“Qarabağ” “Neftçi”ni darmadağın etdi - Finala yüksəldi .....                        Qazi anasına görə intihar etdi .....                        İraq Prezidenti COP29-a dəvət edildi .....                        Aytmatovun abidəsi dostluğumuzun rəmzinə çevriləcək .....                        Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi .....                        Qırğızıstan Prezidenti Bakını seyr etdi - FOTO .....                        Japarovun şərəfinə ziyafət verilir .....                        Qırğızıstan Prezidenti Fəxri Xiyabanda - FOTO .....                        Nəsib Quliyevin intihar səbəbləri - Hüquqşünas-kriminalist danışdı .....                       
Tarix : 25-09-2017, 14:08
 Yevlaxda güllələnmə...


Yevlax rayonunda xəstəxanaya düşən şəxsin narkotik oğurlayarkən güllələndiyi məlum olub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, sentyabrın 23-də saat 6 radələrində Yevlax rayonunun Havarlı kənd sakini Bəkir Bəkirovun güllə yarası (qırma) ilə Mingəçevir şəhər Xəstəxanasına gətirilməsi barədə Yevlax Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Dərhal Yevlax RPŞ-nin əməliyyat qrupu xəstəxanaya yollanıb.
Lakin B.Bəkirov polis əməkdaşlarına hadisənin hansı zəmində və kim tərəfindən törədilməsi barədə nədənsə həqiqətə uyğun olmayan məlumatlar verib, tanımadığı şəxslər tərəfindən vurulduğunu bildirib.

Həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri ilə B.Bəkirovun rayon ərazisindəki təsərrüfatların birindən oğurluq etməyə cəhd göstərən zaman odlu silahdan açılan atəş nəticəsində yaralandığı məlum olub.

Müəyyən edilib ki, B.Bəkirovun Hacıselli kəndinin ərazisində Abbas İsmayılova və qardaşı Röyala məxsus pay torpaq sahəsində tərəvəz məhsullarının yetişdirildiyi yerdə kultivasiya yolu ilə narkotik tərkibli bitkilər əkib-becərdikləri barədə məlumatı olub. Həmin gün saat 2 radələrində həmkəndliləri, əvvəllər məhkum olunmuş Savalan Qasımov və Əhməd Mahmudzadə ilə birgə həmin təsərrüfatdan 20 ədəd çətənə kolunu oğurlayıb aparmaq istəyərkən Abbas İsmayılov ov tüfəngindən atəş açaraq Bəkir Bəkirovu yaralayıb.

İstintaq-əməliyyat qrupu tərəfindən hadisə yerinə baxış keçirilib, oradan B.Bəkirova məxsus “İJ” markalı tüfəng aşkar edilərək götürülüb.
Təxirəsalınmaz tədbirlərlə S.Qasımov, Ə.Mahmudzadə, A.İsmayılov və Röyalın yerləri müəyyən edilib, onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib.
A.İsmayılovdan “TOZ-16” markalı tüfəng götürülüb.

Faktla əlaqədar cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri aparılır.


Paylaş



Bölmə: Kriminal / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!