Nazirlər Kabinetində elektromobillər müzakirə edildi .....                        Rusiya sülhməramlıları texnikalarını da Qarabağdan çıxarır .....                        XİN Başçısı Kayrat Sarıbayla görüşdü .....                        İranın XİN Başçısı Türkiyədə səfərdədir .....                        Yeni hazırlanmış dərsliklər istifadəyə veriləcək .....                        Laçın hava limanının nəzarətlə bağlı müqavilə imzalandı .....                        Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir .....                        İlham Əliyev Şuşayla bağlı Sərəncam imzaladı .....                        Türkiyə və BƏƏ prezidentləri telefon danışığı apardı .....                       
Tarix : 1-03-2015, 15:29
"Borçalı" Cəmiyyətində Xocalı anımı

Borçalı cəmiyyəti “Sözdə saxta erməni soyqırımı yalanları və Xocalı soyqırımı gerçəkliyi” mövzusunda möhtəşəm tədbir keçirib
“Borçalı” İctimai Cəmiyyəti fevralın 28-də “Sözdə saxta erməni soyqırımı yalanları və Xocalı soyqırımı gerçəkliyi” mövzusunda “Dədə Camal” məclisi keçirdi. Tədbirə bir sıra Xocalı sakinləri, Qarabağ qaziləri, yazarlar və elm adamları da dəvət olunmuşdu.
Şəhidlərimizin ruhuna sayğı duruşundan sonra, tədbiri giriş sözü ilə cəmiyyətin sədri Zəlimxan Məmmədli açdı. Cəmiyyət sədri 1992-ci ildə fevralın 25-dən 26-a keçən gecə Xocalıda baş verən hadisəni xatırlatmaqla yanaşı, bunun çox yaxın bir tarixdə - 23 il öncə baş verdiyini vurğuladı və 100 il bundan əvvəl uydurulmuş erməni soyqırımının siyasi məqsədlə ortaya atıldığından bəhs etdi. Zəlimxan Məmmədli eyni zamanda, tarixi yaddaşımızın bərpa olunmasını, mənəvi varlığımızın daha da zənginləşdirilməsini və milli düşüncəmizin inkişafını vacib hesab etdi.
Zəlimxan bəyin çıxışından sonra hərəsi 10 dəqiqə olmaqla iki film nümayiş etdirildi. Birinci film, saxta erməni soyqırımının yalanlarını arqument və faktlarla seyrçilərə anlatdı, ikinci film isə Xocalı soyqırımını məşhur telerepartyor, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin çəkmiş olduğu canlı görüntülərdən ibarət idi.
Bundan sonra, Xocalı sakini, adı çəkilən soyqırımın canli şahidi və həmin döyüşlərin iştirakçısı olmuş Nazim Mikayıl oğlu Hüseynov ürəkağrısı ilə çıxış etdi. O, erməni vəhşiliklərini gözü ilə gördüyünü və bu dərdi unutmağın mümkünsüz olduğunu qeyd etdi. Nazim bəy Xocalı sıyqırımı zamanı ermənilərin körpələri, hamilə qadınları, qocaları sadəcə öldürdüyünü yox, onları ağılasığmaz işgəncələrlə məhv etdiklərini təfərrüatı ilə danışdı.
Araşdırmaçı-alim Yasəmən Qaraqoyunlu saxta erməni soyqırımı yalanları və Xocalı soyqırımı gerçəkliyi arasında paralellər apararaq, saxta erməni soyqırımının daşıdığı siyasi məqsədlərə aydınlıq gətirdi.
Azərbaycanın Milli qəhrəmanı Ələsgər Mustafayevin həyat yoldaşı, Xocalı sakini Şəkibə Mustafayeva da doğulduğu şəhərin başına ermənilər tərəfindən gətirilmiş qansızlıqları dilə gətirməklə, həm də bu soyqırımın Xocalı sakinlərində yaratdığı mənəvi və psixoloji təsirlərdən də danışaraq vurğuladı ki, kim deyir ki, yaramız qaysaqlayıb, belə deyil, yaramızdan qan axır, bu sağalmaz yaradır. Şəkibə xanım “Xocalıya ədalət!” şüarını səsləndirməyi də unutmadı.
Xocalı şəhər 2 saylı orta məktəbin direktoru Fiqurə Salah qızı Rüstəmova və həmin məktəbin müəllimi Rövşən Atakişi oğlu Atakişiyev də məlum soyqırımdan təəssüf hissi ilə bəhs etdilər.
Akademik Telman Əliyev, Qarabağ qazisi, polkovnik Əlləz Ovçuyev, şair-tərcüməçi Givi Paçxataşvili, Qarabağ qaziləri Umutvar Məmmədli (Şuşa Birlik Cəmiyyətinin sədr müavini), Fəxrəddin Rəcəbov, şairlər Oqtay Rza, Məmməd Məcidoğlu, Salman Murğuzlu, Təranə Sübhəm və başqa iştirakçılar da çıxışlarında mövzuyla bağlı münasibət bildirdilər və işğal altında olan torpaqlarımızın qaytarılması naminə döyüş ruhunun yüksək olduğunu xüsusilə vurğuladılar. İştirakçılar eyni zamanda, tədbirin təşkili üçün “Borçalı” cəmiyyətini alqışladılar.
Tədbirin sonunda Türk dünyası və onun avanqardı Türkiyə Cumhuriyyətinə qarşı saxta erməni soyqırımı iddiasını ifşa edən və Xocalı soyqırımının dünyanın gözü qarşısında olduğunu özündə ehtiva edən bəyanat qəbul olunması qərara alındı.
Bundan sonra, ustad aşıq Cahangir Quliyevlə məşhur xanəndə Xəlil Qaraçöp “Misri” və “Ruhani” saz havaları üstündə oxuyaraq, iştirakçılara ruh yüksəkliyi bəxş etdilər.
Zəlimxan Məmmədli yekun sözü ilə tədbiri bağlı elan etdi.
28 fevral 2015-ci il
“Borçalı” İctimai Cəmiyyətinin Mətbuat xidməti


Paylaş



Bölmə: Xəbər / Borçalı / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!