Paşinyan: “Açığı, mənim bu suala cavabım yoxdur” .....                        Prezidentin Rusiyaya səfəri başa çatdı .....                        Sülhməramlılar Ermənistanın bu bölgələrinə yollanır .....                        Paşinyan Bakı və İrəvan arasında imzalanan sazişdən danışdı .....                        Ceyhun Bayramov Çexiyaya rəsmi səfərə getdi .....                        BAM XXI əsr üçün qlobal siyasəti müəyyən edir .....                        Prezidentlər BAM-ın veteranları və işçiləriylə görüşdülər - ViDEO .....                        Peskov süıhməramlılarla bağlı önəmli açıqlama verdi .....                        Gürcüstan Bakı və İrəvanın razılaşmasını alqışlayır .....                       
Tarix : 14-07-2017, 20:24
Samir Abasov: Biz öz strategiyamıza sadiqik

“Sumqayıt” FK Azərbaycan Premyer Liqasının 2017-2018-ci il mövsümünə hazırlığının ilk mərhələsini başa vurdu. Hazırlığın ikinci mərhələsini qardaş ölkə Türkiyədə keçirəcək “Sumqayıt” ayın 15-i artıq təlim məşq toplanışlarının Türkiyə mərhələsinə start verəcək. Səfər öncəsi “Sumqayıt”ın baş məşqçisi Samir Abasov ona ünvanlanan suallarımızı cavablandırdı.

Təlim-məşq toplanışı neçə gün davam edəcək və kimlərlə görüşlər planlaşdırılıb ?
-İnşallah ayın 15-i Türkiyəyə-Bolu vilayətinə yollanırıq. İki həftəlik təlim-məşq toplanışı proqramımız var. Ayın 15-dən 29-a kimi. 29-u vətənə qayıdacağıq. Bu ərəfədə dörd görüşümüz var. İkisi Türkiyənin Super Liqa komandasıdr. Bunlar “Sivasspor” və “Osmanlıspor” komandalarıdır. Digər komandalar Səudiyyə Ərəbistanı Super Liqa təmsilçiləri “Əl Taun” və “Əl Səyyad”dır. Bunlarla görüş ayın 17-i, 20-i, 23-ü və 28-i keçiriləcək. İnşallah qlobal bir problem olmasa elə bu proqramla da gedəcəyik.

Komandaya yeni transferlər nəzərdə tutulubmu ?
-Bundan sonra deyə bilərik ki, transfer olmayacaq. “Qarabağ” və “Qəbələ” kimi iddialı komandalar futbolçularını bizə icarəyə vermək istəsələr, futbolçunu bəyənsək və razılıq əldə edilsə o zaman bu yöndə düşünmək olar. İndiki məqam onu göstərir ki, transfer işlərimizi yekunlaşdırmışıq. İstədiyimiz oyunçuları götürmüşük.

Əvəzedici komandadan “gözaltı etdiyiniz” və Türkiyəyə təlim-məşq toplanışına aparacağınız futbolçu varmı ?
-Var. İki nəfəri aparırıq. Bunlar Ramil Orucov və Tural Bayramlıdır. Səbuhi Abdullazadəni də Türkiyəyə aparmaq planımızda idi ancaq o U 17 milli komandamızın düşərgəsində olduğu üçün onunla Türkiyə toplanışında birgə ola bilməyəcəyik. Ümumiyyətlə biz həmişə əvəzedicilərə baxırıq və onları nəzarətdə saxlayırıq. Bundan əvvəlki toplanışlara da əvəzedicilərdən futbolçu aparmışdıq. Hər şey onların özlərindən asılıdır. Özlərini nə qədər yaxşı göstərsələr o qədər tez də əsas komandanın futbolçusu olarlar.

Premyer liqanın debütantı “Səbail”in qarşısında da ancaq yerli və gənc futbolçularla oynamaq şərti qoyulmuşdu. Ancaq son həftələrdə gördük ki, onlar üçün bu qadağa götürüldü vəəcnəbi futbolçu ilə gücləndilər. “Sumqayıt” onlardan daha təcrübəli komanda olsa belə əcnəbi futbolçu transferi qadağası “Sumqayıt” üçün hələ də davam edir. Sizin buna münasibətiniz necədir ?
-Biz hələ ki, öz adət-ənənə və strategiyamıza sadiqik. Bizdə legioner söhbəti hələ ki yoxdur. Sözün açığı buna artıq o qədər də üzülmürük. Bu il şükürlər olsun ki, istədiyimiz və səviyyəli yerli oyunçuları götürmüşük. “Səbail”i də başa düşürəm ki, artıq yerli oyunçu götürmək problemi var. Çünki yerli oyunçu baxımından bir az qıtlıq var. Onlar da bu baxımdan əziyyət çəkirlər. Yəqin ki, bunun üçün bu yola əl atdılar. Bu klubun öz problemidi özləri buna cavab verə bilər. Bizim tutduğumuz yol, seçdiyimiz strategiya budur ki, ancaq yerlilərlə oynayaq və milliyə futbolçu hazırlayaq. Və bu yolla da gedirik. Bu il də çox güman ki belə olacaq.
Qitə miqyaslı yarışlarda-Avropa və Çempionlar liqasındakı təmsilçilərimizdən gözləntiləriniz necədir ?
-Avropa Liqasının ilk turunu “Zirə” də “İnter” də uğurla adladı. Bu bizi çox sevindirdi. Özü də “İnter”in Serbiya “Mladost”u üzərindəki qələbəsi bizi lap çox sevindirdi. “Qarabağ”ın da mərhələnin taleyini həll etdiyini deyə bilərik. Gürcü futbolu bizim futboldan heç də geri qalmasa da “Qarabağ” möhtəşəm qələbə ilə öz gücünü göstərdi. Bu gün “İnter” sabah isə “Qəbələ” və “Zirə” komandaları Avropa Liqaının II təsnifat mərhələsinin ilk oyunlarına çıxırlar (müsahibə dünən alınıb). Biz hamımız bir olub komandalarımıza qitə miqyaslı yarışlarda dəstək olmalıyıq. Çünki onlar Azərbaycanımızı təmsil edirlər. Biz də sumqayıtlı olaraq komandalarımıza dəstəyik. Onlara uğurlar arzu edirəm.

Hazırladı: Səbuhi Allahverdizadə


Paylaş



Bölmə: İdman / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!