Şeyx Zahid Gilaninin 800 illik yubileyi ilə bağlı Beynəlxalq simpozium keçirilib. .....                        Avropa həmrəylik korpusunun şərq tərəfdaşlığı ölkələri üçün açılış tədbiri keçiriləcək .....                        Prezident idman xadimlərini təltif etdi - Siyahı .....                        BDU-nun professoru vəfat etdi .....                        Dövlət başçısı: “Azərbaycan iqtisadi sahədə bütün vəzifələri uğurla icra edir” .....                        Gənc Tamaşaçılar Teatrının əməkdaşları təltif olunub .....                        Türkiyədə qatar qəzası nəticəsində həlak olanların sayı 7 nəfərə çatıb .....                        Prezident ilin idman yekunlarına həsr olunan mərasimdə .....                        Mədəniyyət naziri Ceyhun Hacıbəylinin ailə üzvləri ilə görüşüb .....                       
Tarix : 12-11-2018, 12:49
Küçədə tum çırtladı, 51 manat cərimələndi
Bakıda parkda tum çırtlayıb qabığını yerə atan şəxs cərimələnib.
Butov.az xəbər verir ki, “Qafqazinfo”ya müraciət edən vətəndaş Ülvi Quliyev bildirib ki, noyabrın 10-da saat 23 radələrində Səməd Vurğun bağının yaxınlığında dayancaqda marşrut avtobusu gözləyərkən Post Patrul Xidməti əməkdaşları ona yaxınlaşıblar: “Mən orda dayanıb 125 nömrəli avtobusu gözləyirdim, “semiçka” çırtlayıb yerə tökürdüm. Yer zibillik idi, siqaret kötükləri ilə dolu idi. Daha sonra bir mülki şəxs həmin yerə gəldi. Məni 22-ci Polis Bölməsinə apardılar. Orada dedilər ki, cəriməni yerində nağd ödə, mən buna etiraz etdim. Protokol tərtib edərək məni İnzibati Xətalar Məcəlləsinin 266-cı maddəsi üzrə 51 manat cərimə etdilər. Qanunda “semiçka” çırtlamağa görə cərimə var?”
Vəkil Vasif İsrafilov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu əmələ görə cərimə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulub: “Məcəlləsinin 266-cı maddəsi istehsalat və məişət tullantıları haqda qanunvericiliyin pozulması nəzərdə tutulur. Maddənin 3-cü bəndinə görə tullantıların zibil qablarından kənara atılmasına görə 50 manat cərimə nəzərdə tutulub. Yəni, vətəndaş şəhəri çirkləndirdiyi üçün cərimələnib.
Azərbaycanda bu cərimələr digər ölkələrə nisbətən azdır. Məsələn, Malayziyada bir saqqızı yerə atmağın cəzası 1000 dollardır.
Bizdə şəhəri zibilləməyə görə sürücülər də cərimə olunur. Yol hərəkəti haqda qanunun 327.1-ci maddəsinə görə maşın idarə edərkən küçəyə adi siqaret və ya digər zibil atmağa görə 40 manat cərimə müəyyən olunub”.
Şikayətçi Ü.Quliyev bildirib ki, tum yeyərkən yanında dayanan və yeri zibilləyən tanımadığı başqa bir şəxs də onunla birgə polis bölməsinə aparılıb və cərimələnib.


Paylaş



Bölmə: Sosial, Karusel, Slayd, Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Azərbaycan tarixi
Hərbi
İdman
Musiqi
Dünya hadisələri
Əyləncə
Kriminal
Mədəniyyət

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Hər ötən il növbəti il üçün xatirəyə çevrilir; bəzən xatırlanır, bəzən də yenidən yaşanılır. Ancaq elə illər var ki, onları yenidən yaşamaq mümkün olmur. Bu illərə Türkiyənin unudulmaz 90 - cı illərini aid etmək olar. Axı həmin illəri yaddaqalan edən nəydi?
Butov.az Türkiyə mətbuatına istinadən həmin unudulmazlığı təqdim edir:
Türkiyənin unudulmaz 90 - cı illəri...
Video
https://www.youtube.com/watch?v=gd75lEyQX58

Şəhidlərə mahnı həsr olunub.

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!