Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                        “Qarabağ” “Neftçi”ni darmadağın etdi - Finala yüksəldi .....                       
Tarix : 30-11-2018, 14:59
Azərbaycanda plastik torbalar ödənişli ola bilər
"Azərbaycanda, ümumilikdə, 35 şəhər və rayon üzrə plastik qabların toplanması və çeşidlənməsi üçün 130-dan çox konteyner yerləşdirilib".
Bunu mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev deyib.
Onun sözlərinə görə, Nazirlik tərəfindən plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirlərinin azaldılması istiqamətində məqsədyönlü tədbirlərin görülməsinə başlanılıb: "Ölkəmizdə də geniş istifadə olunan plastik torbaların ödənişli satışına keçid üçün hazırlıq işlərinə başlanılıb. Bununla bağlı müvafiq istehsalçılarla görüş keçirilib və onlar tərəfindən təqdim olunan təkliflərə də baxılacaq".
M.Nəbiyev bildirib ki, problemin aktuallığını nəzərə alaraq plastik qablaşdırma tullantılarının idarə olunmasının yaxşılaşdırılması və bu tullantıların toplanması işlərinin düzgün təşkili və təbliği məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə başlanılan maarifləndirmə tədbirləri hazırda davam edir: "Bu tullantıların digər tullantılardan ayrıca toplanması üçün Nazirliyin təşəbbüsü ilə ölkə üzrə xüsusi konteynerlərin yerləşdirilməsi işlərinə başlanılıb".
Sektor müdiri qeyd edib ki, plastik tullantıların ətraf mühitə təsirinin azaldılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə başlanılan kampaniya çərçivəsində, ümumilikdə, 35 şəhər və rayon üzrə plastik qabların toplanması və çeşidlənməsi üçün 130-dan çox konteyner yerləşdirilib: "Sevindirici haldır ki, artıq yerli icra hakimiyyəti orqanları, Mənzil Kommunal Təsərrüfatı Birliyi idarələri, bələdiyyələr, yerli sahibkarlar, iri sənaye müəssisələri də bu təşəbbüsə dəstək verməyə başlayıb. Təşəbbüsün ilkin mərhələsində məqsədimiz tərəfimizdən başlanılan bu işin digər aidiyyəti qurumlar tərəfindən davam etdirilməsi olub".


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!