“Crocus City Hall”da törədilən terrora görə daha bir nəfər saxlanıldı .....                        Boksçularımız beynəlxalq turniri 21 medalla başa vurdular .....                        Erməni spiker Sahibə Qafarova ilə görüşündən danışdı .....                        Bişkekdə fövqəladə vəziyyət elan olundu .....                        Lavrov: “Ermənistan uydurma bəhanələrlə son üç ilin tarixini təhrif edir” .....                        AZƏRTAC-ın sabiq sədri təltif olundu .....                        Moskvada baş verən terror aktında “Ukrayna izi” aşkarlandı .....                        Mingəçevirdə yataqxana binasında yanğın baş verdi - FHN cəlb olundu - VİDEO .....                        Əlillərə məxsus maşınlara taksi fəaliyyəti göstərmək qadağan edildi .....                       
Tarix : 4-12-2018, 07:09
“Qızıl top” mükafatının sahibi məlum oldu
FIFA və “France Football” jurnalı 2018-ci ilin ən yaxşı futbolçusuna verilən “Qızıl top” mükafatının sahibinin adını açıqlayıb.
Butov.az Modern.az-a istinadən xəbər verir ki, “Qızıl top” mükafatına Xorvatiya millisinin və İspaniyanın "Real Madrid" klubunun futbolçusu Luka Modriç layiq görülüb. O, səsvermə nəticəsində "Atletiko Madrid" klubunun hücumçusu Antuan Qrizmanı, "Çelsi" komandasının forvardı Edən Hazardı və portuqaliyalı Kriştiano Ronaldonu ("Yuventus") qabaqlayıb.
Beləliklə, karyerasında ilk dəfə bu mükafatı qazanan L.Modriç 2008-ci ildən bəri davam edən Messi – Ronaldo hegemoniyasına da son qoyub.
L.Modriç 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının gümüş mükafatçısı və Çempionlar Liqasının son qalibidir.
Mərasimdə, həmçinin FIFA tərəfindən bu il ilk dəfə olaraq ən yaxşı gənc (20 yaşa qədər) və qadın futbolçuya da mükafatlar təqdim edilib. Ən gənc kişi futbolçusu nominasiyasında qalib Fransanın PSJ komandasının hücumçusu Kilyan Mbappe olub. Ən yaxşı qadın futbolçu adına isə Fransanın "Lion" klubunun hücumçusu Ada Heqerberq layiq görülüb.
Qeyd edək ki, "France Football” jurnalı 1956-cı ildən etibarən ilin ən yaxşı futbolçusunu təltif edir. Bu mükafatın ilk qalibi ingiltərəli Stenli Metyuz olub. Kriştiano Ronaldo və Lionel Messi mükafatı ən çox qazanan futbolçulardır. Onlar hərəyə beş dəfə “Qızıl top”a sahib olublar.
"Qızıl top" mükafatını ötən il K.Ronaldo qazanmışdı.


Paylaş



Bölmə: İdman / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!