Hikmət Hacıyev ADA-da COP29-dan danışdı .....                        Qazax sakinləri 4 kəndin qaytarılmasını böyük sevinvlə qeyd etdilər .....                        NATO müttəfiqləri Ukraynayla bağlı razılığa gəldi .....                        İstanbulda torpaq sürüşməsi baş verdi .....                        “Nərimanov” stansiyasında bədbəxt hadisə .....                        Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub .....                        Xınalığa dolu düşüb .....                        Qəbul imtahalarında yenilik olacaqsa, azı iki il əvvəl elan edilir - DİM rəsmisi .....                        Binəqədidə baş vermiş yanğında 1 nəfər xəsarət alıb .....                       
Tarix : 10-07-2017, 13:58
Siyamək Mirzayinin Apellyasiya Məhkəməsinin vaxtı təyin edilib


GünAzTV xəbər verir ki, İranda Azərbaycan türklərinin milli haqları uğrunda apardığı dinc mübarizəsinə görə 1 ilə yaxındır Tehranın Evin zindanının 8 - ci korpusunda saxlanılan fəal Siyamək Mirzayinin Apellyasiya Məhkəməsinin vaxtı təyin edilib.

Bu barədə Tehran Apellyasiya Məhkəməsindən azərbaycanlı fəalın vəkili Məhəmmədrza Fəqihiyə məlumat verilib.

Güney Azərbaycan mənbələrinin vəkil Məhəmmədrza Fəqihiyə istinadən yaydığı məlumata görə, Siyamək Mirzayinin Apellyasiya Məhkəməsinin keçirilməsi iyulun 12 - nə nəzərdə tutulub. Bildirilir ki, bu həftənin çərşənbə günündə keçiriləcək məhkəmə iclasında Siyamək Mirzayinin işinə (dosyesinə) yenidən baxılacaq, onun müvəqqəti azadlığa buraxılması qarşılığında təyin edilən mülki vəsiqə girovu məbləğinin azaldılması məsələsi araşdırılacaq.

Siyamək Mirzayinin Apellyasiya Məhkəməsinin vaxtı təyin edilib


“ETTELAAT” əməkdaşları, 36 yaşlı Siyamək Mirzayini, 2016 - cı il, iyulun 14 - ü axşam saatlarında Ərdəbilə yaxın Parsabad şəhərində şəxsi ərzaq mağazasında tutublar. O, əvvəlcə ETTELAAT - ın yerli idarəsinə aparılsa da, sonradan Tehranın Evin zindanına köçürülüb. Tehran məhkəməsi, Siyamək Mirzayini ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda və qanunsuz qurum yaratmaqda günahlandırılaraq onu 10 il həbsə və 2 il Cənubi Xorasan əyalətinin Təbəs şəhərinə sürgünə məhkum edib.

Xatırladaq ki, fəal, qanunsuz həbsinə, zindanda qeyri - müəyyən vəziyyətdə saxlanılmasına, Apellyasiya Məhkəməsinin ləngidilməsinə, dosyesinin təkmilləşdirilməsinə mane olan təhlükəsizlik qüvvələrinin işinə müdaxiləsinə və müvəqqəti azadlığa buraxılması qarşılığında təyin edilən mülki vəsiqə girovu məbləğinin ağırlığına etiraz olaraq iyunun 17 - dən aclığa başlasa da, iyulun 4 - də tələbləri yerinə yetirildikdən sonra aclığı dayandırıb.


Paylaş



Bölmə: Xəbər / Güneyin sesi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!