İran Teleradio Təşkilatı Azərbaycan ərazisini “Mahabad Əyaləti” adlandırıb .....                        Regionlarımız - Yeniləşən, müasirləşən Abşeron .....                        Silahlı Qüvvələrdə “NATO günləri” keçirilib .....                        Atəşkəs rejimi 134 dəfə pozulub .....                        “İrəli” regional turnirlərə davam edir .....                        XİN rəhbəri: “Qarabağ”ın əziyyətinə heyfim gəldi .....                        Tanınmış jurnalist Natiq Qədimov vəfat edib .....                        Xeyirxahlığından həzz alan insan .....                        Deputat şəhid ailələri ilə bağlı təklif verdi .....                       
Tarix : 17-10-2017, 13:07
Dünyanın ilk milli elektron valyutası Azərbaycanda yaradılır - AzKoin


Butov.az xəbər verir ki, artıq dünya yeni mərhələyə qədəm qoyub. Rəqəmsal texnologiyalar getdikcə bütün sahələri öz əhatəsinə alır. Bu gedişatın bir çox özəllikləri və bizim üçün sözün həqiqi mənasında fantastik görünə biləcək tərəfləri var. Məsələn, elektron pul - kriptovalyuta. Artıq dünyanın aparıcı dövlətləri yeni rəqəmsal ödəniş vasitələrinin işlənilməsi və təcrübəyə yönəldilməsi prosesinə start verib. Dünya hələlik elektron pul kimi əsasən Bitcoin-i(Bitkoin) tanıyır və bu kriptovalyuta getdikcə daha da populyarlaşır. Əslində isə elektron pul bazarında hazırda bir neçə koin nümunəsinə rast gəlmək mümkündür.

İnkişaf etmiş və inkişafa meyilli olan ölkələr artıq öz milli koinlərinin istehsalına başlanılması mərhələsinə qədəm qoyublar. Yaponiya kimi güclü iqtisadi dayaqlara malik dövlət bütünlüklə kriptovalyutaya keçid etmək əzmindədir və artıq bu proses demək olar yekun mərhələyə yönəlib. Avropa ölklərinin bəzisində koin banklar və marketlər fəaliyyətə başlayıb.

Bu günlərdə Rusiyanın rabitə və kütləvi kommunikasiyalar naziri Nikoyay Nikiforov da kriptovalyuta istehsalına başlayacaqları barədə rəsmi açıqlama verdi. Bu təşəbbüsün Rusiya prezidenti Vladimir Putindən gəldiyini deyən nazir ktiptorubl istehsalına qısa müddət ərzində başlayacaqlarını və bu prosesin az bir vaxt aparacığını da əlavə edib.

Qeyd edək ki, Azərbaycanda da milli kriptovalyutanın ərsəyə gətirilməsinin zəruriliyi barədə fikirlərə rast gəlinir. Bu prosesinin özəllikləri, Azərbaycan reallığında tətbiqi, mümkün standartlar və digər detallar barədə isə ilk dəfə Azərbaycan Beynəlxalq Bankının Gəncə filialının müdiri Sabit Fətizadə danışmışdı. O, bu ilin may ayının 10-da mətbuata verdiyi müsahibədə bank mütəxəssisi olaraq dünyada gedən prosesləri, kriptovalyutanın üstün tərəflərini və dünya ölkələrinin rəqəmsal valyutaya göstərdiyi marağı təhlil edərək qeyd etmişdi ki, Azərbaycan bu prosesdən kənarda qalmamalı və hətta dünya ölkələri arasında özünün milli koinini yaratmış ilk ölkə kimi tarixə düşməlidir.

Açığı Rusiyanın milli rəqəmsal valyuta istehsalına başlayacağı barədə açıqlama ilə tanış olarkən, Azərbaycanın daha bir ilkə imza atmaq imkanını itirdiyini düşündük. Lakin sırf təsədüf nəticəsində məlum edə bildik ki, Azərbaycanda mili koinin yaradılması işi Rusiyadan əvvəl başlayıb və artıq bu kroptovalyutaya ad da verilib. Araşdırmalarımız nəticəsində məlum olub ki, bu il sentyabrın 30-dan etibarən Azərbaycanın internet məkanına AzKoin.az adlı sayt daxil olub. Saytın giriş hissəsində açıq və aydın şəkildə yazılıb: "Azərbaycanda ilk kriptovalyuta - AzKoin". Saytın yaradıcıları əsas məqsəd kimi aşağıdakı qeydləri yerləşdiriblər:

"Qloballaşan dünyada insanların rifahının yaxşılaşdırılması, yeni zamana sərhədsiz və məhdudiyyətsiz daxil olmaq, məişət sahəsində həyata keçirilən əməliyyatların sürətləndirilməsi, lokal və qlobal səviyyədə elektron, simsiz və optik şəbəkələrlə hiper mübadilələr etmək".

AzKoin adlı milli kriptovalyutanın yaradılması prosesinə start verildiyini deməyə əsas verən qeydlər isə bunlardı: "Digər kriptovalyutalardan fərqli olaraq, AzCoin(AzKoin) Azərbaycan dövlətçiliyinə, onun inkişafına xidmət etmək və xalqımızın qloballaşan rəqəmsal dünyaya inteqrasiyasını təmin etmək üçün yaradılır".

Azcoin.az hələlik tam fəaliyyətə başlamayıb.

Pilot layihə kimi təqdim olunan AzKoinin yaradıcıları saytda azalmağa doğru hərəkət edən sayğac yerləşdirərək qeyd ediblər ki, sayt yaxın günlərdə onlayn rejimdə fəaliyyətə başlayacaq.

Göründüyü kimi, Azərbaycan milli kriptovalyutanın yaradılması işində də dünya ölkələri arasında ilk nümunə yaratdı. Bu vaxta qədər elektron valyuta bazarında müxtəlif adda koinlərə rast gəlinsə də ölkə adı ilə kriptovalyuta nümunəsi hələ olmamışdı. Rusiya bu prosesə təkan verdiyi oktyabrın 14-də elan etsə də Azərbaycanda milli elektron valyutanın ərsəyə gətirilməsi işi sentyabrın 30-da başlanğıc götürüb.


Paylaş



Bölmə: İqtisadiyyat, Karusel, Slayd, Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Azərbaycan tarixi
Hərbi
İdman
Musiqi
Dünya hadisələri
Əyləncə
Kriminal
Mədəniyyət

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Hər ötən il növbəti il üçün xatirəyə çevrilir; bəzən xatırlanır, bəzən də yenidən yaşanılır. Ancaq elə illər var ki, onları yenidən yaşamaq mümkün olmur. Bu illərə Türkiyənin unudulmaz 90 - cı illərini aid etmək olar. Axı həmin illəri yaddaqalan edən nəydi?
Butov.az Türkiyə mətbuatına istinadən həmin unudulmazlığı təqdim edir:
Türkiyənin unudulmaz 90 - cı illəri...
Video
https://www.youtube.com/watch?v=gd75lEyQX58

Şəhidlərə mahnı həsr olunub.

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!