“Crocus City Hall”da törədilən terrora görə daha bir nəfər saxlanıldı .....                        Boksçularımız beynəlxalq turniri 21 medalla başa vurdular .....                        Erməni spiker Sahibə Qafarova ilə görüşündən danışdı .....                        Bişkekdə fövqəladə vəziyyət elan olundu .....                        Lavrov: “Ermənistan uydurma bəhanələrlə son üç ilin tarixini təhrif edir” .....                        AZƏRTAC-ın sabiq sədri təltif olundu .....                        Moskvada baş verən terror aktında “Ukrayna izi” aşkarlandı .....                        Mingəçevirdə yataqxana binasında yanğın baş verdi - FHN cəlb olundu - VİDEO .....                        Əlillərə məxsus maşınlara taksi fəaliyyəti göstərmək qadağan edildi .....                       
Tarix : 16-10-2017, 11:41
General-leytenant Hüseyn Rəsulbəyova həsr olunmuş tədbir keçirilib


General-leytenant Hüseyn Rəsulbəyovun Azərbaycanın hərb tarixində və rabitə xidmətinin inkişafında özünəməxsus yeri var


Vətənimiz üçün yüzlərlə peşəkar hərbçinin yetişdirilməsində mühüm xidmətləri olan general-leytenant Hüseyn Rəsulbəyovun şərəfli ömür yolu zabitlərimiz və əsgərlərimiz üçün gözəl nümunədir. Bu baxımdan onun həyat yolu, fəaliyyəti dərindən öyrənilməli, gənclərimiz arasında geniş təbliğ olunmalıdır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər görkəmli hərbi və dövlət xadimi, artilleriya general-leytenantı Hüseyn Rəsulbəyovun anadan olmasının 100 illik yubileyi münasibətilə keçirilən tədbirdə səslənib.

“Dərbənd” Xeyriyyə İctimai Birliyinin rəyasət heyətinin iclası çərçivəsində keçirilən tədbirdə general-leytenant Hüseyn Rəsulbəyovun xatirəsi anılıb.

İctimai Birliyin sədri, Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunktura və elm şöbəsinin hərbi tarix professoru, tarix elmləri doktoru Nurulla Əliyev tədbirdə çıxış edərək görkəmli dövlət xadimi, hərbi xadim, Əməkdar Mühəndis, uzun illər Azərbaycanın rabitə naziri vəzifəsində çalışmış general-leytenant Hüseyn Rəsulbəyovun tarixi xidmətlərindən söz açıb, onun həyatı və fəaliyyəti barədə ətraflı məlumat verib.

General-leytenant Hüseyn Rəsulbəyova həsr olunmuş tədbir keçirilib


"Dərbənd" Xeyriyyə İctimai Birliyinin idarə heyətinin üzvü Rafiq Rəhimov general-leytenant Hüseyn Rəsulbəyovun şərəfli ömür yolu və fəaliyyəti haqqında məruzə ilə çıxış edib. Qeyd edilib ki, Azərbaycanın hərb tarixində özünəməxsus yeri olan Hüseyn Rəsulbəyov 1917-ci ildə Dərbənddə dünyaya göz açıb. 1932-ci ildə ovaxtki Orconikidze şəhərində politexnik texnikumuna daxil olan Hüseyn Rəsulbəyov dörd il sonra Leninqrad Elektrotexnika İnstitutunun siqnalizasiya və rabitə mühəndisi fakültəsində oxumağa başlayıb.

Bu təhsil ocağı Hüseyn Rəsulbəyovun gələcəkdə rabitə sahəsində fəaliyyətində mühüm rol oynayıb. O, 1941-ci ildə F.Dzerjinski adına Qızıl Ordu Artilleriya Akademiyasını bitirən ilk azərbaycanlı olub. Həmin il Hüseyn Rəsulbəyov Odessada Primorsk Qoşunlar Qrupuna göndərilir və hava hücumundan müdafiə qoşunlarının 15-ci briqadasının mühəndisi kimi müharibədə iştirak edib. Böyük Vətən müharibəsi zamanı hava hücumundan müdafiə qoşunlarının tərkibindəki qərargahlarda müxtəlif mühəndis vəzifələrində çalışıb, Odessa, Kerç, Sevastopol və Şimali Qafqazın müdafiəsində iştirak edib. Müharibənin sonunda isə gənc zabit Zaqafqaziya cəbhəsinin 99-cu hava hücumundan müdafiə qoşunları diviziyasının artilleriya rəisi olub.

General-leytenant Hüseyn Rəsulbəyova həsr olunmuş tədbir keçirilib


İkinci Dünya müharibəsindən sonra H.Rəsulbəyov uzun illər Bakı hava hücumundan müdafiə dairəsi qoşunlarında məsul hərbi vəzifələrdə çalışıb. 1960-1962-ci illərdə isə mühəndis-texniki xidməti general-mayoru olan Hüseyn Rəsulbəyov 1966-1975-ci illərdə Bakı hava hücumundan müdafiə dairəsi qoşunlarının zenit-artilleriya qoşunları komandanı vəzifəsində xidmət edib. 1968-ci ildə nümunəvi xidmətlərinə görə Hüseyn Rəsulbəyova artilleriya general-leytenantı ali hərbi rütbəsi verilib. O, sovet dövründə hava hücumundan müdafiə dairəsinin zenit-artilleriya qoşunlarının komandanı vəzifəsinə yüksəlmiş yeganə azərbaycanlıdır.

Diqqətə çatdırılıb ki, 1975-ci ildə Azərbaycanın rabitə naziri vəzifəsinə təyin edilən Hüseyn Rəsulbəyov bu sahədə də böyük uğurlara imza atıb. Onun Azərbaycanın rabitə xidmətinin inkişafında, respublikamızın şəhər və kəndlərinin telefonlaşdırılmasında, radio-televiziyanın maddi-texniki bazasının möhkəmlənməsində xüsusi xidmətləri olub. 1975-1980-ci illərdə Bakıda şəhərlərarası iki telefon və teleqraf rabitəsi stansiyası tikilib istifadəyə verilib. Bütün bunlar Hüseyn Rəsulbəyovun çoxşaxəli fəaliyyətinin yalnız bir hissəsi olub. Görkəmli dövlət və həbi xadim 1984-cü ildə dünyasını dəyişib və Fəxri xiyabanda dəfn olunub.

General-leytenant Hüseyn Rəsulbəyova həsr olunmuş tədbir keçirilib


Qeyd edilib ki, Hüseyn Rəsulbəyovun şəxsi iştirakı ilə Baş Poçtamt, Rabitə Evi, rabitə qovşaqları və sair layihələr işlənib hazırlanıb və inşa edilib. Artıq iyirmi ildən çoxdur ki, Azərbaycan Televiziyası və digər televiziyalar öz verilişlərini Dağüstü parkın yaxınlığında ucaldılmış müasir teleqüllə vasitəsilə bütün dünyaya yayır. Bu teleqüllənin ucaldılmasında Hüseyn Rəsulbəyovun mühüm xidmətləri var. Xalqımız şəhərimizə xüsusi yaraşıq verən bu möhtəşəm qurğuya baxdıqca onu xatırlayır.

Vurğulanıb ki, Hüseyn Rəsulbəyovun xidmətləri daim yüksək qiymətləndirilib, o müxtəlif orden və medallarla təltif edilib. Azərbaycan SSR Ali Sovetinin bir neçə çağırış deputatı olan Hüseyn Rəsulbəyovun Bakıda yaşadığı evin qarşısında xatirə lövhəsi var. Bundan başqa, Bakı Rabitə Texnikumu onun adını daşıyır. Hazırda Dərbənd şəhərində doğulduğu küçəyə və təhsil aldığı məktəbə xatirə lövhəsi vurulub. Şəhərin Döyüş Şöhrəti Muzeyində igid generalın döyüş yolu ilə bağlı geniş ekspozisiya yaradılıb və büstü qoyulub. Dərbəndin prospektlərindən biri general-leytenant Hüseyn Rəsulbəyovun adını daşıyır.

Sonra Hüseyn Rəsulbəyovun həyatı və çoxşaxəli fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.

İctimai Birliyin üzvləri, Hüseyn Rəsulbəyovun ailə üzvləri və başqaları çıxışlarında onun hərbi və siyasi xadim kimi genişmiqyaslı fəaliyyətindən danışıb, xatirələrini bölüşüblər. Çıxış edənlər Hüseyn Rəsulbəyovun və digər tarixi şəxsiyyətlərimizin xatirələrinin əbədiləşdirilməsinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq ifadə ediblər.

General-leytenant Hüseyn Rəsulbəyova həsr olunmuş tədbir keçirilib


İclasda, həmçinin “Dərbənd” Xeyriyyə İctimai Birliyinin fəal üzvü, kimya üzrə fəlsəfə doktoru Leyla Abdullayevanın müəllifi olduğu, tanınmış elm xadimi, tarix üzrə elmlər doktoru, professor, məhrum Bəhruz Abdullayevanın elmi fəaliyyətinə həsr edilən “Ömür yolu” kitabının təqdimatı keçirilib.
Sonda İctimai Birliyin ilin doqquz ayındakı fəaliyyətinin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib.

General-leytenant Hüseyn Rəsulbəyova həsr olunmuş tədbir keçirilib


Paylaş



Bölmə: Hərbi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!