Mingəçevirdə yataqxana binasında yanğın baş verdi - FHN cəlb olundu - VİDEO .....                        Əlillərə məxsus maşınlara taksi fəaliyyəti göstərmək qadağan edildi .....                        Tofiq Yaqublunun oğlu veteran vəsiqəsi aldı - FOTO .....                        Sabiq nazirin oğlu dindirildi .....                        Dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqləndi .....                        İcra başçısının qardaşı oğluna hökm oxundu .....                        Avtobusların rənglərinə dair tələb müəyyənləşdi .....                        Latviyanın XİN başçısı istefa verəcəyini açıqladı .....                        Paytaxtda ucuz avtomobillər bu tarixdə satışa çıxarılacaq .....                       
Tarix : 17-02-2018, 22:03
Peşəkar idmançılar yetişdirən idman cəmiyyəti-DİN İC


Hələ qədim dövrlərdən etibarən bütün dünyada idmana maraq böyük olub. Antik mütəffəkkirlər öz əsərlərində sağlamlıq üçün vacib olduğunu deyərək, bədən tərbiyəsini təbliğ edirdilər. Lakin idman təkcə sağlamlıq deyil. O, həm də hər bir dövlətin beynəlxalq aləmdəki nüfuzundan xəbər verən, onu tanıdan əsas vasitədir. Sevindirici haldır ki, bu gün ölkəmizdə idman sürətlə inkişaf edir, yeniyetmə və gənclər bu sahəyə böyük maraq göstərirlər. Respublikamızda, o cümlədən paytaxt Bakıda yeniyetmə və gənclərin idmanla məşğul olmaları üçün hərtərəfli şərait yaradılıb. İndi yüzlərlə klub və idman məktəblərində oğlan və qızlara müxtəlif növlərin sirləri öyrədilir. Belə idman ocaqlarından biri də Daxili İşlər Nazirliyi İdman Cəmiyyətidir (DİN İC). Adı çəkilən cəmiyyət 1926-cı ildən fəaliyyət göstərir. Burada hazırda 22 növ üzrə bölmələr fəaliyyət göstərir ki, bunlardan 15-i (sərbəst güləş, Yunan-Roma güləşi, cüdo, boks, güllə atıcılığı, stend atıcılığı, bədii gimnastika, akrobatika, həndbol, taekvondo, basketbol, böyük tennis, stolüstü tennis, badminton, atçılıq) olimpiya proqramına daxildir. Karate, kik-boksinq, aykido, ciu-citsu, şahmat, uşu-sanda və atletizm isə qeyri-olimpiya növləridir.

Təxminən 90 illik bir müddət ərzində DİN İC-də bu gün qürurla adlarını çəkdiyimiz, onlarla fəxr etdiyimiz əsl idman fədailəri yetişmişdir. Güləşçilər Emin Ramazanov, Rafiq Hacıyev, Yaqub Məmmədov, Sabir Hüseynov, Xəzər İsayev, cüdoçular Olimpiya çempionları Nazim Hüseynov, Elnur Məmmədli, Olimpiya üçüncüsü Mövlud Mirəliyev, Tərlan Poladov, boksçular Abbas Ağalarov, Fuad Aslanov, Əli İsmayılov, Nadir Abbasov, yüngül atletlər Əfqan Səfərov, Ziba Ələsgərova, Aleksandr Kornelyuk, ağır atletlər Əhməd Məmmədoğlu, Şirxan Ağayev, stend atıcılar Zemfira Meftəhəddinova, güllə atıcısı İradə Aşurova, qılıncoynadanlar Ənvər Sadıqov, Aleksandr Lukyanov, stolüstü tennisçi Valentina Popova və başqaları dəfələrlə Azərbaycan bayrağını beynəlxalq arenalarda dalğalandırıblar.

Hazırda Cəmiyyətin sədri polis polkovniki Zemfira Meftəhəddinovadır. Onun və digərlərinin qazandığı nailiyyətlər yeniyetmə və gəncləri idmana daha çox həvəsləndirir.
Bu yaxınlarda qeyd etdiyimiz idman cəmiyyətinə yollanıb, bir neçə bölmənin məşq prosesi ilə tanış olub, müəllim və idmançılarla söhbət elədik. Bildiyimiz kimi, hazırda cüdo ölkəmizdə sürətlə inkişaf edir. Bu növdə tatami ustalarımızın qazandığı uğurlar göz qabağındadır. Elə bu səbəbdən də ilk növbədə cüdo zalına üz tutduq.

Peşəkar idmançılar yetişdirən idman cəmiyyəti-DİN İC


Peşəkar idmançılar yetişdirən idman cəmiyyəti-DİN İC


Peşəkar idmançılar yetişdirən idman cəmiyyəti-DİN İC


Həmin zalda bizi təcrübəli mütəxəssis Zakir Kərimov qarşıladı. Zakir müəllim idmançıları yenicə sıraya düzmüşdü. Fikirləşdik ki, biz də bir müddət məşqə tamaşa edək. İdmançılar, həqiqətən, əzmkarlıqla çalışır, onlara verilən tapşırıqları həvəslə yerinə yetirirdilər. Baş məşqçi Zakir Kərimovun bildirdiyinə görə, DİN İC-in cüdo bölməsində üç müəllimin rəhbərliyi ilə müxtəlif saatlarda məşqlər keçirilir. Həmin məşqlərdə peşəkar mütəxəssislər tərəfindən bu növün sirləri yeniyetmə və gənclərə öyrədilir. O, həmçinin cüdonun ölkəmizdə inkişafından və oğlan və qızların bu növə olan xüsusi marağından da söhbət açdı: “Bizim bu növdə çox böyük uğurlarımız var. Nazim Hüseynov, Elnur Məmmədli, Zülfiyyə Hüseynova, Elçin İsmayılov, Tərlan Poladov, Kifayət Qasımova, Ramilə Yusubova və başqaları bizim veteran tatami ustalarımızdırlar. Nicat Şixalizadə, Rüstəm Orucov, Hidayət Heydərov, Aişə Qurbanlı, Nuriyyə Axundova isə onların layiqli davamçılarıdırlar. Sevindirici haldır ki, indi cüdoda gənc nəsil yetişir. Bu gün zallarda dəcəllik edən, atılıb-düşən 4-5 yaşlı uşaqların hər biri gələcəyin çempionlarıdırlar. Əsas odur ki, onları düzgün istiqamətləndirəsən. Biz də məhz buna çalışırıq.”

Hazırda ölkəmizdə Olimpiya idman növləri kimi qeyri-Olimpiya növlərinin də inkişafına xüsusi qayğıyla yanaşılır. Yuxarıda qeyd etdiyimiz kimi, DİN İC-də Olimpiya proqramına daxil olmayan 7 növ üzrə məşqlər keçirilir ki, bunlardan biri də kikboksinqdir.

Peşəkar idmançılar yetişdirən idman cəmiyyəti-DİN İC


Peşəkar idmançılar yetişdirən idman cəmiyyəti-DİN İC


Baş çəkdiyimiz idman ocağında bu növ üzrə məşqləri əməkdar məşqçi, gənclərdən ibarət yığma komandamızın baş məşqçisi, “Golden coach” ləqəbli Hakim Hacıyev keçir. O, illərdir ki, özünün əsl məşqçilik bacarığı ilə çempionlar yetişdirməkdə davam edir. Müəllimdən bunun sirrini soruşduqda qeyd etdi ki, əgər idmançıda nizam-intizam, disiplina varsa, o, ən böyük uğurları qazana bilər. Təsadüfi deyil ki, Hakim Hacıyev hər məşq yetirmələrinin davranışına, yoldaşları ilə rəftarına xüsusi diqqət göstərir. Təcrübəli mütəxəssis belə hesab edir ki, kikboksinq əsl hərbi-döyüş növüdür: “Yeniyetmə və gənclərin idmanla, o cümlədən də kikboksinqlə məşğul olmaları çox vacibdir. Kikboksinq hərbi-döyüş idman növüdür. Və mən çalışıram ki, bu zalda təkcə idmançılar yox, həm də əsgərlər yetişdirim. Zənnimcə, bacarıram. Uşaqlara bu növün sirlərini öyrətməklə yanaşı, həm də onların təhsilləri ilə maraqlanıram. Dünya və Avropa çempionatlarının qalib və mükafatçıları Ramal Aslanov, Elnur Həmidəv, Elnur Kamalov, Zöhrab Əzimov, Qəmbər Əzimov, Ceyhun Novruzov mənim ən bacarıqlı tələbələrim sırasındadırlar. Əslində bu siyahını daha çox uzada bilərəm. Nə qədər ömrüm var, çalışacam, vətənimiz, dövlətimiz üçün layiqli idmançılar yetişdirim.”

Elə idman növləri var ki, uşaqların hələ 4-5 yaşından onlarla vacib olması məsləhət görülür. Belə növlərə misal olaraq, şahmatı, akrobatikanı, gimnastikanı göstərmək olar. Çünki ancaq həmin yaşlarda zehin təmiz, bədən isə elastik olur. Bəs, görəsən, DİN İC-in akrobatika bölməsində vəziyyət nə yerdədir, kütləvilik necədir? Bu suallara cavab tapmaq üçün məşqçi Elvin Məmmədovla görüşdük. Elvin müəllimlə də görüşümüz məşq zamanına təsadüf etdi. İdmançıların ustalıqla icra etdiyi hərəkətlər, düzü, məni çox təəccübləndirdi. “Axı 4 yaşlı uşaq bunu necə edə bilər?” deyə bir neçə dəfə düşündüm. Amma axı həvəs olan yerdə hər şey mümkündür. Və çox xoşdur ki, idmançıların da, Elvin müəllimin də məşqə böyük həvəsi var. Elə ard-arda üç müxtəlif məşq keçməsi də Elvin Məmmədovun öz işini necə sevməsini bir daha sübuta yetirir. Əlbəttə, məşqçi ilə söhbət etməyə də imkan tapdıq. O, bildirdi ki, 2000- ci ildən cəmiyyətdə məşqçi kimi fəaliyyət göstərir və bu illər ərzində yüzlərlə tələbə yetişdirib. “Akrobatikanın səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, bu növlə məşğul olmaq üçün müəyyən yaş həddi var, məsələn 15 yaşlı yeniyetmə akrobatikaya başlaya bilməz. Başlasa belə, uğurlu olmaz. Çünki bədən artıq formalaşır. Amma digər növlərin hər biri ilə istənilən yaşda məşğul olmaq mümkündür.

Peşəkar idmançılar yetişdirən idman cəmiyyəti-DİN İC


Peşəkar idmançılar yetişdirən idman cəmiyyəti-DİN İC


Peşəkar idmançılar yetişdirən idman cəmiyyəti-DİN İC


Peşəkar idmançılar yetişdirən idman cəmiyyəti-DİN İC


Bir şeyi də qeyd etmək istərdim: akrobatika ilə məşğul olanların əksəriyyəti bir müddətdən sonra başqa növlərə keçir və tez bir zamanda onda müvəffəqiyyət qazanırlar. Hətta daha təcrübəli olanları qabaqlayırlar. Bu da təsadüfi deyil. Belə ki, akrobatika artıq həmin idmançının bədənini açıb, elastikliyini artırıb. İndi müxtəlif növlərdə keçmiş yetirmələrim müvəffəqiyyət qazananda mən böyük fərəh hissi keçirir və onları ürəkdən təbrik edirəm. Deyə bilərəm ki, hansı növlə məşğul olmasından asılı olmayaraq hər bir idmançı üçün akrobatika vacibdir.”

Yuxarıda da qeyd etdiyimiz kimi, DİN İC-də təcrübəli mütəxəssislər tərəfindən məşqlər keçilir. Onlardan biri də boks üzrə dünya çempionu, WBCA kəmərinin sahibi Rauf Ağayevdir. İdmançılarını təktcə texniki-taktiki və fiziki tərəfdən yox, həm də psixoloji cəhətdən hazırlayan məşqçi bu barədə ətraflı danışdı: “Qələbəyə gedən yolda psixoloji hazırlıq çox mühümdür. İdmançı daxilən optimis olmalı, özünə inanmalıdır. Ola bilər ki, rəqibin səndən güclü olsun amma sən məhz inamın verdiyi güclə, enerji ilə ona qalib gələ bilərsən. Məğlubiyyət haqda ümumiyyətlə düşünmək düzgün deyil. Bu, məğlubiyyətin yarısıdır. Hər bir məşqçi kimi mən də çalışıram ki, yetirmələrimi ruhlandırım, həvəsləndirim. Bunun üçünsə müntəzəm olaraq onlarla profilaktik söhbətlər edirik.”-deyə məşqçi bildirdi.
Biz Rauf müəllimlə sağollaşıb boks zalını tərk edəndə məşq hələ davam edirdi.

Peşəkar idmançılar yetişdirən idman cəmiyyəti-DİN İC


Peşəkar idmançılar yetişdirən idman cəmiyyəti-DİN İC


Peşəkar idmançılar yetişdirən idman cəmiyyəti-DİN İC


Deyilənlərdən də belə məlum olur ki, DİN İC-də idmanın kütləviliyi böyükdür. Yeniyetmə və gənclər burada həvəslə məşq edirlər.
Müstəqillik illərindən etibarən DİN İC-də 4 Olimpiya çempionu, 5 mükafatçısı, onlarla dünya və Avropa çempionu yetişib. Ümidlə deyə bilərik ki, gələcəkdə bu siyahıya daxil olan adlar sırasında bu gün tanış olduğumuz yeniyetmə, gəncləri də görəcək və onların məşqçilərini təbrik edəcəyik.


Kənan Novruzov
Butov.az


Paylaş



Bölmə: İdman / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!