Mingəçevirdə yataqxana binasında yanğın baş verdi - FHN cəlb olundu - VİDEO .....                        Əlillərə məxsus maşınlara taksi fəaliyyəti göstərmək qadağan edildi .....                        Tofiq Yaqublunun oğlu veteran vəsiqəsi aldı - FOTO .....                        Sabiq nazirin oğlu dindirildi .....                        Dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqləndi .....                        İcra başçısının qardaşı oğluna hökm oxundu .....                        Avtobusların rənglərinə dair tələb müəyyənləşdi .....                        Latviyanın XİN başçısı istefa verəcəyini açıqladı .....                        Paytaxtda ucuz avtomobillər bu tarixdə satışa çıxarılacaq .....                       
Tarix : 25-10-2017, 14:49
 Ermənistan 5 rayonu “sata” bilər – rus analitikin ANALİZİ


“Azərbaycanla Ermənistanın mövqeləri bir-birilə uzlaşmır. Bu yaxınlarda Cenevrədə Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən görüş də bunu təsdiq etdi. Bu görüş heç olmasa mövqelərin bir-birinə yaxınlaşmasını göstərməli idi, Qarabağ münaqişəsinin nizama salınmasına hansısa bir cəhd olmalı idi”.

Modern.az saytının məlumatına görə, bunu haqqın.az portalına müsahibəsində rusiyalı jurnalist və analitik Vadim Dubnov deyib.

Politoloq bildirib ki, hər iki ölkənin siyasi elitaların mövqeyinə baxdıqda Qarabağ münaqişəsinin nizama salınması prosesində qarşılıqlı məqbul variantların gözdən keçirilmədiyini görmək olar.

“Sual oluna bilər ki, bəs sülh mümkündürmü? Bəli, o mümkündür. Təbii ki, əgər detalların texniki müzakirəsinə yaxınlaşma olarsa. İndi müəyyən dərəcədə vəziyyət sabitləşib. Amma texniki yanaşmalarda böyük çətinliklər var”-Vadim Dubnov belə hesab edir.

Onun sözlərinə görə, siyasi iradə olduğu halda Laçın koridoru ilə bağlı məsələni həll etmək olar.

Analitik Ermənistanın işğal etdiyi bir neçə rayonun Azərbaycana qaytaracağı haqdakı iddialara da münasibətini açıqlayıb.

“Birincisi kommunikasiyaların açılması Ermənistan üçün kifayət deyil. İkincisi, Yerevan bu plana etibar etmir. Üçüncüsü isə Ermənistan hərbi-topoqrafik fikirlərdən, Qarabağın ətrafında “təhlükəsizlik kəməri”ni itirməkdən qorxur”.

Vadim Dubnov Ermənistanın gələcəkdə işğal etdiyi torpaqları Azərbaycana “sata” biləcəyini də söyləyib.

“Başqa amillər də var. Məsələn, Ermənistan bu 5 rayonu gələcəkdə baha qiymətə “sata” bilər. Ermənistan tərəfi buna hazırdır. Ermənistan cəmiyyətində və siyasətində parçalanma təhlükəsi var. Bunları nəzərə almaq lazımdır, lakı Ermnənistan cəmiyyəti hansısa rayonun Azərbaycana qaytarılmasını istəmir”.

Ekspert 2018-ci ildə Ermənistanda siyasi təlatümlərin artacağını və bunun partlayışa səbəb olacağını da bildirib. Bu isə Serj Sarkisyanın prezident postundan gedəndən sonra onun baş nazir olmaq istəyi ilə bağlıdır.

Vadim Dubnov bu fonda cəbhədə vəziyyətin gərginləşəcəyi ehtimalının yüksək olduğunu da bildirib.

“Cəbhədə vəziyyətin yenidən kəskinləşməsi mümkündür. Bakı status-kvo ilə razı deyil və bunu dünyaya da çatdırır. Bakı deyir ki, hazırkı vəziyyət onu qane etmir. Lakin cəbhədə insidentlər başlasa, bu 3, 5, 7 gün davam edə bilməz. Çünki münaqişə tərəfləri bu yüklənməyə dözə bilməz”.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!