142 yaşın mübarək! .....                        Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir .....                        Atəşkəs rejimi 132 dəfə pozulub .....                        Elmlər Akademiyasının nizamnaməsində dəyişikliklər edilib .....                        Cocuq Mərcanlı telekommunikasiya xidmətləri ilə tam təmin olunub .....                        "Şah İsmayıl Xətainin heykəli götürüləcək” - Mais Ağayev .....                        Pirallahı qəsəbəsinin baş planı hazırlanıb .....                        "İndi dəyərmi, bir evə görə o gözəl qəlbini sıxmağına, Ana?!" - Elxan Şükürlü .....                        İlham Əliyev Bakının Pirallahı rayonunda “Nərəkənd” kompleksində yaradılan şəraitlə tanış olub .....                       
Tarix : 14-07-2017, 23:05
Binəli Yıldırım: "Biz bütün həqiqətləri media ilə paylaşmağa hazırıq"



"Mətbuatın, KİV-in gücünü 15 iyul hərbi çevriliş cəhdi zamanı bir daha gördük. Media o gün, hərbi çevrilişə cəhd zamanı proseslərin istiqamətini, qədərini dəyişdi".

Butov.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Türkiyənin baş naziri Binəli Yıldırım 15 iyul hərbi çevriliş cəhdi zamanı şəhid olmuş jurnalist Mustafa Canbazın xatirəsinə həsr olunmuş "Yerli medianın həvəsləndirilməsi müsabiqəsi" ilə bağlı keçirilən tədbirdə bildirib.

B. Yıldırım bildirib ki, həmin gün Türkiyə mediası çox gözəl imtahan verib: "Mən bütün fədakar media orqanlarına, jurnalistlərə minnətdarlığımı bildirirəm. Türkiyə hökuməti keçmişdə olduğu kimi bundan sonra da yerli mətbuatın inkişafı üçün lazımi addımlar atacaq. 15 iyul silahsız, tanksız, təyyarəsiz xalqın qazandığı bir qələbədir. Türkiyədə indiyə qədər də hərbi çevrilişlər olub. 15 iyulda ilk dəfə çevriliş etmək istəyənləri xalq çevirdi. Haqqın, xalqın gücü tanka qalib gəldi".

Türkiyənin baş naziri nəzərə çatdırıb ki, hərbi çevriliş cəhdində iştirakla bağlı saxlanılanlar məhkəmələrdə müxtəlif oyunlar ortaya qoyurlar: "Biz səbrli olmalı, hüquqa inanmalıyıq. Sonda ədalət yerini tapacaq. Hüquq çərçivəsində hərbi çevriliş iştirakçıları cəzalarını alacaqlar".

B. Yıldırım 15 iyul hərbi çevriliş cəhdinin ildönümü ilə bağlı dünyanın müxtəlif ölkələrindən Türkiyəyə 350 jurnalist gəldiyini xatırladıb: "Xarici media mənsublarına bu gün bizimlə olduqları üçün təşəkkür edirəm. Biz bütün həqiqətləri media ilə paylaşmağa hazırıq".






Bölmə: Xəbər, Karusel, Slayd, Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Azərbaycan tarixi
Hərbi
İdman
Musiqi
Dünya hadisələri
Əyləncə
Kriminal
Mədəniyyət

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Video
https://www.youtube.com/watch?v=gd75lEyQX58

Şəhidlərə mahnı həsr olunub.

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!