UEFA AVRO-2024-lə bağlı qərar qəbul etdi .....                        Biz tam eyni tədbirləri görürük və qırmızı xətləri keçmirik - Prezident .....                        Prezident Azərbaycanın uğurlarının səbəbini açıqladı .....                        Ceyhun Bayramov Çexiyadakı çıxışı zamanı geri qaytarılmış kəndlərdən danışdı .....                        Azərbaycan çempionatının qalibi müəyyənləşdi .....                        İtkin düşən qadının meyiti tapıldı .....                        İlham Əliyev quru sərhədləriylə bağlı önəmli açıqlama verdi .....                        Qonşularla əla münasibətlər qura bilmişik - İlham Əliyev .....                        Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək .....                       
Tarix : 15-11-2018, 08:42
Dövlət büdcəsi birinci oxunuşda qəbul olundu
Milli Məclisdə (MM) büdcə müzakirələri dünən də davam etdirilib.

İlk çıxışı edən deputat Rəşad Mahmudov bildirib ki, səhiyyə sahəsinə ayrılan büdcə 1 milyardlıq psixoloji baryeri keçib ki, bu da 27 illik müstəqillik ən yüksək göstəricidir: "İlk dəfədir ki, bu, büdcədə sosial xərclər arasında çəkisi 4,2 faiz təşkil edəcək. Bu da səhiyyəmizin inkişafına real töhfəsini verəcək". Deputat vurğulayıb ki, həmçinin, Səhiyyə Nazirliyində maliyyə siyasətinin effektiv qurulması üçün bir sıra qurumlar arasında əlaqə çox vacibdir: "Dünyanın inkişaf etmiş ölkələrində səhiyyəyə ayrılan büdcə təhsilə ayrılan büdcədən ən azı 20-25 faiz çox olur. Bu çəkinin daha yüksək olmasının səbəbi əhaliyə göstərilən tibbi xidmətin əsas elementləri ilə əlaqədardır. Dünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, əhaliyə göstərilən tibbi xidmətin əsas meyarı tibbi heyət, tibbi müəssisələri, tibbi texnologiya, maliyyələşmə və texnologiyadır".

Jalə Əliyeva: "Zorakılığa məruz qalmış qadınlarla bağlı sığınacaqlar tikilsin"

Deputat, professor Jalə Əliyeva da çıxışında ailə-məişət zorakılığına məruz qalmış və evlərindən didərgin salınmış qadınlarla bağlı problemə toxunub və onlarla əlaqədar dövlət səviyyəsində sığınacaqların təşkil olunmasını təklif edib. Millət vəkili qeyd edib ki, bu məsələ çox ciddidir və hər kəsi narahat edir: "Bununla bağlı sığınacaqların açılması problemin həllinə qismən də olsa köməklik göstərər".

Sona Əliyeva yerlərdə su çatışmazlığının yaşanmasından danışdı...

Digər deputat Sona Əliyeva çıxışında xüsusilə kəndlərdə ciddi problemlərin olduğunu və ilk növbədə isə su çatışmazlığının yaşandığını vurğulayıb. O, eyni zamanda, təmsil olunduğu dairədə orta məktəb tikintisinə ciddi ehtiyac olduğunu vurğulayıb: "Elə kənd məktəbi var ki, 2 ballıq zəlzələyə belə davam gətirə bilməz. Modul məktəblər tikilir. Ona görə belə məktəblərin o kəndlərdə də tikilməsinə ehtiyac var. Elə məktəblər də var ki, orada sıxlıq yaşanır. Məsələn, Şiştəpə kənd orta məktəbi bu sıraya daxildir. Odur ki, əlavə məktəb binasının tikilməsi yaxşı olardı".

Rafael Hüseynov: "Mədəniyyət sahəsinin büdcədəki yeri artmalıdır"

"Azərbaycan cəmiyyətində asayişi təkcə Daxili İşlər Nazirliyi bərqərar etmir. Əgər biz insanların asudə yaşamasını istəyiriksə, mədəniyyətli olmalıyıq". Bunu isə MM-in Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov deyib. Komitə sədri qeyd edib ki, mədəniyyətin içi bilik, zəka ilə doludur: "Mədəniyyətə diqqət artmalı və büdcədəki yeri artmalıdır. Ən azı büdcənin 2 faizini təşkil etməlidir. Kinoya vəsait artırılmalıdır. 1,5 milyonla kinonu irəli aparmaq mümkün deyil. Kino yalnız insanları nəyisə göstərmək deyil. Bizdə dublyaj sənəti var. Dublyaj sənədi dilimizə böyük töhfələr verə bilər".

Fazil Mustafa Bakıdakı nəqliyyat problemindən danışdı

"Uşaqlarla, uşaq pulları ilə bağlı məsələ artıq həllini tapmalıdır. Başqa yerdə bu var və yoxdur, bunun bizim üçün elə bir əhəmiyyəti qalmır. Biz bu məsələni özümüz həll etməliyik. Həll etməliyik ki, uşaq xəstə olmasın, şikəst olmasın, əlil olmasın". Bunu öz növbəsində çıxışı zamanı deputat Fazil Mustafa deyib. Millət vəkilinin sözlərinə görə, burada ünvanlılıq olmalıdır: "Hökumət hətta, naturallılıq yolu ilə də bunu edə bilər, yəni qida, ərzaq şəklində də kömək etmək olar. 63 faizi əhalinin rəsmi gəliri yoxdur, həm atanın, həm də ananın. Ona görə də hökumət bu məsələni həll etməlidir". F. Mustafa həmçinin, Bakıda nəqliyyat probleminə də toxunub. O bildirib ki, burada ciddi problem yaşanır: "Bu problemi aradan qaldırmaq üçün metro çəkilməlidir. Bu gün milyonlarla adam metrodakı havasızlıqdan əziyyət çəkir. Gərək 1 milyon havasızlıqdan boğulsun ki, bu sahəyə vəsait ayrılıb metro tikintisi sürətləndirilsin? Amma bu sahəyə uzun zamandır ki, ciddi vəsait ayrılmır".

Bəxtiyar Əliyev: "Azərbaycan elmə və təhsilə də investisiya qoymağa başlamalıdır"

MM-in Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev qeyd edib ki, 2019-cu ilin dövlət büdcəsi və icmal büdcəsi mövcud qanunvericiliyin bütün tələblərinə cavab verir. B.Əliyev bildirib ki, Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir və bu, ictimai həyatın bütün sahələrində hiss olunur: "Büdcəmizin sosial, eyni zamanda, investisiya yönümlü olması ölkənin iqtisadi potensialını daha da artırır, bir tərəfdən işçi qüvvəsinin, digər tərəfdən isə istehsal sahələrinin genişlənməsinə, irimiqyaslı milli layihələrin gerçəkləşdirilməsinə imkan yaradır. İnanıram ki, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi çox uğurlu siyasət nəticəsində növbəti illərdə də büdcəmiz artacaq və əhalinin sosial rifahı yaxşılaşacaq". Deputat qeyd edib ki, Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu çox sürətlə gedir, vətəndaş cəmiyyəti oturuşub: "Amma yenə də Azərbaycana qarşı müəyyən təhdidlər var. Hesab edirəm ki, bu gün vətəndaş cəmiyyətinin inkişafında Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəaliyyəti təqdirəlayiqdir və bu istiqamətdə QHT-lərin fəaliyyəti öz müsbət nəticələrini verib. Hesab edirəm ki, büdcədə gələcəkdə QHT-lərin maliyyələşməsi, maarifləndirmə işlərinin gücləndirilməsi, eyni zamanda, beynəlxalq tədbirlərin keçirilməsi və xarici ölkələrdəki QHT-lərlə əməkdaşlıq çərçivəsində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində ardıcıl fəaliyyəti davam etdirmək üçün maliyyə vəsaitinin ayrılmasına böyük ehtiyac var".

B.Əliyev həmçinin bildirib ki, istənilən bir ölkənin gücü, potensialı onun elmi və təhsili ilə ölçülür: "Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında çox böyük islahatlar gedir. Bu islahatların davamlı olması üçün təbii ki, ilkin mərhələdə böyük maliyyə dəstəyinə ehtiyac var. Hesab edirəm ki, Azərbaycan elmə və təhsilə də investisiya qoymağa başlamalıdır. Bu baxımdan da növbəti ilin büdcəsində investisiya istiqamətində Azərbaycan elminin inkişafı üçün konkret danışıqların aparılması və AMEA-ya investisiya istiqamətində ən azı ilkin mərhələdə 50 milyon manat vəsait ayrılması Azərbaycan elminin inkişafına, iqtisadiyyatın güclənməsinə böyük töhfə verəcək".

Büdcə birinci oxunuşdan keçdi...

Deputatların bir qisminin - təximinən 30-a yaxın deputatın çıxışından sonra 2019-cu ilin dövlət büdcəsi parlamentin plenar iclasında birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Deputatlardan 105-i lehinə, ikisi isə əleyhinə səs verib.

Onu da qeyd edək ki, ikinci oxunuşda müzakirələr noyabrın 23-də davam etdiriləcək.


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!