XİN Başçısı Pavel Knyazevi qəbul etdi .....                        Hikmət Hacıyev: “Biz bu səhifəni çevirdik, sülh və təhlükəsizliyi təmin etdik” .....                        İranın dövlət agentliyi Azərbaycandakı səfiri istefaya çağırdı .....                        Cəlilabadda məktəb direktoruna cinayət işi açıldı .....                        102-ci hərbi baza Ermənistanın suverenliyinin yeganə təminatıdır - Rusiya XİN .....                        Paytaxtda elektrik mühərrikli avtobus istifadəyə verildi .....                        Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır - Hikmət Hacıyev .....                        Silahlı münaqişə zamanı sərvətləri hərbçilər müdafiə edəcək .....                        TƏBRİK EDİRİK ! .....                       
Tarix : 18-01-2018, 12:07
Müharibənin gənc qəhrəmanı  


Müharibədə qazanılan uğurun 50 faizi generallar və taktika hazırlayanlardan, qalan
50 faizi isə tamamən əsgərlərdən asılıdır. Sıravidən tutmuş generala qədər Sovet
ordusunun əsgərləri nasist Almaniyası üzərində qələbəyə dəyəri ölçülməyən
töhvələrini vermişlər.Böyük Vətən müharibəsinin qəhrəmanlarından biri də Arif
Baba oğlu Ələkbərovdur.Bizim qəhrəmanımız on üç yaşında cəbhəyə qaçmış,
çağırış yaşına çatmadığı üçün bir neçə dəfə Bakıya geri qaytarılmış, lakin buna
baxmayaraq, oruhdan düşməmiş və dördüncü cəhddən sovet donanması sıralarına
könüllü olaraq qəbul edilməsinə nail olmuşdur. Yaralıları Stalinqraddan Bakıdakı
xəstəxanalara daşıyan gəmidə xidmətçi olaraq xidmət etmişdir. O,ölümdən
qorxmadan yaralıları gəmiyə daşıyırdı, baxmayaraq ki, alman təyyarəçiləri gəmini
atəşə tuturdular. O, gəmidə pulemyotdan atəş açaraq alman qırıcısını vurmuşdu.
İnsanın əsl siması çətin anlarda ortaya çıxır, Arif Ələkbərovun xidmət etdiyi gəmi
batırılanda o, öz komandirini xilas etdi. Bu da Azərbaycan oğlunun igidliyi və
gücünün nümunəsi. Stalinqradın azad olunmasından sonra Arif Baba oğlunun
xidmət etdiyi gəmi İrandan “Lend-liz” əsasında ora gətirilən ərzaq və texnika
daşıyırdı. (Əsgəri ləvazimat və texnika İrandan Bakıya, ordan isə təyinatı üzrə
daşınırdı). Belə reyslərin birində Arif özünü və gəmi heyətini xilas etdi. Onlar gecə
üzürdülər, güclü fırtına vardı, gəmidə isə iki amerika tankı (Şerman modeli)
daşınırdı. Dalğalar gəmini vururdu və ağırlığından gəmi çevrilə bilərdi, gəmiyə bir
neçə dalğa zərbəsi və hər şey bitərdi. Hər bir şey dənizin dibinə gedərdi. Arif
müəllim təşəbbüsü öz üzərinə götürdü, tanklarıaçdı və onlar dənişə düşdülər.
Tanklar batdı, o bununla heyəti ölümdən xilas etdi. Müharibənin bütün
çətinliklərinə baxmayaraq, o, özünün gündəlik ərzağını (kartof və konservlər)
toplayır, Bakıya qayıtdıqda topladıqlarını evə göndərərək anasına və qardaşına
kömək edirdi. Müharibənin bütün çətinliklərinə baxmayaraq, o qəhrəman kimi geri
qayıtdı (Arif müəllimin hərbi geyimi SSRİ və Rusiya Federasiyasının hərbi
mükafatları ilə doludur) və müharibədən sonra donanmada xidmət etdi, ordudan
sonra isə bütün həyatını idmanın inkişafına, o cümlədən Azərbaycan SSR-də

güləşin (yunan-roma, sərbəst), dzüdonun və sambonun (1970-ci ildə Sambo və
Dzüdo Federasiyasının prezidenti olmuşdur) inkişafına həsr etdi. O, 1980-ci ildə
Moskvada keçirilən Olimpiya Oyunlarında hakim olmaq şərəfinə nail olmuş az
saylı insanların sırasındaidi. Müharibə qəhrəmanı, istedadlı idmançı və ailəsini
sevən, faşizm üzərində qələbəyə töhvə verən daha bir Azərbaycan oğlu.Sizə can
sağlığı və uzun ömür arzulayırıq.

Tamerlan Ələkbərov
Butov.az


Paylaş



Bölmə: Hərbi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!