Novruz Məmmədov bu qərarları ləğv etdi .....                        Milli Məclisin İntizam komissiyasının tərkibi yenidən formalaşdırılır - SİYAHI .....                        Xalq artisti Hacı İsmayılovun 75 illiyi qeyd olunub .....                        Bu gün güclü külək əsəcək .....                        Tarif Şurasının katibliyi kreditorlara müraciət edib .....                        AŞPA Mehman Hüseynovun işi üzrə qətnamə qəbulundan imtina edib .....                        Səhiyyə Nazirliyi Azərbaycana küləklə birlikdə donuz qripi virusunun gəlməsi barədə yayılan məlumatlara münasibət bildirdi .....                        Ramiz Mehdiyevin kitabının təqdimat mərasimi keçirildi .....                        Bakı metrosunda küləyin təsirinə məruz qala biləcək qurğular yoxlanılıb .....                       
Tarix : 18-12-2018, 15:36
MEK İldırım Bəyazid Universiteti Kitabxanası ilə memorandum imzalayıb

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) və Türkiyənin Ankara şəhərində yerləşən İldırım Bəyazid Universiteti Kitabxanası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandum MEK direktoru Leyla İmanova və Ankara İldırım Bəyazid Universiteti Kitabxanasının direktoru Mahmut Kocaman tərəfindən imzalanıb.
Kitabxanaların elmi və mədəni irsinin toplanılıb qorunması sahəsindəki rolunun, ölkələr arasında siyasi, diplomatik və mədəni əlaqələrin inkişafında elmi-mədəni irsin mübadiləsi zəruriliyinin vurğulandığı memorandumda göstərilən istiqamətlərin birgə inkişaf etdirilməsi nəzərdə tutulub. Memorandumda – kitabxana prosеslərinin avtomatlaşdırılması; elеktron kataloqların mübadiləsi; elеktron кitabxanalardan qarşılıqlı istifadə; kitab nəşri; elmi tədqiqatlar; informasiya mənbələrinin (nadir kitablar daxil olmaqla) mühafizəsi (elektron nəzarət və başqa tеxnologiyalar); arxivlərin və kitab fondlarının zənginləşdirilməsi məqsədilə bеynəlxalq кitab mübadiləsi; kitab sərgilərinin təşкili; virtual sərgilərin təşkili (elm və mədəniyyət mövzularında); kitabxana işi sahəsində mütəxəssislərin hazırlanması, təcrübə mübadiləsi, təlimlər, müzakirələr, seminarlar və konfransların keçirilməsi; Azərbaycan, türk, ingilis dilli tərcüməçilər şəbəkəsinin yaradılması və inkişaf etdirilməsi; vahid kataloqlaşdırma qaydalarının müzakirəsi və birgə addımların atılması; vahid biblioqrafik təsvir qaydalarının müzakirəsi və birgə addımların atılması; vahid elmi e-kitabxana platformasının yaradılması və kitabxanaların inteqrasiyası; sağlamlıq məhdudiyyəti olan şəxslərin (görmə qabiliyyəti zəif və ya əlil arabasından istifadə edən şəxslər) kitabxana xidmətlərindən istifadə imkanlarının genişləndirilməsi kimi mühüm məsələlər əks olunub.
Qeyd edək ki, MEK Kitabxana-xidmət şöbəsinin əməkdaşları 10-14 dekabr 2018-ci il tarixində Türkiyənin Ankara şəhərində işgüzar səfərdə olub, kitabxanalarla təcrübə mübadiləsi həyata keçirmişlər. Ankara İldırım Bəyazid Universiteti Kitabxanasını da ziyarət edən MEK əməkdaşları Mərkəzi Elmi Kitabxananın fəaliyyəti, iş prinsipi, imkanları, mövcud bazası, fondları, həyata keçirdiyi layihə və təşəbbüslər haqqında ankaralı həmkarlarına geniş məlumat verib, kitabxanaya Azərbaycanın zəngin mədəniyyətini, incəsənətini və qədim tarixini əks etdirən kitablar bağışlayıblar.
Ankara İldırım Bəyazid Universiteti Kitabxanasının direktoru Mahmut Kocaman MEK əməkdaşlarının ziyarətindən məmnunluğunu ifadə edib, MEK-ə memorial yaddaşı əks etdirən kitab və rəsmlər təqdim edib. Mərkəzi Elmi Kitabxana haqqında geniş təsəvvürə sahiblənən, xüsusilə Azərbaycana aid cəm edilmiş strateji informasiyanı elektron formatda oxucu üçün əlçatan edən Milli Rəqəmsal Yaddaş layihəsinin üstünlüklərinə və Vahid Qeydiyyat Sisteminin iş prinsiplərinə maraq göstərən müəssisə rəhbəri əməkdaşlıq təkliflərini səsləndirib və işbirliyinin təşkili üçün birgə addımların atılması təşəbbüsü ilə çıxış edib.
MEK İldırım Bəyazid Universiteti Kitabxanası ilə memorandum imzalayıb
MEK İldırım Bəyazid Universiteti Kitabxanası ilə memorandum imzalayıb
MEK İldırım Bəyazid Universiteti Kitabxanası ilə memorandum imzalayıb


Paylaş



Bölmə: Xəbər, Karusel, Slayd, Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Azərbaycan tarixi
Hərbi
İdman
Musiqi
Dünya hadisələri
Əyləncə
Kriminal
Mədəniyyət

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Hər ötən il növbəti il üçün xatirəyə çevrilir; bəzən xatırlanır, bəzən də yenidən yaşanılır. Ancaq elə illər var ki, onları yenidən yaşamaq mümkün olmur. Bu illərə Türkiyənin unudulmaz 90 - cı illərini aid etmək olar. Axı həmin illəri yaddaqalan edən nəydi?
Butov.az Türkiyə mətbuatına istinadən həmin unudulmazlığı təqdim edir:
Türkiyənin unudulmaz 90 - cı illəri...
Video
https://www.youtube.com/watch?v=gd75lEyQX58

Şəhidlərə mahnı həsr olunub.

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!