Lavrov və Zərif Xəzərin statusunu müzakirə edib .....                        Monteneqronun nüfuzlu CdM informasiya portalında “ASAN xidmət”dən bəhs olunub .....                        Şəbnəm Qurbansoy: "Tez bağışlayır və tez unuduram" .....                        “İRƏLİ”nin sədri Azərbaycan Milli Karate Federasiyasının Baş Katibi vəzifəsinə təyin olundu .....                        Avropa ölkəsindən Türkiyə ilə bağlı terror xəbərdarlığı .....                        Şəhid atası olmaq Şərəflilərin nəsibidir .....                        Mən sabah intihar edəcəm .....                        Biz necə də sevincli, necə də gümrah idik... .....                        98 məktəbdə monitorinq imtahanı keçirilib .....                       
Tarix : 20-12-2017, 17:23
Ramiz DUYĞUN - 80

Hərbi həkim, vətənpərvər şair, ləyaqətli baş redaktor!

…Qulağıma televiziyadan mənə çoxdan tanış, həm də xüsusi çalarları ilə doğma olan səs dəydi: gur, dolğun, ötkəmli…

-Hanı o dedyiniz məsul katib?

Bu amiranə səs getdikcə yaxınlaşmaqda idi. Nəşriyyat sahəsində, xüsusən computer biliyinə və dizayn bacarığına hörmət bəslədiyim, qəzetin maketləşməsində təcrübəli mütəxəssis, həm də sex rəisi Cəbrayıl Tehmezov ilə yanaşı o səsin Azərbaycan Televiziyasının “Hünər” verilişindən tamaşaçılara yaxşı tanış olan gülərüz çöhrəsini də görəndə həyəcanımı gizlədə bilmədim. Cəld ayağa qalxdım, nəşriyyatın 5-ci mərtəbəsindəki yığcam, bir neçə qəzetin məsul katibliyini apardığımdan səliqəsiz hala saldığım otağımda hələki yalnız şair kimi şeirlərindən tanıdığım və aparıcı kimi “Hünər” verilişindən səsi qanıma-canıma hopan Ramiz Duyğuna yuxarı başdan yer təklif elədim. Yaxşı ki, naşir dostum tez dilləndi:

-Bu da Siz istədiyiniz məsul katib-yazır da, cızır da, yeri gələndə pozur da…

- Bu, sənsənmi, igid? – Bunu da Ramiz müəllim soruşdu. Susub çiyinlərimi çəkməklə cavab verdim.

Arayış üçün: Ötən əsrin sonlarında nəşriyyat sahəsində kompüterləşmə işi vüsət almışdı. Nəşrlərin çoxalması, həm də isti yığımdan imtina edilməsi ilə bağlı qəzetlərin tərtibatında müəyyən problemlər yaranmışdı ki, bu problemləri yalnız kompüter proqramlarını mənimsəməklə həll etmək mümkün idi. Bu sahəyə böyük marağım olduğundan işi tez öyrənmişdim. Bir neçə qəzetə məsul katiblik edərək həm yaxşı qazanır, həm də az da olsa tanınırdım. Hesab edirəm ki, Ramiz müəllimin məni tapması heç də təsadüfi deyildi. “İgid” sözü isə Ramiz müəllimin sevimli ifadəsi olub və indi də belədir.

O vaxt təxmini aylıq gəlirim 3000 rubla yaxın idi. Mənə təklif olunan “Sərhəd” qəzetinin məsul katibi vəzifəsinin aylıq pul təminatı isə 800 rublu ötmürdü. Bununla belə polkovnik Ramiz Məlikovla aramızda razılıq əldə olundu. Ancaq Ramiz müəllim tam ciddi şəkildə xəbərdarlığını da etdi:

-Mənə təkcə texniki işçi olan məsul katib lazım deyil. Məsul katib qəzeti həm formatlaşdırmağı, həm də formalaşdırmağı bacarmalıdır. Mən belə məsul katib istəyirəm.
Tezliklə yeni iş yerimdə çalışmalı oldum, əmrimim verilməsi isə bir aydan çox çəkdi. Bu proses 1 il də çəkə bilərdi. Yalnız baş redaktorun hər gün işə müdaxilə etməsi, müəyyən strukturlara təkidli xahişləri əmrimin imzalanmasını sürətləndirdi. Bununla belə qəzetə hazırladığım yazılara görə az miqdarda olsa da qonorarla ayı yola verə bildim. Ramiz müəllimin əməkdaşlara qarşı qayğısını bir neçə ay sonra qəzetin məsul katibi vəzifəsinin ştat cədvəlində mülki vəzifəyə keçirilməsi zamanı daha dərindən hiss etdim. Hansısa bir hərbi qəzetin ştat cədvəlinə istinad edən kadr işçiləri məsul katib vəzifəsinin hərbçi olması ilə razılaşmaq istəmirdilər. Mən onda baş redaktorumun nə cür prinsipial, qəti mövqedə dayandığını gördüm. Yuxarı instansiyalarla belə kəskin şəkildə, bəzən mətbuatdan anlaşıqlı olmadıqlarına ironiyalı tərzdə deməsi həmişə yaxşı qarşılanmırdı. Bununla belə, cəmi bir həftə sonra əmrimi rəhbər heyət kimi yenidən bərpa etdilər və 2001-ci ilin mart ayınadək (qəzet bağlananadək) bu vəzifədə çalışdım. İlk və növbəti zabit hərbi rütbələrini də burada aldım. Bu müddətdə həftəlik “Sərhəd” qəzetinin oxunaqlı, nəfis tərtibatlı olması üçün əlimizdən gələni etdik. “Sərhəd” qəzeti döyüşkən ziyalı qəzeti idi. Həmkarım və dostum Elşad Qoca bu haqda dövrü mətbuatda geniş bəhs etdiyindən oxucuları yormaq fikrindən uzağam. Lakin elə məsələlər var ki, təkrarlamaq azdır, yaddaşlara həkk elətdirmək lazımdır. Fəaliyyət göstərdiyimiz 10 ilə yaxın müddətdə hərbi jurnalist olaraq qadınlı-kişili hər bir əməkdaşımız, sözün tam mənasında oddan-alovdan keçdi. Hərbi jurnalist kimi Azərbaycan mətbuatında yeni səhifələr açdıq. Sərhədçi kimi dövlət sərhədlərimizin mühafizənin gücləndirilməsində əlimizdən gələni əsirgəmədik. Qarabağ müharibəsinin qızğın yerlərində, qaynar nöqtələrində döyüşçü kimi vuruşduq. Başımızın üstündən güllələr, mərmilər yağdırıldı, biz “sərhdəçilər” qorxu hissini heysiyyatımıza sığışdıra bilmədik.

Bir tərəfdən sərhəd rayonlarında qaçaqmalçılıq halları, digər tərəfdən torpaqlarımıza erməni basqınları bizi hər bir anda səfərbər olmağa sövq edirdi. Redaksiyada yalnız kompüter yığıcıları qalırdı. Baş redaktorumuzun səriştəli rəhbərliyi, prinsipial vətəndaşlıq mövqeyi sayəsində ezamiyyət yerlərində bizim üçün jurnalistikadan kənar düşəcək bir mövzu yox idi. “Sərhəd” qəzetinin ezam olunmuş hər hansı müxbiri yeni yaradılan sərhəd qoşunlarının, o vaxt tabeçiliyində olduğu Milli Təhlükəsizlik Nazirliyinin, bütövlükdə yeni Azərbaycan dövlətinin səlahiyyətli nümayəndəsi qismində ölkənin təhlükəsizliyi ilə bağlı bütün məsələlərdə fəal iştirak edirdi. Yerli idarəetmə orqanları, təlim-təhsil, tərbiyə ocaqları, hüquq mühafizə strukturları bu döyüşkən mətbu orqanın həm yaxşı, həm də pis mənada mövzu obyektinə düşə bilərdilər. Yazarlarımızdan İlqar Əhmədoğlu, Elşad Qoca, Qardaşxan Əzizxanlı, Lətif Şüküroğlu, İbrahim Rüstəmli, Zərif Cəfərova, Xatirə Tağıyeva, Rəbiyə Zeynalova, fotoqrafımız Elxan Bağırov, video qrupumuzdan Azər İbadov, Füzuli Zəkizadə Mətbuat Xidmətinin işinin səmərəli alınması üçün qan-tər tökürdülər. “Sərhəd” qəzeti üçün mövzu məhdudiyyəti yox idi, mövzuya yanaşma tərzi var idi ki, bunun da məğzində ilk saydan müəyyənləşdirilmiş müstəqil dövlətçilik, vətənpərvərlik xətti dururdu. O dövrün ictimai-siyasi həyatını, sərhəd quruculuğu sahəsində mübarizliyi, Milli Ordumuzun döyüşkən ruhunu araşdırma nöqteyi-nəzərindən “Sərhəd” qəzeti ən dolğun, tutarlı, obyektiv materiallarla zəngin bir mənbə ola bilər. Burada Azərbaycan istiqlal mücadiləsində ən qorxmaz, ən cəsur ədəbiyyat nümayəndələri, ədəbi nümunələr də yer almışdır. İlk sərhədçi kadrlarla, ordu sərkərdələri, döyüşçülərlə yanaşı, Ramiz Duyğunun şəxsi dostluq etdiyi sayılıb-seçilən ziyalılarımızdan, qələm sahiblərindən Xəlil Rza, Söhrab Tahir, Bəxtiyar Vahabzadə kimi şairlərimiz, dünya şöhrətli yazıçı Çingiz Abdullayev, bəstəkar Arif Məlikov, müğənni Alim Qasımov və başqaları qəzetimizin səmimi qonaqları sırasında olmuşlar, təəssüratlarını oxucularla bölüşmüşlər. Onlar müstəqil Azərbaycan Respublikasının ilk mədəniyyət carçıları kimi söz hüdudlarını məhz “Sərhəd”in səhifələrindən aşmışlar.
Odlu-alovlu şair kimi Ramiz müəllimin öz yaradıcılığından ən tutarlı, həm də çox cəsarətli nümunələr məhz bu insanın baş redaktor olduğu qəzetdə dərc olunurdu. Və yadımdadır, bir dəfə ağsaqqal dostlarından birinin “bəlkə bir az ehtiyatlı olasan” sözünə Ramiz Duyğunun cavabı belə olmuşdu:
- Elə vaxt, elə məqam var ki, ehtiyat da igidin yaraşığı olmur!
Ramiz Duyğun bütün saf duyğuları ilə, pak niyyətləri ilə bəşəri nümunədir, desəm səhf etmərəm. O, özünü bütün mənalarda, təpədən-dırnağacan azərbaycanlı sayır və bununla qürur duyduğunu deyir. Ramiz müəllimlə azacıq ünsiyyətdə olan, onun ötkəm, dolğun, bütün vücudunu ifadə edən səsini eşidən hər kəs “deyir” ifadəsinin nə qədər zəif səsləndiyinə şahidlik edər. Çünki, söhbət Azərbaycandan, doğma Vətəndən, eldən-obadan, yurddan, torpaqdan və azərbaycançılıqdan, türkçülükdən, turançılıqdan düşəndə Ramiz Duyğun sadəcə demir, danışmır, o dünyaya hay-haray salır, hayqırır, gur, coşqun səsi ilə dağları, çayları, səmanı lərzəyə gətirir. 25 il əvvəl ilk görüşümüzdə 55 yaşında da elə idi, bu gün 80 yaşın astanasında da belədir, BİZİM RAMİZ DUYĞUN!

Mahir CAVADLI, şair-jurnalist,
Azərbaycan Yazıçılar Birliyinin üzvü


Ramiz Duyğun

YOLUN YARISINDA

Uzaq yola çıxan qəhrəman əsgər,
Qapı arasında dayanmaq olmaz.
Zəfər dastanıdır yazdığın əsər,
Yolun yarısinda dayanmaq olmaz.

Busat sorağında yarın – yarağın,
Qamətin bükülməz, dizin əyilməz.
Mərmilərlə dolu döyüş darağın,
Sözünü demisən, sözün əyilməz.

Qarımış düşmənin anlayır artıq,
Düşüb əsməcəyə höyüşdür işi.
Qiyafəsi cırıq, dabanı yırtıq
Tüpürdüyü yeri yalamaz kişi.

Sən şah Xətainin layiq nəslisən,
Ulu öndərin pir, ulu tanrın pir.
Qəvi igidlərin özü, əslisən,
Yenilıməz Babəkin, comərd Babəkin,
Kəsik qollarını yadına sal bir...

Ötən hər günümüz tarix anıdır,
Ucadan deyim ki, dünya eşidir.
Mübariz dünənin qəhrəmanıdır,
Bu gün silah səndə söz səninkidir.
Qayıtmaz kamandan sıyrılan bir ox,
Nifrətin zirehlər doğrayan almas,
Geri qayıtmağa hüququmuz yox,
Yolun yarısında dayanmaq olmaz
Namərd daşnaklara verməyək aman,
Tülkü Qarabağda köhlən səyridir.
Dünya sənə baxır bu gün qəhrəman!
Yenilməzlik dəmi, mərdlik yeridir.
Aləm bizə baxır, vallah ayıbdır,
İrəli getməsən yağı basılmaz.
Baban yarı yoldan qayıtmayıbdır,
Yolun yarısından qayıtmaq olmaz.
Sonacan getməkdir oğulun işi...
Bu sözlər şairin döşünə yatmaz:
“Yolun yarısında dayanan kişi,
Heç zaman mənzilin başına çatmaz!”
Bu istək alçağın it qanındadır,
Dünyaya car çəkir əxlaqsız yağı:
“Qarabağ, Xankəndi, Şuşa torpağı,
Əbədi, əzəli Hayastanındır!”
Səbr də, bıçaq da, sümük də yanır,
Sümük yarasında dayanmaq olmaz!
Səbr də, bıçaq da sümükdə yanır,
Yolun yarısında dayanmaq olmaz.
İrəliyə qoşmaq, yurda qovuşmaq,
Sonuncu xanıma, xana, bəyədək!
Alovda, tüstüdə, qorda qovuşmaq,
Qovuşmaq sonuncu qələbəyədək!
Ağdam bu millətin qan yarasıdır,
Qarabağ Vətənin tən yarısıdır.
Şuşa xalqımızın can yarasıdır.
Xalqin yarasında dayanmaq olmaz!
Yolun yarısında dayanmaq olmaz
Yolun yarısında dayanmaq olma

QANA QAN

Iyulun 4 – də erməni faşistləri Füzuli rayonunun Alıxanlı kəndini atəşə tutaraq 18 aylıq körpə Zəhranı və onun nənəsi Sahibəni qətlə yetirdilər.

Canlı insan qanına
Sən bu qədər susayasan,
Sən bu qədər acasan.
Gəlinciyilə oynayan körpə qıza
Artileriyadan, topdan,
Daha nədən
Belə atəş açasan...
Beşiyini, bələyini
Oda tutub qalayasan.
Yerdən bombalayasan,
Göydən bombalayasan.
Bunu ancaq erməni
Bəşəriyyət düşməni,
İnsanlığın düşməni
Bu cür edə bilərdi.
Ancaq dığa daşnakyan
Bu qərara gələrdi...
Azərbaycan kəndlisi
Evində, eşiyində
əkində, biçindədi.
Daşnaksa yırtıcıdı,
iki ayaqlı maldı,
buynuzu içindədi,
eybəcər, anomaldı...
Qulağı kar, qəlbi kardı.
Yaranışından xain,
Qəddar cinayətkardı.
Satqın, bicdi, yaltaqdı.
Minsifətli qorxaqdı.
Oğru, xain əzəldən
İnsanlığın adına,
Soyadına ağ olar.
Həm də ki, qorxaq olar.
Oğru, yaltaq erməni,
Xain, qorxaq erməni
İki yaşlı Zəhranın
Gəlinciyindən qorxub
Artileriyadan, topdan
Onu atəşə tutub...
Qardaş, başa düş məni,
Oğul, başa düş məni.
Bəşəriyyət düşməni,
Insanlığın düşməni
Dığa daşnakyan artıq
Lap çox uzağa gedib.
Çoxdan özü özünü
Ölümə məhkum edib.
İnsanlığın böyründə
Yaman şişə çevrilib.
Haqq - ədalət naminə,
Tribunala verilib,
Məhkəməyə verilib...
Körpəcə Zəhramızın
Deyin, günahı nəydi?
Deyin, onun kimi var?
Bu torpağın qəlbində,
Bu millətin qəlbində
Dağlar boyda qəmi var.
Bütün cəhdlər, çabalar
Artıq əbəsdir, əbəs.
Daha bəsdir, bəsdir, bəs!
Gəl yolun kəsəsinə,
Qalx yolun qısasına.
Ordumuz şimşək çaxsın,
Yurdumuz şimşək çaxsın!
Zəhranın qisasına,
Boyük bir ordu qalxsın...
Ayağa qalx, Azərbaycan!
Qana qan!
Q!ana qan!

AZƏRBAYCAN ORDUSU
Süngün yağıların gözünə batır,
Yarandın haqq eşqi, haqq sevdasından.
Sakit qəzəbində şimşəklər yatır,
Yarandın xalq eşqi, xalq sevdasından.
Azərbaycan ordusu.
Qızıl bayrağında günəşin odu,
Atandır, anandır bu odlar yurdu.
Qarşında daşnaklar lal-mat qurudu,
Azərbaycan ordusu.
Mərhəmət məsləkin, ədalət andın,
Sən ancaq həqiqət eşqilə yandın.
Yağılar önündə dağtək dayandın,
Azərbaycan Ordusu.
Arxanca uzandı dualı qollar,
Qarşında sıldırım çınqıllı yollar.
Sıranda qranit qaya oğullar,
Azərbaycan ordusu.
Sənə yol göstərən cəsarətindir,
Arxanda dayanan mətanətindir.
Zəfər dastanları nəqarətindir,
Azərbaycan ordusu.
Başının üstündə parlar al danın,
Sınaq məktəbidir döyüş meydanın.
And yeri sən Ali Baş Komandanın,
Azərbaycan ordusu.
Bayraqdar hədəfi sərrast tuşlayır,
Yağının səfini əzir, xışlayır.
Qələbə yolların təzə başlayır,
Azərbaycan ordusu.
Önündə titrəyir, əsir dağ-dərə,
Qarşıda Fizuli, Ağdam, Ağdərə.
İmza atmalısan qələbələrə,
Azərbaycan ordusu.
Daşnakı sər yerə sən daraq-daraq,
Səpələ dağlara onu qıraraq.
Başın üstdə Günəş üçrəngli bayraq,
Azərbaycan ordusu.
Susmayıb gurlayır döyüş təbili,
Haqqın dərgahında millətin əli.
Zəfər yollarına güllər səpili,
Azərbaycan ordusu.
Dərələrdən yellən, yarğanları aş,
Kirs ilə tən dayan, Murova yaraş.
Dayanma Laçına, Şuşaya birbaş,
Azərbaycan ordusu.
Atəşi sönməsin qisas odunun,
Əsr-əsr qalxsın alovu onun.
Qəhrəman ordusu Odlar yurdunun –
Azərbaycan ordusu.

İRƏLİ

Geriyə boylanma, irəliyə bax,
İrəliyə qoşan nicat tapacaq.
Təndirdə kösöytək yanır Qarabağ -
Damarlar, sinirlər yaytək gərili,
İrəli, İrəli!
Hop ana torpağa qan hopmuş kimi,
Şığı kamanından ox qopmuş kimi.
Səngərdən-səngərə sıçra quş kimi -
Qarabağ səngərdir dağlı-dərəli -
İrəli, İrəli!
Ölümü tapdala, adla üzə dur,
Mərd oğul gülləni havada tutur.
Şəhid qardaşının əvəzində dur -
Vur, fürsəti vermə cəngə girəli -
İrəli, İrəli.
Zərbənlə dağları yerindən oynat,
Parçala yağının bağrını qanat.
Dığanı, daşnakı bir-birinə qat -
Sən haqq əsgərisən məğrur, qürrəli -
İrəli, İrəli!
Düşmən halayını poz, meydana gir,
Zəhmindən xainlər titrəsin tir-tir.
Qırdığını qırıb... əsir də gətir,
Dığalar bayılsın gözü bərəli,
İrəli, İrəli!
Hədyanlar danışıb qılınc oynatma,
Yuxun quş yuxusu... Səngərdə yatma...
Bircə gülləni də havaya atma,
Atəş! Düşmənlərin yerə sərili,
İrəli, İrəli!
Daşnaklar məkrli, əxlaqsız, yaman,
Sərrast vur! O səndən görməsin aman.
Donuzun əcəli yetişən zaman...
Bilirsən... donuzlar muzdlu, kirəli,
İrəli, İrəli!
Vətənin qəlbində dərd kündə-kündə,
Vur, öldür iblisi, qır gündə-gündə.
Qələbə dalda yox!
Qələbə öndə!
Sən qoş irəliyə haylı, nərəli,
İrəli, İrəli!


Paylaş



Bölmə: Hərbi, Ədəbiyyat, Karusel, Slayd, Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Azərbaycan tarixi
Hərbi
İdman
Musiqi
Dünya hadisələri
Əyləncə
Kriminal
Mədəniyyət

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Hər ötən il növbəti il üçün xatirəyə çevrilir; bəzən xatırlanır, bəzən də yenidən yaşanılır. Ancaq elə illər var ki, onları yenidən yaşamaq mümkün olmur. Bu illərə Türkiyənin unudulmaz 90 - cı illərini aid etmək olar. Axı həmin illəri yaddaqalan edən nəydi?
Butov.az Türkiyə mətbuatına istinadən həmin unudulmazlığı təqdim edir:
Türkiyənin unudulmaz 90 - cı illəri...
Video
https://www.youtube.com/watch?v=gd75lEyQX58

Şəhidlərə mahnı həsr olunub.

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!