AQTA xəbərdarlıq edir .....                        İt nəfsi Poema (İxtisarla) .....                        Bakı xilaskarı Nuru Killigil . .....                        Azərbaycan Dillər Universitetində seminar: “XX əsr Çin tarixi” .....                        Ədalət hakimi yoxsa?! .....                        Bakının azad olunmasının 100 illiyi ilə bağlı sərgi .....                        "Küsmüşəm məhəbətindən" .....                        Dövlət Turizm Agentliyinin dəstəyi ilə beynəlxalq layihəyə start verilib .....                        İlham Əliyev Putinlə görüşəcək- Bir sıra sənədlər imzalanacaq .....                       
Tarix : 16-11-2017, 14:41
Süleyman Piriyev: “Yəqin ki, “Qarabağ” da bu görüşə yaxşı hazırlaşar”


Topaz Premyer Liqasının XII turu çərçivəsində “Sumqayıt” FK-ın əvəzedicilərdən ibarət komandasını “Qarabağ” – ın əvəzedicilərilə oyuna hazırlığı davam etdirir. Hazırlıq prosesindən sonra “Sumqayıt” əvəzedicilərinin kapitanı Süleyman Piriyevlə tur və digər məsələlər barədə qısaca söhbətləşdik.

Bu il keçən ilə nisbətən sanki zəif təsir bağışlayırsız. Bunu nə ilə əlaqələndirərdiniz?

-Bunu komandanın gəncləşdirilməsi ilə əlaqələndirərəm. Çünki keçən il heyətimizdə daha yaşca böyük futbolçular var idi. Bu il isə daha çox gənc futbolçulara üstünlük verilir: 1999, 2000, 2001. Ona görə belə təsiri olur. Əsasən, A komandasına üstünlük verilir. Həmişə ki kimi.

“Qarabağ”la sonuncu qarşılaşmada səfərdə 5-1 hesabı ilə qalib gəlmişdiniz. Bu turda onlarla yenə səfərdə oynacaqsız. Görüşdən hansı nəticə ilə ayrılacağınıza inanırsız?

-Bu turda da İnşallah qələbə bizimlə olar. Bu görüşə yəqin ki, “Qarabağ” da yaxşı hazırlaşar. Yəqin ki, 1-5-in əvəzini çıxmaq istəyəcəklər. Ona görə bu görüşə də ciddi hazırlaşırıq. Xeyirlisi İnşallah. Güclü olan qalib gələr.

Komandada zədəli və cəzalı futbolçular yoxdur ki?

-Var. Çoxdur bəlkə də. Keçən oyun iki oyunçumuz qırmızı aldı – Elsevər Bəkirzadə ilə Ceyhun Rəcəbli. Zədəliləri də dəqiq bilmirəm. Çünki oyuna bir neçə gün var. Hər an hər şey ola bilər. Özüm belə zədələnə bilərəm. Ona görə zədəlilərlə bağlı dəqiq bir söz demək olmaz.

Artıq ikinci mövsümdür ki, “Sumqayıt”ın əvəzedicilərində mübarizə aparırsız. Yerli klublardan və ya ölkə xaricindən yayda və yaxud indi təkliflər olmayıb sizə?

-Təkliflər birbaşa mənə gəlmir vallah. Çünki menecerim yoxdur. Özümə zənglər gəlmir. Bəlkə də yuxarılara mənimlə bağlı təklif olur. Transfer dönəmi deyil deyə bəlkə də bildirmirlər. Çempionatda dövrə qurtarsın sonra bilinəcək ki, təkliflər olub, ya yox?!

Səbuhi Allahverdizadə
Butov.az


Paylaş



Bölmə: İdman, Karusel, Slayd, Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Azərbaycan tarixi
Hərbi
İdman
Musiqi
Dünya hadisələri
Əyləncə
Kriminal
Mədəniyyət

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Hər ötən il növbəti il üçün xatirəyə çevrilir; bəzən xatırlanır, bəzən də yenidən yaşanılır. Ancaq elə illər var ki, onları yenidən yaşamaq mümkün olmur. Bu illərə Türkiyənin unudulmaz 90 - cı illərini aid etmək olar. Axı həmin illəri yaddaqalan edən nəydi?
Butov.az Türkiyə mətbuatına istinadən həmin unudulmazlığı təqdim edir:
Türkiyənin unudulmaz 90 - cı illəri...
Video
https://www.youtube.com/watch?v=gd75lEyQX58

Şəhidlərə mahnı həsr olunub.

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!