“Hərə bir əsgər, hər ev bir səngər” .....                        Gənc Tamaşaçılar Teatrı növbəti beynəlxalq festivala hazırlaşır .....                        “Müasir dövrdə Üzeyir Hacıbəylinin səhnə əsərlərinin geniş coğrafiyası” mövzusunda elmi konfrans keçirilib .....                        Təhsil naziri Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti seçilib .....                        Təhsil naziri Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti seçilib .....                        Burcəli Yağuboğlunu siz də tanıyın .....                        Müdafiə Nazirliyi MAXE yığır - ELAN .....                        Təbrizdə Beynəlxalq Ustad Şəhriyar Qurultayı keçiriləcək .....                        İşıqlı bu gün üçün jurnalistlər qayğı göstərir .....                       
Tarix : 14-08-2017, 13:36
Ağırtonnajlı avtomobillər üçün qoyulan tərəzilərin iş prinsipi


Yollarda ağırtonnajlı nəqliyyat vasitələrinin hərəkətinə icazə verilsə də, müəyyən tələbləri pozma halları da müşahidə olunur. Belə ki, Tərəzi Nəzarət Məntəqələri fəaliyyət göstərdiyi halda, onların işlək vəziyyətdə olmadığı söylənilir.

İddialara görə, bəzi ağırtonnajlı nəqliyyat vasitələrinə yükləri ilə birgə müəyyən məbləğ qarşılığında hərəkət etmələri üçün icazə verilir.

O zaman Tərəzi Nəzarət Məntəqələri necə fəaliyyət göstərir? Yollarda ağırçəkili nəqliyyat vasitələrinə nəzarət necə həyata keçirilir?

“Azəravtoyol” ASC-nin mətbuat katibi Anar Nəcəfli Modern.az-a açıqlamasında deyib ki, Tərəzi Nəzarət Məntəqələri haqqında deyilənlərin əsası yoxdur.

“İstər Bakı - Ələt - Qazax, istərsə də Bakı - Quba - Rusiya sərhəddində avtomobil yolu istiqamətlərində Tərəzi Nəzarət Məntəqələri fəaliyyət göstərir. Həmin məntəqələrdə normadan artıq yüklənmiş yük maşınları yoxlanılır. Əgər yükləri normadan artıqdırsa, elə oradaca boşaldılır.

Bu da yalnız yol-polisləri tərəfindən həyata keçirilir. “Azəravtoyol” ASC-nin əməkdaşlarının yük maşınlarını saxlamağa ixtiyarı yoxdur. Əgər hər hansı şübhə varsa, dərhal bizim Tərəzi Nəzarət Məntəqələrinə yönəldilir. Yük varsa, yerindəcə boşaldılır və yol polisi tərəfindən də qanuna müvafiq olaraq cəriməsi yazılır. Ondan sonra yük maşının yenidən hərəkətinə icazə verilir”.

Qurum rəsmisi deyir ki, Tərəzi Nəzarət Məntəqələrinin fəaliyyətinə şübhə edənlər proseslə iş başında tanış ola bilərlər.

“Əgər hər hansı bir sürücü bu işə şübhə ilə yanaşırsa və tərəzilərin düzgün işləmədiyini düşünürsə proseslə yerindəcə tanış ola bilər.

Yol polisi tərəfindən saxlanılan hər hansı bir sürücü tərəzinin düzgün işləmədiyini deyə bilməz. Hər bir adam tərəzini yerində gedib yoxlaya bilər və necə işlədiyini görə bilər.

Əgər hər hansı bir sürücünün narazılığı varsa, müraciət etsin və məsələ araşdırılsın. Yenə təkrar edirəm ki, yük maşınları bizim tərəfimizdən saxlanılmır. Yol polisləri tərəfindən saxlanılır və bizim Tərəzi Nəzarət Məntəqələrinə yönəldilir və orada yoxlanılır. Əgər yük çoxdursa boşaldılır və cərimə yazılır”.






Bölmə: İqtisadiyyat, Karusel, Slayd, Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Azərbaycan tarixi
Hərbi
İdman
Musiqi
Dünya hadisələri
Əyləncə
Kriminal
Mədəniyyət

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Hər ötən il növbəti il üçün xatirəyə çevrilir; bəzən xatırlanır, bəzən də yenidən yaşanılır. Ancaq elə illər var ki, onları yenidən yaşamaq mümkün olmur. Bu illərə Türkiyənin unudulmaz 90 - cı illərini aid etmək olar. Axı həmin illəri yaddaqalan edən nəydi?
Butov.az Türkiyə mətbuatına istinadən həmin unudulmazlığı təqdim edir:
Türkiyənin unudulmaz 90 - cı illəri...
Video
https://www.youtube.com/watch?v=gd75lEyQX58

Şəhidlərə mahnı həsr olunub.

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!