Qələm hakim əlində, zindan adlı cəzadır .....                        1919–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin fəaliyyətində hərbi dəniz aspektləri .....                        Peşəkar idmançılar yetişdirən idman cəmiyyəti-DİN İC .....                        Qaradağlı faciəsindən 26 il ötür .....                        Erol Sezgindən yeni şeir .....                        O duyğular, o hisslər indi mənə çox yaddır... .....                        Afrin əməliyyatı: 24 gündə 31 şəhid, 143 yaralı .....                        “Lazım olan məqamda Ali Baş Komandanımızın əmri uğurla yerinə yetiriləcəkdir” .....                        Nəhayət, güc toplayıb, yoluma davam etdim... .....                       
Tarix : 23-02-2017, 12:18
Ağdamda kənd təsərrüfatı məhsullarının istehsalı artıb

Həyata keçirilən uğurlu iqtisadi siyasət, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası nəticəsində ölkəmizin bütün bölgələrində olduğu kimi, cəbhə bölgəsində yerləşən Ağdam rayonunun da sosial-iqtisadi göstəriciləri yüksəlib, rayon iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı təmin edilib.

Butov.az xəbər verir ki, Ağdam Rayon Statistika İdarəsindən AZƏRTAC-a bildiriblər ki, 2016-cı ildə iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 106 milyon 253,9 min manat olub. Məhsul və xidmətlərin 6,8 faizi sənayenin, 6,6 faizi tikintinin, 1,2 faizi nəqliyyat və anbar təsərrüfatının, 0,3 faizi informasiya və rabitənin, 10,8 faizi ticarətin, 74,4 faizi kənd təsərrüfatının payına düşüb.

Rayon iqtisadiyyatının aparıcı sahəsi olan kənd təsərrüfatında ötən il istehsal olunan 79 milyon 16,6 min manatlıq məhsulun 56,9 faizi bitkiçilik, 43,1 faizi isə heyvandarlıq üzrədir. 2015-ci illə müqayisədə taxıl istehsalı 2,5 faiz, pambıq istehsalı 11,7 dəfə, şəkər çuğunduru istehsalı 4,7 dəfə, tərəvəz istehsalı 0,6 faiz, kartof istehsalı 0,6 faiz, bostan məhsulları 2 faiz, meyvə və giləmeyvə istehsalı 1,2 faiz artıb. 2017-ci ilin məhsulu üçün 16 min 318 hektarda payızlıq səpin aparılıb ki, bunun da 10 min 262 hektarı buğda, 3073 hektarı dən üçün arpa, 2983 hektarı xəsildir.

Keçən il Ağdam rayonunda heyvandarlıq məhsullarının istehsalında da artım qeydə alınıb. Belə ki, il ərzində 4208,8 ton ət, 34 min 168,2 ton süd, 157,1 ton yun istehsal edilib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 3 faiz, süd istehsalı 2,6 faiz, yun istehsalı 0,5 faiz çox olub.


Paylaş



Bölmə: Sosial, Karusel, Slayd, Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Azərbaycan tarixi
Hərbi
İdman
Musiqi
Dünya hadisələri
Əyləncə
Kriminal
Mədəniyyət

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Hər ötən il növbəti il üçün xatirəyə çevrilir; bəzən xatırlanır, bəzən də yenidən yaşanılır. Ancaq elə illər var ki, onları yenidən yaşamaq mümkün olmur. Bu illərə Türkiyənin unudulmaz 90 - cı illərini aid etmək olar. Axı həmin illəri yaddaqalan edən nəydi?
Butov.az Türkiyə mətbuatına istinadən həmin unudulmazlığı təqdim edir:
Türkiyənin unudulmaz 90 - cı illəri...
Video
https://www.youtube.com/watch?v=gd75lEyQX58

Şəhidlərə mahnı həsr olunub.

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!