“Crocus City Hall”da törədilən terrora görə daha bir nəfər saxlanıldı .....                        Boksçularımız beynəlxalq turniri 21 medalla başa vurdular .....                        Erməni spiker Sahibə Qafarova ilə görüşündən danışdı .....                        Bişkekdə fövqəladə vəziyyət elan olundu .....                        Lavrov: “Ermənistan uydurma bəhanələrlə son üç ilin tarixini təhrif edir” .....                        AZƏRTAC-ın sabiq sədri təltif olundu .....                        Moskvada baş verən terror aktında “Ukrayna izi” aşkarlandı .....                        Mingəçevirdə yataqxana binasında yanğın baş verdi - FHN cəlb olundu - VİDEO .....                        Əlillərə məxsus maşınlara taksi fəaliyyəti göstərmək qadağan edildi .....                       
Tarix : 27-07-2018, 06:53

Sızlar yada düşəndə,
Ürəyimin telləri.
O mehriban, o əziz,
Tələbəlik illəri.


Bu il iyul ayının 24-ü 2018-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (hazırda Azərbaycan Dövlət Pedaqoji Universiteti) filologiya fakültəsini 30 il əvvəl bitirmiş məzunlarının həyatında ən unudulmaz, ən yaddaqalan, zehinlərə əbədi həkk olunan gün idi. Həmin gün 30 il əvvəl ali məktəbə əlvida deyib, gənc müəllim kimi respublikamızın müxtəlif guşələrində müqəddəs və şərəfli müəllim kimi fəaliyyətə başlamalarından sonra yenidən bir araya gələn bir qrup tələbənin görüş dəqiqələrini təsəvvür etmək asan deyil. Görüş Bakı şəhərində “Dilan” restoranında təşkil edilmişdi. Xalq artisti, görkəmli sənətkar Elmira Rəhimovanın repertuarında özünə əbədilik qazanmış məşhur “Tələbə” mahnısının bir az şux, bir az kövrək notları altında məzunlarımızla birlikdə restorana daxil olduq. 30 il öncə 23-25 yaşında gənclər kimi bir-birimizdən ayrılmışdıq. Bu gün isə həmin gənc müəllimlərin hər biri baba, nənə idi. Müdrikləşmiş, ahıllaşmış baba, nənə. Arxada qalan illər işini görmüşdü.
Bir az sevinc, bir az təəssüf hissi ilə baxışlarımız qarşılaşır. Amma əvvəlki səmimiyyət, əvvəlki mehribançılıq nəinki səngiməyib, əksinə daha da artıb. Şirin, kövrək xatirələr dilə gəlir. Sevincdən doğan göz yaşlarını da saxlamaq mümkün deyil. Bu unudulmaz görüşü mən - Hüseyn Məmmədov tələbə dostum Nəsir Əhmədovla birgə təşkil etmişdik. İlkin olaraq bizə dərs demiş və dünyasını dəyişmiş hörmətli professor-müəllimlərimizi, o cümlədən artıq həyatda olmayan məzun tələbələrimizi xatırladıq, ruhlarına dualar oxuduq, Ulu Tanrıdan onlara rəhmət dilədik.
Tədbiri açıq elan etdik. Səftər Dadaşov hamıdan birinci çıxış etdi və belə maraqlı, unudulmaz görüşü təşkil edənlərə dərin təşəkkürünü çatdırdı. Doğrudan da belə görüşlər insanı mənən zənginləşdirir, yaşayıb-yaratmağa, həyata nikbin baxmağa, həyatın qədrini bilməyə ruhlandırır.
Söz alan Vidadi Süleymanovun xəyalları tələbəlik illərinə pərvazlandı. O illərə ekskurs etdi. O əlçatmaz, ünyetməz illərdən bəhs etdi. Beləliklə, bir neçə dəqiqəlik həm kövrək, həm sevincli anları yaşadıq. Məclisi idarə edən müəllim həmkarımız Məhəmməd Abdullayev ifa etdiyi xoş ovqatlı mahnıları ilə ruhumuzu oxşadı. Biz onu tələbəlik illərindən müğənni kimi də sevmişdik. Əslən Cəbrayıldan olan Məhəmməd müəllim hazırda Biləsuvar rayonunda yaşayıb, müəllimlik fəaliyyətini davam etdirir. Övladları qədər sevdiyi şagirdlərinə Azərbaycan dili və ədəbiyyat fənnini tədris edir. Müəllim-müğənni tədbir boyu rəngarəng proqramı ilə hamımıza xoş ovqat yaşatdı.
Növbə məzun qızlarımıza yetişdi. Səliqə İsmayılova, Səadət Şıxəliyeva, Yeganə Mirzəyevanın təsirli çıxışları, kövrək notlara söykənmiş ürək sözləri bir tərəfdən sevinc bəxş etdi bizlərə, bir tərəfdən içimizi kövrəltdi. Məzunlarımız arasında söz xiridarları kimi tanınan Zərifə Mikayılova ilə şair Adil Şamiloğlunun söylədikləri şeir nümunələri tədbir iştirakçılarının alqışlarına səbəb oldu.

Yada düşər xatirələr


Məzunlardan Sədrəddin Əliyev, Məhəmməd Babayev və Allahşükür Kərimov da bizi ömürdən keçən o illərə qaytardı. Maraqlı və təsirli çıxışları ilə qəlblərimizi ovunduran həmkarlarımız bir sıra təkliflərlə çıxış etdilər. Allahşükür müəllim təklif etdi ki, əgər mümkünsə, belə görüşləri ildə bir dəfə təşkil edək. Artıq yaşlanırıq, belə görüş insana yaşamağa impuls verir.
Nəsir Əhmədov isə arzuladı ki, inşallah, düşmən tapdağı altında olan torpaqlar işğaldan azad olsun və biz Qarabağ torpağında doğulmuş məzunların məskənində belə görüşlər keçirək. Adıgözəl Hacıyev də bu təklifi bəyəndi.
Xuraman Kərimova, Kəmalə Qasımova, Qələmnaz Abbasova, Təranə Vəliyeva ürək sözlərini dilə gətirməklə artıq tarixə çevrilmiş o illərdən bir daha geri qayıtmayacağını vurğulamaqla belə görüşlərin tez-tez keçirilməsini təklif etdilər.
Xəstəliyi ilə əlaqədar olaraq tədbirə qatıla bilməyən məzun yoldaşımız Ulduzə İbrahimovanın telefon açaraq dostlarını təbrik etməsi, ürək sözlərini məzunlara söyləməsi alqışlarla qarşılandı və hamı bir ağızdan Ulduzə xanıma can sağlığı, tezliklə sağlamlığını bərpa etməsini arzuladılar.
Həmin gün ən sevindirici və yaddaqalan məqamı qeyd etmək istəyirəm. Bu, məzun həmkarımız Güllü Mustafayevanın özünü məclisə çatdıra bilməsi və bu tədbirə qoşulması idi.
Təyyarə ilə hava limanına eniş edəndə, telefonuna gələn mesaj Güllü müəlliməni rahat buraxmayıb. Fürsəti fövtə verməyən Güllü xanım taksini birbaşa tədbir keçirilən yerə - “Dilan” restoranına sürdürür və 30 illik ayrılıqdan sonra təşkil olunan belə bir tədbir, unudulmaz görüş Güllü müəllimə üçün gözəl sürpriz olur. O da tədbir iştirakçılarına qoşuldu, sevindi, kövrəldi, xatirələr ardınca uzaq illərə səyahət etdi. Nəhayət, bu tədbiri araya-ərsəyə gətirənlərə dərin təşəkkürünü bildirdi və arzuladı ki, belə görüşlər axarınca olsun.
6-7 saat davam edən bu qeyri-adi görüş çox dolğun, şən və mənalı keçdi. Görüşün bütün anları video-lentə köçürüldü. Xatirəyə çevrilən şəkillər çəkildi. Beləliklə, 2018-ci ilin 24 iyun günü ömrümüzə yazılan birgünlük tələbəlik ilini yenidən yaşadıq.
Tədbirin yekun sözünü Nəsir Əhmədov söylədi. 30 illiyə həsr olunmuş yubiley gecəsi bağlı elan olundu.
Bağlı elan olundu ki, növbəti belə görüşdə iştirak edək.

Yada düşər xatirələr

Hüseyn Məmmədov



Paylaş



Bölmə: Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!