Paşinyan: “Açığı, mənim bu suala cavabım yoxdur” .....                        Prezidentin Rusiyaya səfəri başa çatdı .....                        Sülhməramlılar Ermənistanın bu bölgələrinə yollanır .....                        Paşinyan Bakı və İrəvan arasında imzalanan sazişdən danışdı .....                        Ceyhun Bayramov Çexiyaya rəsmi səfərə getdi .....                        BAM XXI əsr üçün qlobal siyasəti müəyyən edir .....                        Prezidentlər BAM-ın veteranları və işçiləriylə görüşdülər - ViDEO .....                        Peskov süıhməramlılarla bağlı önəmli açıqlama verdi .....                        Gürcüstan Bakı və İrəvanın razılaşmasını alqışlayır .....                       
Tarix : 10-01-2019, 10:55
ABŞ-ın dövlət katibi: "Türkiyəni dəstəkləyirik"

“Türkiyənin terrorçulara qarşı mübarizəsini anlayır və dəstəkləyirik”.
Butov.az “Report”-a istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Maykl Pompeo jurnalistin Prezident Rəcəb Tayyib Ərdoğanın terrorçu PKK/YPG-PYD qruplaşmasının Türkiyə üçün bir təhlükə mənbəyi olaraq tanınması fikri ilə bağlı sualına cavabında deyib.
“ABŞ Prezidenti Donald Trampın Suriyadan hərbçilərimizi çıxarmaq məsələsində heç bir dəyişiklik yoxdur. Həm İŞİD-ə qarşı mübarizə aparacağıq, həm də Suriyada uyğun bir halda çıxacağıq”, - deyə M.Pompeo bildirib.
O, jurnalistin “Türkiyə və “kürdlərlə” (terrorçu PKK/YPG-PYD qruplaşmasını nəzərdə tutur -red.) əlaqələri necə quracaqsınız” sualına cavabında bildirib: “Hər iki tərəflə görüşmüşük. Hərbçilərimizin təhlükəsiz çıxması ilə bağlı görüşlər keçiririk. Çıxmazdan əvvəl Suriyanın İŞİD-ə aid bütün ünsürlərdən təmizləndiyinə tam əmin olmaq istəyirik. Ərdoğan terrorçuların (PKK/YPG-PYD-ni nəzərdə tutur - red.) onların həyatı üçün bir təhdid mənbəyi olduğunu bildirib. Biz də terrorçuların Türkiyəni təhdid etdiyinin fərqindəyik və bu məsələdə Türkiyəni dəstəkləyirik. İfratçılar və terrorçular harada olur-olsun, onlara qarşı mübarizə aparan qüvvələri dəstəkləməyə hazırıq. Buna Türkiyə kimi başqa ölkələr də daxildir".
Xatırladaq ki, yanvarın 9-da Maykl Pompeo İraqa elan olunmamış səfər edib.
Qeyd edək ki, ötən il Donald Trampla Rəcəb Tayyib Ərdoğan arasında olan telefon danışığından sonra ABŞ Prezidenti ölkə hərbçilərinin Suriyadan çıxması barədə sənədi imzalayıb.
Yanvarın 9-da isə ABŞ Prezidentinin milli məsələlər üzrə müşaviri Con Bolton Türkiyədə səfərdə olub.


Paylaş



Bölmə: Siyasət / Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!