142 yaşın mübarək! .....                        Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir .....                        Atəşkəs rejimi 132 dəfə pozulub .....                        Elmlər Akademiyasının nizamnaməsində dəyişikliklər edilib .....                        Cocuq Mərcanlı telekommunikasiya xidmətləri ilə tam təmin olunub .....                        "Şah İsmayıl Xətainin heykəli götürüləcək” - Mais Ağayev .....                        Pirallahı qəsəbəsinin baş planı hazırlanıb .....                        "İndi dəyərmi, bir evə görə o gözəl qəlbini sıxmağına, Ana?!" - Elxan Şükürlü .....                        İlham Əliyev Bakının Pirallahı rayonunda “Nərəkənd” kompleksində yaradılan şəraitlə tanış olub .....                       
Tarix : 29-12-2016, 09:02
Mingəçevir Turizm Kollecində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd olunub

Mingəçevir Turizm Kollecinin kollektivi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və Yeni ilin gəlişini təntənə ilə qeyd edib. Kollecdə keçirilən bayram tədbirində Yeni il şənliyinin əsas atributları olan Şaxta Baba və Qar Qız iştirakçıları bayram münasibətilə təbrik edib, tələbə və müəllimlərə firavan həyat, uğurlu təhsil arzulayıblar.

Butov.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən kollecin direktoru professor Əyyub Əyyubov Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyətindən söz açıb. Bildirilib ki, yeni nəslin milli-mənəvi dəyərlərimizə sadiq və vətənpərvər ruhda yetişdirilməsinə xüsusi önəm verən ulu öndər Heydər Əliyev bu tarixi günü təsis etməklə xalqımız qarşısında böyük xidmət göstərib. Artıq neçə illərdir ki, hər il dekabrın 31-i dünyada yaşayan bütün azərbaycanlılar üçün böyük məna daşıyan bayram kimi qeyd edilir.

Ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından söz açan Ə.Əyyubov 2017-ci ilin Azərbaycan üçün uğurlu il olacağına əminliyini bildirib.

Bayram şənliyində şeir və mahnılar, rəqslər ifa olunub, musiqili-əyləncəli oyunlar, bilik yarışları keçirilib, milli yeməklərimiz təqdim edilib.
Mingəçevir Turizm Kollecində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd olunub
Mingəçevir Turizm Kollecində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd olunub
Mingəçevir Turizm Kollecində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd olunub






Bölmə: Xəbər, fotomanset1, Slayd, Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Azərbaycan tarixi
Hərbi
İdman
Musiqi
Dünya hadisələri
Əyləncə
Kriminal
Mədəniyyət

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Video
https://www.youtube.com/watch?v=gd75lEyQX58

Şəhidlərə mahnı həsr olunub.

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!