Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        “Qarabağ” “Neftçi”ni darmadağın etdi - Finala yüksəldi .....                        Qazi anasına görə intihar etdi .....                        İraq Prezidenti COP29-a dəvət edildi .....                        Aytmatovun abidəsi dostluğumuzun rəmzinə çevriləcək .....                        Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi .....                        Qırğızıstan Prezidenti Bakını seyr etdi - FOTO .....                        Japarovun şərəfinə ziyafət verilir .....                       
Tarix : 6-12-2018, 13:04
Fransa polisi hökumət əleyhinə etirazlara qoşuldu

Fransanın polis işçilərinin həmkarlar ittifaqı “Vigi” Daxili İşlər Nazirliyinin təşkilata üzv olan bütün əməkdaşlarını müddətsiz tətil elan etməyə və 8 dekabrdan etibarən “sarı gödəkçələr” hərəkatının başlatdığı etiraz aksiyalarına qoşulmağa çağırıb.
Butov.az Azvision.az-a istinadən xəbər verir ki, bu barədə “Vigi”nin rəsmi “Facebook” səhifəsində yerləşdirilən bəyanatda deyilir.
““Sarı gödəkçələr” hərəkatının irəli sürdüyü tələblər bizim hamımıza aiddir. Qanuni şəkildə təşkilatlanmaq və onlarla həmrəyliyimizi ifadə etməyin vaxtı gəlib çatıb. Əlavə iş saatımıza görə 1 dekabrdan premiyamızı artırsa da, hökumət bizə muzdlu kimi yanaşır və verilən pul hökumətin qəbul etdiyi qərarları (yanacağın qiymətinin artırılması və vergilərin artırılmasilə bağlı qərralar) kompensasiya etmir” – deyə məlumatda bildirilib.
Bəyanatda vurğulanıb ki, Fransanın Milli Polis Xidməti heç bir əlavə kömək almadan çox böyük çətinliklərlə fəaliyyə göstərir.
Qeyd edək ki, 17 noyabrdan etibarən bütün Fransa ərazisində yüz minlərlə taksi sürücüsü benzinin bahalaşmasına və sosial xərclərin artmasına qarşı çıxaraq “sarı gödəkçələr” adlı etiraz aksiyası keçiriblər. Tələbələr və digər peşə sahiblərinin nümayəndələri də onlara qoşulublar. Aksiyalarda prezident Emmanuel Makronun istefası tələb olunub. Nəticədə hökumət geri addım ataraq yanacağın vergisinin artırılmasının 6 ay müddətinə təxirə salındığını elan edib. Lakin ötən gün Makron özü bəyan edib ki, “Fransada yanacaq vergisinin artırılması ilə bağlı qərarın tətbiqi nə dondurulmur, nə də ki, başqa vaxta keçirilmir. Yanacaq vergisinin artırılması qərarı ləğv edilir.”
Buna baxmayaraq, əhalinin müxtəlif təbəqələrinin hökumətə qarşı etirazları səngimir və onlar bu şənbə yenidən kütləvi aksiya keçirməyi planlaşdırırlar.


Paylaş



Bölmə: Siyasət / Dünya / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!