Beynəlxalq Əlillər Günü münasibətilə inklüziv siniflərdə çəkilişlər aparılıb, videoçarx hazırlanıb.
Tədbirlərin keçirilməsində əsas məqsəd sağlamlıq imkanları məhdud insanlara dəstək göstərmək, bu kateqoriyadan olanların hüquqlarını qorumaq və geniş ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməkdən ibarətdir.
Tədbirlərdə hər il Beynəlxalq Əlillər Gününün qeyd edildiyi, dünyada milyonlarla sağlamlıq imkanı məhdud insanın yaşadığı və onlara xüsusi qayğı göstərilməsinin vacibliyi diqqətə çatdırılıb.
Fiziki məhdudiyyətli vətəndaşların dövlətin hərtərəfli qayğısı ilə əhatə olunduğu, onların tamhüquqlu üzv kimi cəmiyyətə inteqrasiyası üçün tədbirlərin həyata keçirildiyi vurğulanıb. Sağlamlıq imkanları məhdud insanların hüquqlarının müvafiq qanunvericilik aktları ilə qorunduğu bildirilib. Həmçinin qeyd olunub ki, belə insanların arasında uşaqlar da var. Onların hər birinə qayğı ilə yanaşılır, təhsilə cəlb olunmaları üçün mühüm işlər görülür.
Eyni zamanda, inklüziv təhsilin inkişafı ilə bağlı Azərbaycanda görülən işlərdən bəhs olunub. Bakı şəhəri üzrə 4 ümumtəhsil müəssisəsində 52 şagirdin inklüziv təhsil aldığı nəzərə çatdırılıb. Bildirilib ki, “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”ı sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüququnu təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin etmək və onların təhsili üçün maneəsiz mühit yaratmağa xidmət edir.
Tədbirlərdə şagirdlər ədəbi-bədii kompozisiyalar nümayiş etdirib, şeir söyləyib, mahnı oxuyublar.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!