“Qarabağ” “Neftçi”ni darmadağın etdi - Finala yüksəldi .....                        Qazi anasına görə intihar etdi .....                        İraq Prezidenti COP29-a dəvət edildi .....                        Aytmatovun abidəsi dostluğumuzun rəmzinə çevriləcək .....                        Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi .....                        Qırğızıstan Prezidenti Bakını seyr etdi - FOTO .....                        Japarovun şərəfinə ziyafət verilir .....                        Qırğızıstan Prezidenti Fəxri Xiyabanda - FOTO .....                        Nəsib Quliyevin intihar səbəbləri - Hüquqşünas-kriminalist danışdı .....                       
Tarix : 20-11-2018, 14:24
Girov qəhrəmanlar


Hər şey geridə qalıb. Neytral ərazidəyik. Mənimlə gəlmələrini istəyirəm. İkisi də bir ağızdan:
- Bu torpaqda doğulduq, burada da öləcəyik - deyirlər.
- Ölmək zamanı deyil!
- O zaman, siz buna hazır olanda, biz də inadımızdan dönərik.
Nə qədər dilə tutsam da xeyri yoxdur. Ağlayıram. Onlarsız qayıtmaq istmərəm.
“Allahu Əkbər, Allahu Əkbər”... Saat 06:40... Səhər azanı verilir. Yuxu imiş! Çox şükür! Onlara üzülürəm. Mən yuxularımda, xilaskarlarım isə gerçək həyatda yaşayırlar gördüyüm dəhşətləri. “Kaş mənimlə gələrdilər”. Yuxunun təsirindən çıxa bilmirəm. Pəncərədən çölə baxıram. Hava hələ də işıqlanmayıb. Yuxunu yadıma salıram. Qarabağdayam. İllərlə ayağımızın dəymədiyi torpaqda. Həyəcanlıyam. Narahatam. Özümə görə yox, doğmalarım üçün. Görəsən haradadırlar? Düşməndən gizlənə biliblər? Yoxsa, əsir düşüblər? Beynimdə o qədər sual var ki...
Qanadsız uçmağa başlayıram. Bacardığım qədər yüksəlirəm. Birdən dizlərimə ağırlıq çökür. Qəfildən binanın damına çırpılıram. Əli silahlılar məni mühasirəyə alırlar. Öz murdar dillərində nəsə mızıldayırlar. Qaçmaq istəyirəm, ayaqlarım sözümə baxmır. Taqətim tamam tükənib. Nə olacaqsa, olsun artıq. Onlardanmı qorxacam?
Gözlərinin içinə dik baxıram. Qürurla, sınmadan, qorxusuz. Üstümə gəlirlər. Sonra gözlərimi yumuram. Birdən mərəkə qopur. Gözlərimi açıram. Yenə onlar. Dilqəmlə, Şahbaz. Xilaskarlarım. Bir nəfər olsun diri erməni qoymayıblar. Bu dəfə onlar əlimdən tutub mənimlə bərabər uçurlar...
Girov qəhrəmanlar

Realda ikisi ilə də yaxından-uzaqdan heç bir bağlılığım yoxdur. Onlar da mənim varlığımdan xəbərsizdirlər. Elə isə niyə yuxularıma gəlirlər? Hər səfərində məni qurtarırlar. Əslində özlərinin köməyə ehtiyacları var...
Onların hər keçən gün şam kimi əriyib gedən bədənləri gözlərimin önündədir. Dağ kimi insanlar necə də “çöpə” dönüblər?! Doğulduqları torpaqda yadların əlində girovdurlar. Buna can dözər?!
Hər yuxuma gələndə hal-əhval tuturam. Həmişə susurlar. Danışmaq istəmirlər. Niyəsini bilmirəm. Bəlkə də məni üzməmək üçün belə edirlər. Kənardan zəif görünsələr də təhlükədə olduğumu hiss edən kimi köməyimə gəlirlər. Məni doğma torpaqlarımızı işğal edən düşmənə vermirlər. Hər səfərində xilas edirlər.
Biz isə onları xilas edə bilmirik...

Günel Habilqızı


Paylaş



Bölmə: Hərbi / Köşə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!