ATƏT - in "müşahidə"çilərinə cavab .....                        "Müasir Azərbaycanın inkişafında gənclərin rolu" mövzusunda seminar keçirilib .....                        Başlanğıc I hissə - HEKAYƏ .....                        Müqəddəslik və müqəddəs dəyərlərimiz .....                        Mili-mənəvi dəyərlərimiz Azərbaycan gənclərinin gözü ilə .....                        “Dörd gün və danılmaz dörd həqiqət” .....                        İnam olan yerdə hər şey mümkündür - "olmaz" dediklərimiz də .....                        31 Mart soyqırımı - bəşəriyyətin faciəsi .....                        31 Mart soyqırımından 100 il ötür .....                       
Tarix : 16-08-2017, 13:25
Qənirə Paşayeva Əli Həsənova müraciət göndərib



Millət vəkili Qənirə Paşayeva Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova məktub göndərib. Butov.az həmin məktubu təqdim edir:

"Bu gün qardaş Türkiyədən tanınmış bir hərbçi aradı və Azərbaycanda çalışdığı illərdən tanıdığı bir şəhid ailəsinin ağır vəziyyətdə olduğunu bildirib, dəstək göstərilməsini xahiş etdi. Ona dəstək olmaq borcumuzdur dedim. Xahiş etdiyi şəhid ailəsi, şəhid xanımı Laçın rayonundan olan, şəhid olmuş Şahin Əhmədovun həyat yoldaşıydı. Ondan bir az əvvəl isə Afaq Rzayeva xanımla bağlı telefonuma şəhid ailəsinə dəstək göstərmək istəyən bir insanımızdan mesaj gəlmişdi və məsələdən az da olsa məlumatlıydım. Sanra Afaq xanımla danışdıq və onu ürək ağrısı ilə dinlədim.


1992-ci ildə Laçından məcburi köçkün düşən, həyat yoldaşı şəhid olan Afaq xanım bir azyaşlı körpəsi ilə Binəqədi rayonunda əvvəllər erməni yaşamış bir evdə məskunlaşdırılır. İllərlə burada yaşayır. Bir müddət keçdikdən sonra isə məcburi köçkün və şəhid ailəsinin yaşadığı evə başqasının adına order verilir. Afaq xanım nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, nə Binəqədi rayon icra hakimiyyəti, nə də Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə dövlət komitəsi tərəfindən bu günə kimi şəhid ailəsi və məcburi köçkün olaraq evlə təmin olunmayıb. O da gözləyib ki, dövlətin imkanları artıqca evlə təmin olunar. Günün birində isə Binəqədi rayonu məhkəmə icraçıları əllərində məhkəmə qətnaməsi gətirirlər ki, bu evi boşaldın, bura başqa adama məxsusdur. Afaq xanım cənab Prezident tərəfindən məcburi köçkün və şəhid ailəsi yaşayış yeri ilə təmin olunmadan onların yaşadığı, məskunlaşdığı yerdən çıxarılmaaması ilə bağlı verilən göztərişləri, tapşırıqları diqqətə çatdırır və evlə təmin olunana qədər gözləməyi xahiş edir. Amma bir gün qonşular Afaq xanıma xəbər verirlər ki, əşyalarınız toplanılır, sizi köçürürlər. Evə çatdığı zaman şəhid xanımı görür ki, onların iştirakı olmadan evdən əşyaları toplanılıb, başqa bir yerə çıxarılıb. İndi neçə günlərdir dost-qohum qapılarında qalıb. “Bütün dövlət qurumları bilir, bu günə qədər heç zaman şəhid ailəsi adından istifadə etməmişəm. Çalışıb övladımı özüm böyütmüşəm. Amma indi çıxılmaz vəziyyətdəyəm. Bəs mən harada qalım? Dərdimizi Laçın rayon icra hakimiyyətinə də, Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinə də bildirmişəm” deyir.

Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədr müavini Gəray müəllimlə danışdıq bir az əvvəl. “Xəbərimiz var, çox ziyalı bir xanım, şəhid ailəsidir və vəziyyəti çətindir. Məcburi köçkünün məskunlaşdığı, yaşadığı yerdən çıxarılması ilə bağlı məhkəmə qərarının ailə evlə təmin olunanadək icra olunmasının ləngiməsi ilə bağlı komitə adından müraciətlər göndərdik, bu addımın doğru olmadığını bildirdik, amma təəssüf ki, yenə də icra etdilər”.

Ailənin evlə təmin olunması məsələsinə gəlincə diqqətdə saxlayırıq dedi Gəray müəllim. Amma nə zaman konkret bir söz indi deyə bilmərəm, çalışırıq dedi. Bir az əvvəl Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova, Əmək və Əhalinin Soisal Müdafiəsi naziri Səlim Müslümova, Laçın və Binəqədi rayon icra hakimiyyətlərinə müraciət göndərdim və buradan da səslənmək istəyirəm. Şəhid ailəmizin qısa zamanda evlə təmin olunmasına dəstək olun. Bir az əvvəl Afaq xanımla telefonla təkrar danışanda iş yerindən danışırdı. Ərtafda çoxlu insanlar, o cümlədən qardaş Türkiyədən bu şəhid ailəsi üçün zəng edib xahiş edənlər hamısı şəhid ailəsinə qısa zamanda dəstək olunub-olunmayacağını gözləyir. Bu isə insanlarda şəhid ailəsi adına cəmiyyətdə nə qədər dəyər verildiyi barədə fikirləri bir daha möhkəmləndirəcək. Ən əsası isə həyat yoldaşı şəhid olandan sonra 1 yaşlı körpəsini məcburi köçkün həyatının bütün çətinliklərinə baxmayaraq böyüdən ananın mən dövlətimə inanıram, məni çətin vəziyyətdə qoymaz düşüncəsini daha da möhkəmləndirə bilər. Afaq xanım həyat yoldaşı ilə bağlı danışarkın “Vətən üçün şəhid olmaqdan gözəl nə ola bilər, həyat yoldaşımla fəxr edirəm” deyəndə çox duyğulandım. Biz də sizinlə fəxr edirik əziz Afaq xanım və inanırıq ki yaxın günlərdə mənzillər təmin olunacaqsınız. Cənab Prezidentin şəhid ailələri və məcburi köçkünlərlə bağlı yanaşmalarını müvafiq qurumların ciddi nəzərə alaraq tezliklə mənzil probleminizi həll edəcəklərini gözləyirik. Çünki şəhid ailələri bizim ən qiymətlimizdir".

Qənirə Paşayeva, millət vəkili


Paylaş



Bölmə: Sosial, Karusel, Slayd, Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Azərbaycan tarixi
Hərbi
İdman
Musiqi
Dünya hadisələri
Əyləncə
Kriminal
Mədəniyyət

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Hər ötən il növbəti il üçün xatirəyə çevrilir; bəzən xatırlanır, bəzən də yenidən yaşanılır. Ancaq elə illər var ki, onları yenidən yaşamaq mümkün olmur. Bu illərə Türkiyənin unudulmaz 90 - cı illərini aid etmək olar. Axı həmin illəri yaddaqalan edən nəydi?
Butov.az Türkiyə mətbuatına istinadən həmin unudulmazlığı təqdim edir:
Türkiyənin unudulmaz 90 - cı illəri...
Video
https://www.youtube.com/watch?v=gd75lEyQX58

Şəhidlərə mahnı həsr olunub.

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!