Gah çıxaram göy üzünə, seyr edərəm aləmi, Gah enərəm yer üzünə, seyr edər aləm məni... Qul Nəsimi. Dədə Ələsgər yaradıcılığının aşıq poeziyasının zirvə nöqtəsi, zirvə məqamı olduğunun, onun tədqiqatı ilə məşğul olan bütün folklorşünaslarımız, ələsgərşünaslarımız tərəfindən birmənalı olaraq etiraf, təsdiq və qəbul edilməsi, bu yaradıcılığı sevən, başa düşən, xüsusilə onun sufi mahiyyətini dərindən anlayan hər kəs üçün şübhə doğurmayan, danılmaz bir həqiqətdir!