Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                       
5-05-2026, 21:06
Prezident Kallasın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi

Prezident Kallasın başçılıq etdiyi

nümayəndə heyətini qəbul etdi


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Söhbət zamanı Prezident İlham Əliyevin Kaya Kallasla görüşləri məmnunluqla xatırlandı, onun 2025-ci ildə ölkəmizə səfəri zamanı əməkdaşlığın genişləndirilməsi ilə bağlı səmərəli müzakirələrin aparıldığı qeyd edildi.
Kaya Kallas Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın salamlarını İlham Əliyevə çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Antonio Koştaya çatdırmağı xahiş etdi.
Kaya Kallas Antonio Koştanın ölkəmizə səfəri zamanı dövlətimizin başçısı və Avropa İttifaqı Şurasının Prezidenti tərəfindən birgə bəyanatın qəbul edilməsinin, həmin sənəddə Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin strateji xarakterinin vurğulanmasının əhəmiyyətinə toxundu.
Qonaq Azərbaycanın Avropa İttifaqı üçün vacib tərəfdaş olduğunu dedi.
Prezident İlham Əliyev ölkəmizlə Avropa İttifaqı arasında enerji, bağlantılar, təhlükəsizlik, ticarət və digər sahələrdə əməkdaşlığın perspektivlərinə toxundu. Dövlətimizin başçısı Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri, eyni zamanda, ölkəmizin isə enerji təhlükəsizliyinin təmin olunması baxımından həmişə Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu vurğuladı. Bu xüsusda dövlətimizin başçısı qeyd etdi ki, bu yaxınlarda Azərbaycan qazı Avropa İttifaqının daha iki üzv ölkəsinə - Almaniyaya və Avstriyaya çatıb.
Söhbət zamanı Azərbaycan-Ermənistan sülh prosesinə toxunuldu, ölkəmizin sülh gündəliyinin gücləndirilməsi istiqamətində atdığı addımlar vurğulandı. Azərbaycanla Ermənistan arasında artıq iqtisadi-ticari münasibətlərin yaradıldığı qeyd edilərək, bu xüsusda ölkəmizin Ermənistana gedən tranzit yüklərlə bağlı məhdudiyyəti birtərəfli qaydada aradan qaldırdığı bildirildi. Ötən gün İrəvanda keçirilmiş “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında Azərbaycan Prezidentinin videobağlantı formatında iştirakı tarixi hadisə kimi dəyərləndirildi.
Görüşdə vurğulandı ki, hazırda Azərbaycanla Avropa İttifaqının gündəliyində rəqəmsal transformasiya, süni intellekt, bərpaolunan enerji və digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər var.
Söhbət zamanı Avropa İttifaqının minatəmizləmə sahəsində Azərbaycana dəstəyi təqdir edildi, TRIPP layihəsinin fəaliyyətə başlaması ilə onun regionda bağlantılar baxımından yaxşı imkanlar yaradacağı qeyd olundu.
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının perspektivlərini və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə etdilər.
5-05-2026, 15:41
İran qonşulara çağırış etdi


İran qonşulara çağırış etdi

İran Xarici İşlər Nazirliyi körfəz ölkələrini öz təhlükəsizliklərini regiondan kənar güclərə etibar etməməyə çağırıb. Bu çağırışla İran XİN-in sözçüsü İsmayıl Baqayi çıxış edib. O, vurğulayıb ki, ABŞ-ın regiondakı hərbi mövcudluğu yalnız qeyri-sabitlik mənbəyi kimi çıxış edir və bu, onun hərbi bazalarına ev sahibliyi edən ölkələri riskə atır. İsmayıl Baqayi Tehranın uzunmüddətli mövqeyini xatırladaraq bildirib ki, Fars körfəzində real və davamlı təhlükəsizlik yalnız region ölkələrinin öz aralarında əməkdaşlığı ilə və xarici müdaxilə olmadan təmin oluna bilər. Vaşinqtonun hərbi bazaları dəfələrlə ev sahibi ölkələri lazımsız risklərlə üz-üzə qoyub.
XİN rəsmisi qonşu ölkələri konstruktiv dialoqa və ortaq regional təhlükəsizlik mexanizmlərinin yaradılmasına çağırıb və vurğulayıb ki, İran körfəzin ərəb ölkələri ilə heç bir düşmənçilik aparmır və qarşılıqlı faydalı münasibətlər qurmağa tam sadiqdir.
Baqayi İran-ABŞ danışıqları barədə də qeyd edib ki, İran “ABŞ-a qarşı ciddi etimadsızlıq və şübhə mühitində” danışıqlar aparır. İranın hazırkı prioriteti aydındır: “Hazırda biz müharibənin sona çatmasına fokuslanmağa qərar vermişik, çünki bu məsələ bütün regionlar, xalqımız və beynəlxalq ictimaiyyət üçün narahatlıq doğurur. Əgər amerikalılar həqiqətən diplomatiyada ciddidirlərsə, bu fürsətdən istifadə etməlidirlər, çünki bütün dünya onların ən azı xoş niyyət göstərməsini gözləyir.
Sözçü xəbərdarlıq edib ki, beynəlxalq ictimaiyyət ABŞ-ı İrana və regiona qarşı başladığı müharibənin nəticələrinə görə məsuliyyət daşıyan tərəf kimi görəcək, çünki hamı bilir ki, bu, ABŞ hökumətinin seçdiyi bir müharibədir.
2-05-2026, 15:52
Slovakiya Prezidenti Azərbaycana gələcək

Slovakiya Prezidenti

Azərbaycana gələcək


Slovakiya Prezidenti Peter Pelleqrininin Azərbaycana rəsmi səfəri planlaşdırılır.

Bu barədə Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov Şərqi Zəngəzur və Qarabağa səfəri çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
"Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) Slovakiya da təmsil olunacaq: baş nazirin müavini, eləcə də regional inkişaf naziri gələcək. Bundan əlavə, artıq may ayında, WUF ərəfəsində, parlament sədrinin səfəri gözlənilir. Həmçinin Slovakiya Prezidentinin Azərbaycana rəsmi səfəri planlaşdırılır”, - deyə səfir bildirib.
E.Qasımov qeyd edib ki, Slovakiya ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi üçün potensial mövcuddur: "Biz müdafiə sənayesi sahəsində, eləcə də infrastruktur layihələrində yaxşı əməkdaşlıq edirik”.
"Çox müsbət təəssüratlarım formalaşıb. Qarabağda artıq bir neçə dəfə olmuşam, buna görə ümumilikdə təəssüratlarım müsbətdir”, - deyə diplomat səfəri şərh edərkən əlavə edib.
Qeyd edək ki, mayın 1-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Şərqi Zəngəzur və Qarabağa səfəri başlayıb.
Səfərdə ümumilikdə 62 ölkə və beynəlxalq təşkilatı təmsil edən 150-dən çox səfir, diplomat, hərbi attaşe və digər nümayəndələr iştirak edirlər.

2-05-2026, 08:57
Heydər Oğuzun kədərli proqnozu


Heydər Oğuzun

kədərli proqnozu


Bir çox Avropa ölkəsinin kəşfiyyat orqanları açıq şəkildə Ukrayna müharibəsinin daha 4-5 il davam etməsinin vacibliyindən danışır. Onların fikrincə, Avropa ölkələri yalnız bu müddət ərzində Rusiya ilə açıq döyüşlərə girməyə hazır olacaq. O zamana qədər isə Ukrayna Rusiya ilə savaşmalı və Moskvanın başını qatmaqla bərabər, həm də onu yaxşıca zəiflətməlidir. Bu sözləri bildirən politoloq Heydər Oğuz qeyd edib ki, 2022-ci ilin 24 fevralında Rusiya Ukraynaya hücum edərkən və bu müharibənin bir neçə günə başa çatacağı, yəni Rusiyanın işğalı tamamlayacağı iddiaları yayılanda müharibənin 2030-cu ilə qədər davam edəcəyini proqnozlaşdırıb:
“Mən bu proqnozu Avropa Birliyinin Rusiyadan aldığı neft və qaz məhsulları ilə bağlı proqrama əsasən vermişdim. Həmin proqramlarda Rusiyadan alınan enerji daşıyıcılarından tam şəkildə yalnız 2030-cu ildə imtina ediləcəyi planlaşdırılır. Bu məntiqlə müharibənin də 2030-cu ilə qədər davam edəcəyi təxmin edilirdi”.
Politoloq vurğulayıb ki, ötən gün “World Politics Review”də yayımlanan bir məqalədə də Ukrayna savaşının ən azı 2029-cu ilə qədər davam edəcəyi bildirilib:

“CNN və “Vaşinqton Post” kimi nüfuzlu informasiya kanallarının da əməkdaşı olan Frida Gitis yazır: “Müharibənin 2028-ci ilə qədər başa çatacağı ehtimalı azdır, ona görə də AB artıq 2029-cu ilə qədər Kiyevin maliyyəsini gücləndirmək üçün əlavə 117 milyard dollarlıq kredit paketi planlaşdırır”.
30-04-2026, 14:05
Ərdoğan Ermənistana dəvət olundu


Ərdoğan Ermənistana dəvət olundu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Siyasi Birliyinin mayın 4-də İrəvanda keçiriləcək 8-ci toplantısına dəvət olunub.
Türkiyə mediasının yaydığı məlumata görə, hələlik Türkiyə tərəfinin rəsmi dəvətə cavabı məlum deyil.
28-04-2026, 09:18
Səfir nazirliyə çağırılıb

Səfir nazirliyə çağırılıb

İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa məlumat verib.
"Dost Ukrayna-İsrail münasibətləri hər iki ölkə üçün faydalıdır. Hayfaya oğurlanmış mallar çatdıran gəmi ilə bağlı Ukraynanın qanuni tələbinə İsrailin adekvat cavab verməməsini başa düşmək çətindir. İndi Hayfaya başqa bir belə gəmi gəldiyinə görə, biz bir daha İsraili oğurlanmış taxılı qəbul etməməsi və münasibətlərimizə zərər verməməsi barədə xəbərdar edirik. Bu kontekstdə biz artıq İsrail səfirini rəsmi olaraq Ukrayna Xarici İşlər Nazirliyinə çağırmışıq. Sabah etiraz notamızı təqdim edəcəyik və müvafiq tədbirlərin görülməsini tələb edəcəyik", - deyə o qeyd edib.
25-04-2026, 09:26
Avropa İttifaqı 25 milyard avro itirib


Avropa İttifaqı 25 milyard avro itirib

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen bildirib ki, ABŞ və İsrailin İranla bağlı münaqişəsi fonunda Avropa İttifaqı 25 milyard avro itki ilə üzləşib. Bu barədə o, Kiprdə keçirilən qeyri-rəsmi Aİ sammitindən sonra mətbuat konfransında açıqlama verib.
Onun sözlərinə görə, münaqişənin başlanmasından ötən 54 gün ərzində Aİ-nin enerji xərcləri kəskin artıb.
“Bu müddətdə karbon resurslarının alınmasına görə hesabımız 25 milyard avro artıb, halbuki biz artıq resurs almamışıq”, – deyə o bildirib.
O, əlavə edib ki, üzv ölkələr tərəfindən strateji enerji ehtiyatlarından istifadə ciddi şəkildə məhdudlaşdırılmalıdır, xüsusilə də aviasiya yanacağı üzrə.
Avropa Komissiyasının sədri vurğulayıb ki, Aİ alternativ enerji mənbələrinin tətbiqini sürətləndirməlidir.
21-04-2026, 21:25
Latviya Prezidenti Bakıya gəldi

Latviya Prezidenti

Bakıya gəldi


Latviya Prezidenti Edqars Rinkeviçs aprelin 21-də Azərbaycana rəsmi səfərə gəlib.
Butov.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
E.Rinkeviçsi Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.
20-04-2026, 22:56
“İranlılar gücə boyun əymirlər”

“İranlılar gücə boyun əymirlər”

İran Prezidenti Məsud Pezeşkian ABŞ-la münasibətlər fonunda sərt açıqlama verib. Bildirib ki, öhdəliklərin yerinə yetirilməsi konstruktiv dialoqun əsasını təşkil edir. Bununla yanaşı, Pezeşkian İranın ABŞ hökumətinə qarşı dərin tarixi etimadsızlığının hələ də davam etdiyini vurğulayıb.
Prezident qeyd edib ki, Vaşinqtondan gələn ziddiyyətli və qeyri-konstruktiv siqnallar mənfi mesaj verir və bu yanaşma İranın təslim olmasına yönəlib.
“İranlılar gücə boyun əymirlır”, – deyə Pezeşkian əlavə edib.
20-04-2026, 07:30
Şərif Pezeşkianla vəziyyəti müzakirə edib


Şərif Pezeşkianla

vəziyyəti müzakirə edib


Pakistanın Baş naziri Şahbaz Şərif İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb və regiondakı vəziyyəti müzakirə edib.
Bu barədə Şahbaz Şərif "X" sosial şəbəkəsində yazıb:
"Bu axşam Prezident Məsud Pezeşkyanla regional vəziyyətin inkişafı ilə bağlı səmimi və konstruktiv danışıq apardım.
Mən İranın iştirakını, o cümlədən tarixi danışıqlar üçün İslamabada yüksək səviyyəli nümayəndə heyətinin göndərilməsini, eləcə də Tehranda feldmarşal Seyid Asim Munirlə son müzakirələri təqdir etdim", - deyə o bildirib.
Baş nazir qeyd edib ki, Pakistan davamlı sülhün və regional sabitliyin təmin edilməsində dürüst və səmimi vasitəçi roluna tam sadiqdir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!