MEK İldırım Bəyazid Universiteti Kitabxanası ilə memorandum imzalayıb .....                        ABŞ diplomatı ADU-nun “Səfir saatı”nda tələbələrlə görüşdü .....                        Teymur Kərimli: Vahid elektron məlumat sisteminin yaradılması çox əhəmiyyətlidir .....                        “Xətai” stansiyasında hansı yeniliklər olacaq? .....                        Himnlə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb .....                        Himnlə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb .....                        Bakıda 53 yaşlı vəzifəli şəxs vəfat etdi .....                        Bakının magistral yollarında sürət həddi endirilib .....                        Avstraliyada çamadanda dələlərlə uçan şəxs saxlanılıb .....                       
Tarix : 6-12-2018, 07:07
Mərkəzi Elmi Kitabxanada AMEA Qadınlar Şurası  “Heydər Əliyev dərsləri” adlı tədbir keçirib

Dekabrın 5-də AMEA Qadınlar Şurasının təşkilatçılığı və Mərkəzi Elmi Kitabxananın (MEK) təşkilati dəstəyi ilə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan “Heydər Əliyev dərsləri” adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə respublikanın sosial, iqtisadi, elmi-mədəni həyatında dönüş yarandığını, bütün sahələrdə inkişafa doğru köklü dəyişikliklər baş verdiyini deyib. Natiq Ulu Öndərin respublikanın ictimai-siyasi həyatında fəal mövqe tutan qadınlarımıza yüksək qiymət verdiyini bildirib. Bu gün ölkəmizdə elm və təhsil sahəsində çalışanların böyük əksəriyyətinin qadınlar olduğunu söyləyən akademik İ.Həbibbəyli Heydər Əliyev ideyalarının gənc nəslə çatdırılmasında onların xüsusi rolunun olduğunu vurğulayıb.
Akademik çıxışında şuranın üzvlərinə gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.
Sonra çıxış edən AMEA Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzadə ümumilli lider Heydər Əliyevin ölkəmizin inkişafı naminə misilsiz işlər gördüyünü, hər zaman qadınlarla bağlı məsələlərə böyük diqqət yetirdiyini, qadın hərəkatına, eləcə də qadınların maariflənməsinə önəm verdiyini vurğulayıb. R.Mirzəzadə həmçinin şuranın ötən müddət ərzində həyta keçirdiyi tədbirlərdən və gələcək fəaliyyət planları barədə məlumat verib.
Tədbirdə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolu və dövlət quruculuğu sahəsindəki fəaliyyətindən danışıb. MEK rəhbəri Heydər Əliyevin kitabxana işinin təşkili sahəsində xidmətlərindən də söz açaraq “Heydər Əliyev: elektron baza və sənədlərin reyestri” layihəsi çərçivəsində Ümummilli liderlə bağlı yaddaşı əks etdirən və kitabxana fondlarında mühafizə edilən bütün sənədlərin MEK-in Milli Rəqəmsal Yaddaş bazasına daxil edildiyini bildirib. L.İmanova həmçinin “Heydər Əliyev - 95” mövzusunda sərginin təşkil edildiyini, MEK-in sosial şəbəkələrdə və www.mek.az saytında silsilə materialların yayımlandığını, eləcə də MEK-in “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən çoxsaylı məqalələrin hazırlandığını tədbir iştirakçılarının nəzərə çatdırıb.
Daha sonra tədbir BDU-un kafedra müdiri, tarix elmləri doktoru İradə Hüseynova, AMEA Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı, hüquq üzrə elmlər doktoru Mirağa Cəfərquliyev, AMEA-ın müxbir üzvü Səlimə Mehdiyeva və başqalarının çıxışlarının dinlənilməsi ilə davam edib.
Mərkəzi Elmi Kitabxanada AMEA Qadınlar Şurası  “Heydər Əliyev dərsləri” adlı tədbir keçirib
Mərkəzi Elmi Kitabxanada AMEA Qadınlar Şurası  “Heydər Əliyev dərsləri” adlı tədbir keçirib
Mərkəzi Elmi Kitabxanada AMEA Qadınlar Şurası  “Heydər Əliyev dərsləri” adlı tədbir keçirib


Paylaş



Bölmə: Xəbər, Karusel, Slayd, Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Azərbaycan tarixi
Hərbi
İdman
Musiqi
Dünya hadisələri
Əyləncə
Kriminal
Mədəniyyət

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Hər ötən il növbəti il üçün xatirəyə çevrilir; bəzən xatırlanır, bəzən də yenidən yaşanılır. Ancaq elə illər var ki, onları yenidən yaşamaq mümkün olmur. Bu illərə Türkiyənin unudulmaz 90 - cı illərini aid etmək olar. Axı həmin illəri yaddaqalan edən nəydi?
Butov.az Türkiyə mətbuatına istinadən həmin unudulmazlığı təqdim edir:
Türkiyənin unudulmaz 90 - cı illəri...
Video
https://www.youtube.com/watch?v=gd75lEyQX58

Şəhidlərə mahnı həsr olunub.

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!